Röya: “Mənim 3000 manatımı qaytarsın”

“Təəssüflər ki, çox populyar Natəvan bapbalaca restorana adam toplaya bilmədi”

Natəvan Həbibinin prodüseri Vasonun“Natəvan Elnarə və Röyadan daha populyardır” iddiasına cavab gecikmədi. Röya Ayxanın mətbuat katibi Ülviyyə Alovlu BaKu.Ws-a telefon açaraq, müəyyən faktlara aydınlıq gətirib.

Mətbuat katibi aylar öncə təxirə düşən Zamiq-Natəvan konsertini xatırladıb: “Əgər o öz işinin savadlısı olsaydı, həqiqətən də bilərdi ki, konsert reklam kampaniyası deyil. Əgər insanın reklamı kifayət qədər deyilsə, il ərzində konsert verə bilməz. Natəvanın doğrudan da gündəmə gəlməyə ehtiyacı yoxdursa, onda heç olmasa iki müğənni adına konsertində satılan biletlərlə yarı zalı doldurardı. Cəmi 15 bilet satılmışdı, mən bunu “Röya” jurnalında da işıqlandırmışdım. Şəxsən araşdırmışdım…”

Ü. Alovlu Röyanın verəcəyi konserti müqayisə olaraq vurğulayib: “Əgər o professional prodüser olsaydı, bilərdi ki, konsert reklam deyil, pul qazanmaqdı. Röya gör nə qədər populyar və özünə əmindir ki, 6 günlük konsert keçirir. Yeri gəlmişkən, biz on gün konsert nəzərdə tutmuşduq, həkim məsləhəti ilə bir neçə gün ixtisara düşdü”.

Röya Ayxan Lent.az-a açıqlamasında Vasoya müraciət ünvanlayıb: “Natəvan özümünküdür, ona sözüm yoxdur, sevinirəm ki, istədiyi yerdədir. Vaso bu qədər bacarıqlı prodüserdirsə, deməli kifayət qədər pulu var, onda mənim 3000 manatımı qaytarsın, lazım olan işlərimə xərcləyim”.

Ms.Kamaliya

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:

    HMMMMMMMMMMMMMMMMMM…

  2. Lindsay_Lohan dedi ki:

    tesekkur amma bunu oxumusam

  3. VeFaSiz_Giz dedi ki:

    Eziyyete gore cox saqolun ))

  4. )(akker dedi ki:

    coxxxxxxxxxxxxxxxx saaaoooooooooooolllllllllllllllllllll

  5. Angelocka dedi ki:

    Cox sagol..Ellerine sagliq.. applause

  6. memi_ dedi ki:

    mence efiri bu qeder de ucuzlashdirmaq lazim deyil,SEVIYYE