Sevgilimiz baş bəlasıdır?

Burax artıq sevgilimin arxasını!
Tam sonunda sevib sevilirəm, xoşbəxtəm deyə düşünüb, birlikdə eşq mahnıları oxumağa başlayanda, o da nə? Köhnə sevgilisi həyat səhnənizə girməyə çalışır! Sevgilinizi dayanmadan axtarır, kədərli mesajlar göndərir, araya yoldaşlarını soxur, qapısının qarşısında gözləyir, geydirmə intiharlar təşkil edir, də məqsədi nədir… Sizmi? Nə olacaq, paranoyyalar çıxarıb, sevgilinizi hər gördüyünüzdə sanki onu son görüşünmüş kimi ona içli içli baxır. Ortada heçnə olmadığı halda köhnə günlərinizi, ilk görüşməyinizi, ilk sevişmənizi, mikroavtobus, qatar kimi yerlərdə belə xatırlayıb, ağlayırsınız. Siz nə edirsiniz? O qədər asanmı yəni?

Gücünüzü Sübut edin!
İlk olaraq sevgilinizə, için içinizi yesə də hətta dırnaq yemə kimi əvvəldən sahib olmadığınız vərdişlər kimi inkişaf etdirsəniz də, bu vəziyyətlə başa çıxa biləcəyinizi və güclü olduğunuzu, əhəmiyyət verməz rəftarlarınızla sübut edin. Əhəmiyyət verməz dediksə, köhnə sevgilisiylə, ölüm qalım belə olsa görüşməməsi və onun artıq adı üstündə “köhnə sevigili” olduğu mövzusunda nüfuzunuzu göstərməyi əsla unutmayın.

Dedektiv olun!
Nə var bunda çaşacaq? çox yaxşı olarsınız, yetər ki araşdırmaçı ruhunuzu dövrəyə salın. Hər insan üçün də bir Herkül Poirot gizlidir, inanın. Köhnə sevgilini tanıyan bir ortaq yoldaş, sizə bu mövzuda köməkçi ola bilər. Onun, sevgilinizi çıldırtan, hətta ayrılmalarına səbəb olan davranışlarıyla əlaqədar detalları yaxşıca öyrənin. Onun səhvlərinin fərqinə varın və əksinə davranın. Məsələn, o sevgilinizlə birlikdə olduğu zamanlarda çox təzyiqçi və səs-küyçü davranırsa, siz də onun tam tərsi şəkildə davranın ki, sevgiliniz sizin qiymətinizi anlasın. Mələk olun!

“Bu qadın nə qədər aciz belə!”
Əgər sevgilinizin başının ətini yemək qədər axtarıb, ona nostalji mesajları göndərərək, eynilə “bu qadın nə qədər qürursuz və yapışqandır belə” deyin. Öz həyatını yenidən qura bilməyəcək qədər aciz və onun sevgilinizin başına dərd olmaqdan başqa bir işə yaramadığını da əlavə edin! Bu vaxt unutmayın, basqın hücum edənindir! Siz də dayanmadan sevgilinizin telefonuna onu sevdiyinizə dair mesajlar göndərinƏtrafında dolanın!

Xoşbəxtliyinizi kölgələyən o qadının, harada oturduğunu, haralara ilişdiyini öyrənin. Sonra da sevgilinizi oralara getməyə razı salın. Qarşılaşdığınız zamanlarda bol bol sevgilinizə sarılın, ona “Canım, qəşəngim, balım, eşqim” kimi xitablarda edin, eşitməsini təmin edin. Beləliklə xoşbəxt və möhkəm bir-birlikdəliyiniz olduğuna inansın. Öpüşün, qucaqlaşın. Nə yəni? Boşa getməyəcək! Qurtuluş yoxsa!

Vallah, bu taktikalardan sonra da köhnə sevgilini səhnədən atmağı bacara bilmədinizsə, o qadın onsuz da sizinkinin “köhnə sevgilisi” deyilmiş! Sevgiliniz onu heç cür köhnəldməmişdir! Siz ona görə yol yaxınkən dönün, kədərlənərək, ağlayaraq heç olmasa özünüzü köhnəltməyin.

P.S Köhnə sevgiliniz bir gün qarşınıza çıxsa nə edərsiniz ?

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. ELIK28 dedi ki:

    OXUDUM COX SAGOL MARAQLIYIDI

  2. kilipton dedi ki:

    tesekkurler maraqlidi

  3. Hilary Duff dedi ki:

    Tewekkurler

  4. mR_bAkiNec dedi ki:

    P.S Köhnə sevgiliniz bir gün qarşınıza çıxsa nə edərsiniz ?


    Çox görürəm..Hər görəndə öldürmək istəyirəm..l

  5. ASKO dedi ki:

    Mehv ederem onu ona gore indi heyatim dagilib xeber gore thank you

  6. Sweet_Love dedi ki:

    Köhnə sevgiliniz bir gün qarşınıza çıxsa nə edərsiniz ? hecne ne edecem her gorduyumde etdiyim kimi uzune baxmaram (( geden o oldu pewman olanda o. men yox o itirdi