Soner Sarıkabadayı Röya üçün mahnı yazacaq

Türkiyəli məşhur müğənni-bəstəkar Soner Sarıkabadayı müğənni Röya üçün mahnı hazırlayır. Lent.az-ın verdiyi xəbərə görə, Sarıkabadayı bunu Türkiyə telekanallarının birində yayımlanan maqazin verilişində deyib. Ötən ilin noyabrında “The First-2011″ mükafatının təqdimat mərasimində iştirak etməkdən ötrü Bakıya gələn Sarıkabadayı Röyanı çox sevdiyini söyləyib: “Azərbaycanda tanıdığım ən populyar müğənni Röya üçün mahnı hazırlayıram. İnanıram ki, sənətçi xanım bu mahnını bəyənəcək. Bəstələr hazır olan kimi müğənninin özünə təqdim edəcəyəm”.

Röyanın mətbuat katibi ülviyyə Alovlu Lent.az-a bu barədə məlumatlı olduqlarını və mahnını səbirsizliklə gözlədiklərini söyləyib : “Röya Sarıkabadayının sənətini çox sevir. Mahnının Röya yaraşacağına əminik”.
Mətbuat katibi son vaxtlar bütün mahnılarını Türkiyədə aranjeman etdirən Röyanın gələcək planlarından da söhbət açıb: “Qarşıda görüləcək işlərimiz çoxdur. İndidən nə olacaqlarını desək, dadı-duzu qalmaz. Təkcə onu deyim ki, bu yaxınlarda pərəstişkarları Röyadan çoxlu sayda yenilik görəcəklər”.

...::EMERALD::...

Şərhlər:

  1. gulben dedi ki:

    byyyyyyyyyyyyyy buneyeeeee yazsin gorekdeeee xebere gore tesekkurlerrrrrrrrrrrr

  2. Ninaska dedi ki:

    xebercun twkk twk

  3. ASKO dedi ki:

    baxaq gorek ne yazir twk

  4. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ne diyelim tewekkurler yazsinda bakalim

  5. mR_bAkiNec dedi ki:

    Yazsın )) Nətər məsləhətdi

  6. HeYaTiM dedi ki:

    hmmm gozleyek gorek da

  7. Slatkaya dedi ki:

    yaxwi olar baxariqda

  8. BaBy BaRBie dedi ki:

    sagolun…