Hacker ŞEYTAN, virus NƏFS, antivirus NAMAZ

“Hacker ŞEYTAN, virus NƏFS, antivirus NAMAZ!!!”

Məscid axundu Abdulla, rəsmi işlərini həll etmək üçün idarəyə gedir. Ondan şəxsiyyət vəsiqəsi nömrəsi istənilincə, ən yaxındakı internet cafenin yolunu tutmaq məcburiyyətində qalır. Cafenin qapısından girərkən lövhədə yazılı olan elan ‘SübhanALLAH’-lar,əstağfrullah-lar dedirtdirir axunda, həm də ard-arda:

CAFE
Cafeni işlədən oğlana:
– Oğlum, şəxsiyyət vəsiqəsi nömrəsi istədilər məndən, köməkçi ola bilərsənmi?
– Əlbəttə, dayı, siz buraya oturun, bu işimi dərhal bitirib sizinlə maraqlanaram.

Abdulla müəllim başlayır gözləməyə. Beləliklə, olduğu məkanı araşdırma fürsəti də keçir əlinə. Demək ki, gənclərin girib heç cür çıxmaq bilmədikləri, internet cafe deyilən yer burasıdır. Gözünə dəyən hər xırdalıqdan narahat olaraq, narahat baxışlarla ətrafını süzür. Evin zirzəmisində qurduğu siçan tələləri gəlir ağılına. Kiçik bir pendirə “məhbus” olan siçanlar necə tələdən çıxa bilmirlərsə, müxtəlif oyun(“oyun”)lara aludə olan gənclərin də buradan çıxa bilmədiklərini düşünür. Bir ‘SübhanALLAH’ daha deyir və:
– Müasir zamanın fitnələridir bunlar…

Axundun narahat olduğunu görən cavan dərhal bir stəkan çay deyir. Abdulla ona çay təklif edilməsindən xoşhal olur. Heç olmazsa bu da bir hörmət ifadəsidir. ‘Afərin’ deyərkən içindən, heyfslənir, istəmədən deyir:
– Heyf, gənclər həyatlarını hədər edirlər.

Boşuna heyfslənmənin, bir faydası olmayacağını bildiyi üçün, cavanla dərdləşməyə qərar verir:
– Oğlum, səndən bir şey soruşacağam, amma bilmirəm nə düşünərsən?
– Buyurun əmi, nə soruşacaqdınız?
– Sən Allahı bilirsənmi?

Jeleli saçları, hər baxdığında bir ‘SübhanALLAH’ daha dediyi saqqal formasında olan bu cavandan aldığı cavab, Abdullahı çox təəccübləndirir.
Cafeni işlədən cavan gülümsəyən gözlərlə baxaraq:
– Qul, onu yoxdan var edib həyat bəxş edən, düşünəcək ağıl, görəcək göz verən Rəbbini necə bilməz, dayı?
Heyrətlə soruşur:
– Bilirsənmi? Yaxşı nə ilə bilirsən Allahı, mənə izah edə bilərsənmi?
Cavan əliylə cafedeki kompüterləri göstərərək cavab verir:
– Bu kompüter ilə bilirəm.
– Bunlarlamı? Başa düşmədim…
– Bu kompüterlərin varlığı mənim nəzərimdə Allahın varlığının ən açıq dəlillərindən biridir. Kompüter istifadə edənlər çox yaxşı bilirlər, dayı, belə bir şey, ancaq bir mühəndis və üstün bir texnologiya ilə var ola bilər. Ateistin ən irəlidə gedənindən soruşsan, bu alətin təsadüfən meydana gəlməyəcəyini, mütləq kimsə tərəfindən hazırlanmış olduğunu söyləyər sənə. Məsələn, Darvin xortlayıb dirilsə, bu notebook-u göstərib, desən ki:
‘Bu alət, bir kalkulyatorun təsadüflər zənciriylə təkmilləşdirilmiş halıdır.‘ Darvin belə ‘kimə nömrə gəlirsən?’ deyər.

Abdulla Müəllim cavan oğlanın izah etdiklərindən xoşhallanmışdır. Xoş halla soruşur:
– Kompüterin özbaşına düzəldildiyini qəbul etməyən adam, onu edən insanın yaradılmış olduğuna gəlincə “nala, mıxa vurur” eləmi, oğlum?
– Bax, dayı, burada 20 dənə kompüter var, bunlar bir sistemlə bir-birinə bağlıdır, hamısı bir proqram tərəfindən idarə edilir. Bu sistemi mən qurdum, buranı mən işlədirəm. Buradakı nizam-intizam mənimdir; Yəni bir sözlə, misalən, buranın tanrısı mənəm. Bəzən oyun oynayıb, internetdən istifadə edib pul ödəmədən fürsətdən istifadə edib qaçmaq istəyən olur. Dərhal tutub onları, ‘Hara gedirsiniz belə? Kompüterlərdən faydalanıb pul ödəmədən gedə biləcəyinizi zənn etdiniz? ‘Pulumuz yoxdur! ‘ desələr də; ‘Yox! ‘ deyib cəzalandırıram. İnternet cafeni təmizlədirəm: şüşələri silib, ayaq yolunu təmizlətdirirəm.
Bir saat oyunun, internetin əvəzi olur, bunun hesablaşması aparılır, saysız nemətlərlə dolu böyük bir ömürün hesabını soruşmazlarmı insandan? Bir cafenin belə işlərini təşkil edən, tərtib edən biri varkən, böyük kainatı qüsursuz işləyən bu sistemin bir qurucusu olmazmı?
– Vallah, oğlum çox qürur duydum sənlə. Yaxşı, Allahı necə bilirsən, neyə bənzədirsən?
-Mən Allahı heç bir şeyə bənzətmədən bilirəm, dayı.
– Bunun belə olacağını necə bildin, oğlum? Cavan əliylə kompüterləri işarə etdi:
– Yenə bunlar sağ olsun. Bu kompüterləri hazırlayan mühəndislər başqa, kompüterlər başqadır. Bir-birlərinə bənzəməzlər. Proqramı yazan insan başqadır, ortaya qoyulan proqram isə tam fərqlidir. Kompüterdə yüklənmiş məlumatlar vardır, lakin mənim bilməyim yenə başqadır. Kamerası vardır, səs sistemi var, amma mənim gözlərim və eşidib-danışmağım fərqlidir.

Abdulla dayı uşağın fərasət və anlayışını çox bəyənmişdi. Soruşduğu suallara aldığı cavablar, çox məntiqli idi və aydın bir imana işarə edirdi. Əslində buradakı işi bitmiş, kağızını çoxdan almışdı, amma söhbətə davam etmək istədi.

– Yaxşı, varlığına inandığın Rəbbin üçün nə etməyin lazım olduğuna dair nə bilirsən?
– Nə etməyim lazım olduğunu bilirəm, dayı, lakin nə qədərini edə bildiyim barəsində özümü kafi görmürəm.
– Nə bildiyini söyləsən, nələr edə biləcəyinə dair köməkçi ola bilərəm bəlkə, oğlum.
– Nələr etməyim lazım olduğuna dair şuradan bilirəm əmi: Əvvəlcə, Rəbbim mənə bir könül vermiş. Onu bilməyi nəsib edib, sevgisini qəlbimə yerləşdirmişdir. Mən də könülümdə yalnız ONA və sevdiklərinə yer verməliyəm, ONun istəməyəcəyi şeyləri könülümdən uzaq tutmalıyam. İkinci olaraq mənə verdiyi dili razı olmayacağı sözlərdən qorumalıyam. Hər vaxt ONU söyləməli, ONU izah etməliyəm. Son olaraq mənə verdiyi bu bədəni onun razı olacağı şəkildə istifadə etməli, bir gün torpaq olacaq bədənimi ONun yolunda yaşatmalıyam. Mənim bildiyim bundan ibarətdir.
– Oğlum, daha nə edəcəksən? Başqa bir şey qalmadı ki!
– Dayı, etməliyəm, etməliyəm deyirəm amma, halva, halva deməklə ağız şirin olmur ki! Gediləcək yolu bilmək ayrı, o yolda gedə bilmək tamam ayrı bir şeydir|
Yenə kompüter diliylə demək lazım olarsa,
Şeytan deyilən lənətlənmiş HACKER, mənim sistemimdəki NƏFS virusunu aktiv hala gətirir. Öhdəsindən gələ bilənə halal olsun. Təsirli bir antivirus proqramı tapmaq lazımdır bəlkə də..
– Mən bilirəm, dedi Abdulla Müəllim və əlavə etdi: NAMAZ
– Bəli, dayı, NAMAZ anti-virus proqramlarından biridir. Həyat sisteminə qurub, gündə beş dəfə də aktivləşdiririk. Beləcə davamlı yenilənir…

ELIK28

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Maraqlıdı….Təşəkkürlər

  2. Sweet_Love dedi ki:

    sona kimi oxudum cox maraqli idi ellerine sagliq ))

  3. ZakonLubvi dedi ki:

    ilk bele bir xeber oxudum twk edirem eh

  4. Ninaska dedi ki:

    xebercun twkk bayaca

  5. ASKO dedi ki:

    cooo x idi ama maraliydi thank you

  6. Psixxxx dedi ki:

    coxsagol superdiye ela.Elin derd gørmesn.
    Allah razi olsun

  7. ANGEL16 dedi ki:

    Maraqlıdı təşəkkür

  8. CooL_Man dedi ki:

    xəbərə görə təşəkkür…