Yox gedə bilmərəm

ümidlə əkilən toxumların yaşıllaşmaq istədiyi vaxtlardayam.
Bilmirəm. Arxasını gətirə bilmirəm bəzəkli sözlərin.
Düzə bilmirəm eləcə eşq ifadələrini sıra ilə.
Yaşasam belə dilləndirə bilmirəm. Mənim olan xaricimdədir.
Olmayanlarımı saxlayaram içimdə.
Söyləyərəm bəzən sənə amma izah edə bilmirəm.
Söz olaraq qalar.
Bildiyin söz…
Ya da bilmədiyin…

Keçici tarazlıq problemləri yaşayaram. Deyə bilmirəm.
Əsəbləşsən də küsə bilməzsən.
Onsuz da qəribə bir dövr bizimkisi.
Bir mən yol olar uzanaram, keçərsən üstümdən. Bərabərik,
amma varlığını bilmirəm. Görə bilmirəm.
Gecə gündüzü gözləyərkən, mən səni gözlərəm arxamda
olduğundan xəbərsiz. Küsərəm. Səbəbsiz, mənasız.
Sən gəlirsən ardından gələnlərə əsəbləşərəm. Getmərəm.
Amma qalmaram da kirayəçi. Dolanaram əzablarda dayanacaqsız.
Sən də getmə istəyərəm. Gözləyərsən eləcə səbirlə,
izləyərəm. Səndən sözlər oxşayarkən ruhumu,
səsi alınmış utancaq mahnılar söyləyərəm
amma eşitməzsən. Qışqıra bilmərəm. Utanaram,
notlara belə tökə bilmərəm kompleks təriflərimi.
Düşünürəm səni sevirəm. Bəlkə çox belə sevərəm.
Amma sınamaram. Qorxaram. Cəsarət edə bilmərəm.
Sonu naməlum başlanğıclardan ürkərəm. Heç başlamaram.
Gözləyərəm səbirlə zamanı gəlib keçərkən içimdən.
ümid edirəm sevməyi. ümid edərəm.
Amma asan sevə bilmərəm, qura bilmərəm
körpülər könüldən könülə. çəkib itələyərəm
tərəddüd dövrlərində. Sən kədərlənərsən.
Hiss edə bilmərəm. Susar bəzi vaxtda ürəyim.
Düşünə bilmərəm. Atəşi hiss edərəm amma yana bilmərəm
Gələ bilmərəm. Zərərli işə mane çoxdur.
Edə bilmərəm. İstəyərəm amma yaxınlaşa bilmərəm.
Səbirlə cəsarət gözləyərəm. ümidlə əkdiyin toxumların
içimdə yaşıllaşdığını görmək istəyərəm,
amma ümidlənərsən qorxusuyla söyləmərəm.
Varlığın böyüyərkən içimdə, qaçaram səndən.
Anlamazsan. Bilə bilməzsən. Amma ən yaxşısı gözləyərsən.
Səbirlə gözləyərsən. ümidlə gözləyərsən.
Mənə baxmayaraq gözləyərsən. Amma mən də gedə bilmərəm.
Səndən heç bir vaxt gedə bilmərəm. Səndə yox ola bilmərsən.

ASKO

Şərhlər:

  1. Ninaska dedi ki:

    super.
    twkk twk

  2. gulben dedi ki:

    her defe forgehnce baxandaa bu xeberi oxuyuram………superdi coxxxxx xowma gelir………

  3. Sweet_Love dedi ki:

    tewekkur maraqli idi )))

  4. ZakonLubvi dedi ki:

    eh exxxxxxxxxxxxxx ela twk edirem

  5. ASKO dedi ki:

    reyler gore thank you dosilerrrrrrr

  6. Psixxxx dedi ki:

    Elin qolun var olsun

  7. ANGEL16 dedi ki:

    Təşəkkürler əladı

  8. gulben dedi ki:

    suuuuuppppeeeeeeeeeerrrrrrrrrrrrrrrr dosi el;adi cooooooooxxxxxxx beyendikm

  9. mR_bAkiNec dedi ki:

    Həəəəəəəəəə

  10. Miss_KaPRizZ of_cAdI dedi ki:

    tewekkur

  11. _Sia_ dedi ki:

    Gozel dusunceniz var.