Anama Məktub

Salam ana.necəsən?Mən yaxşı deyiləm.Bura uşaq evi deyirlər.Burda çoxlu uşaqlar,müəllimələr var.Ancaq sənin yanında daha yaxşı idim.Bilirəm sən özün məni bura qoymusan ki,çoxlu dostlarım olsun.Ana,mən sənin yanında daha xoşbəxt idim.Düzdü burda müəllimələr mənimlə çox mehribandı.Onlar sənin kimi məni döymürlər.Yadına gəlir,mən bir dəfə sənin telefonunu götürmüşdümki atama zəng vurum,sən çox əsəbləşmişdin,qaşıöı qızdırıb mənim əlimə basmışdın.Amma nə olsunki məni çox istəyirdin deyə elə etmişdin.Günah məndə idi ki sənin telefonuna əl vururdum.Axı atam mənə öyrətmişdiki başqalarının əşyalarına əl vurmaq olmaz.Bilirsən, mən hər gecə yatanda əlimin üstündəki o qaşığın izlərini öpürəm.çünki səni görmürəm ki öpəm.Əlimi öpəndə elə bil səni öpürəm.Bir gün atam evin ortasında uzanmışdı üstünə ağ parça salmışdılar.Onda nənəm,bibim,hamə ağlayırdı.Ancaq sən ağlamırdın.Mən nənəmdən soruşdum ki niyə atam yerdə uzanıb,siz niyə ağlayırsız, o demişdi ki atan Allah babanın yanına getdi.Sən ağlamırdın deyə mən də ağlamırdım.Mən hələ də başa düşmürəm axı niyə onlar ağlayırdı,niyə o gündən sonra atamı görmədim,niyə siz imkan verirdiniz ki dayılar onu çiyinlərində aparsınlar?Ana,bilirsən,mənə burda müəllimlər saymağı,ayların adını öyrədib.Mən bilirəm artıq 6 yaşım var.Mən artıq 421 gündü ki burdayam.Bax yazmağı da öyrənmişəm.Sənə 12ci məktubumdu yazıram.Bilirəm məktublarımı hər gün oxuyub öpürsən.Mən də məktubu öpüb göndərirəm sənə.Bilirəm ki bütün məktublarıma cavab yazırsan,ancaq müəllimələr paxıllıq edib vermirlər mənə o məktubları.Ancaq ana sən pis olma, nə olsun ki heç verməsinlər,onsuz da yaxınlarda görüşəcəyik.Ana,bilirsən nə yadıma düşür?Atam öləndən sonra evimizə bir yekə kişi gəlmişdi.Yekə qarnı,bığları varıydı.Gələn kimi onu qucaqladın.Heç vaxt məni elə qucaqlamamışdın.O sənin atan idi hə?çünki mən də həmişə atam evə gələndə tez qaçıb elə boynunu qucaqlayardim.Sonra siz gülə gülə əvvəllər atam,sən,mən-3ün yatdığımız otağa girdiniz.Sən gülürdün çoxlu.Mən onda elə sevinirdim ki.çünki sən o dayı bizə gəlmiyəndə elə gülmürdün.Sonra o dayı hər gecə gəlməyə başladı.Həmin gündən nənəm də bizə gəlmədi.Onda mənim ondan zəhləm getməyə başladı.çünki o siz girdiyiniz otağın qapısını bağlıyırdı,mən qonaq otağında qalırdım.Divanda yatmalı olurdum.Bilirəm onu da məni çox istədiyinə görə etmiŞdin.çünki atam bizlə qalanda mən həmişə istəyirdim ki divanda yatım,atam qoymurdu.Sizin yanınızda yatırdım.Ancaq o dayı gələndən sonra sən mənim ən çox istədiyim yerdə yatmağımçün,qapını bağladın,mən divanda yatdım.Həmin gün səni daha çox istəmişdim.çünki məni şox sevdiyinçün elə etmişdin.Ancaq ora xoşuma gəlmədi.çünki başımın altında balış yox idi,üstümdə də heçnə yox idi,çox üşümüşdüm ana.Həmin gecə ağlaya ağlaya gəlib siz yatan otağın qapısını döydüm ki,ana icazə ver gəlim sənlə yatım bura çox soyuqdu.Sən qışqırdın ki “cəhənnəm ol divanda yat” Bilirəm məni cəzalandırırdın.Axı əvvəllər orda yatmağçün çox ağlamışdım.Günah məndə idi.Sən mənim daha yaxşı ağıllı uşaq olmağımçün çalışırdın.Həmin gündən mən divanda yatmağa məcbur oldum.Ana,sənə bir şey deyim-ora çox narahat idi,belimə taxtalar batırdı.Özüm sənə demirdim.çünki desəydim,narahat olacaqdın,deyəcəkdın pulumuz yoxdu divan almağa.Ona görə demirdim.Amma o dayının pulu çox idi,desəydin bəlkə alardı bizim üçün.Axı o hər gün sənə təzə nəsə alırdı…Ana,yadına gəlir bir gün bir qadın gəlmişdi bizə.Kök qadın idi.Qapını açan kimi cumdu sənin üstünə.Saçından tutub qışqırırdı ki “həyasız,tərbiyəsiz,kişimdən əl çək.Ay camaat bu tərbiyəsizi,pozğunu qovun burdan” Mən onda çox qorxmuşdum,həm də ağlamışdım.Gedib arvadın ayağın dişləmişdim ki sənin saçını buraxsın.Bağışla ana,o vaxt səni onun əlindən almağa gücüm çatmamışdı.Ana,o qadın niyə sənin üstünə qışqırırdı ki?Onun nəyini oğurlamışdın?Bilirəm onu da mənim xoşbəxtliyim üçün oğurlamışdın.Həmişə mənim xoşbəxtliyim üçün çalışmışdın…Həmin gecə bizi o evdən qovdular.Sən kiməsə zəng vurdun.Yenə o yekəqarın kişi hündür maşınıyla gəldi,bizi bir evə apardı.çox yekə ev idi.Lap restoran kimi idi.İçinde pilləkanlar da var idi.Mən ömrümdə elə qəşəng ev görməmişdim.Hər gün sən təzə paltar geyinirdin.Bilirəm,borc alırdın,mən səni qəşəng görüm deyə elə geyinirdin.Ancaq mənə almırdın.çünki qorxurdun ki, mən təzə paltar geyinib daha çox istiyərəm.Sənin də pulun çatmaz,pis olarsan.Düz edirdin ana.Bilirəm sən məni çox sevirsən…O evin hər tərəfini görə bilmədim mən.Hər gün bir otağa girib baxırdım ki gec qurtarsın.Hələ 2ci mərtəbənin otağlarına baxa bilməmişdim.Sən bir gün məni tezdən yuxudan oyatdın.Dedin ki dur geyin gedirik.Soruşdum hara?Dedin cəhənnəmə.Mən əvvəllər heç cəhənnəmdə olmamışdım.Bilmirdim necə yerdi.Ona görə çox sevinirdim.Maşına mindik,o yekəqarın dayı bizi indi qaldığım binanın yanına gətirdi.Böyük müəlimə ilə nəsə danışdın.O səni nəyəsə məcbur edirdi.Sən isə”yox,cəhənnəm olsun,mən uşaq saxlayacaq halda deyiləm götürün bunu” Müəllimə soruşdu ki gələcəksiniz uşağın yanına? Dedin “yox” və maşına tərəf qaçdın.Mən də sənin arxanca qaçdım.Ancaq sən maşına minmişdin artıq.çox sürətlə sürdü,mən nə qədər qaçsam da çata bilmədim.Arxadan gələn müəllimələr məni tutdu.Mən bilirəm sən o müəlliməyə “yox” cavabını verəndə zarafat etmişdin.Hələ də zarafat edirsən mənə.Gəlmirsən.Burdakı uşaqların çoxunun anası çox pisdi.Bilirsən niyə?Onlar uşaşları ilə heç zarafat etmirlər.Hər bazar günü gəlib uşaqları ilə görüşürlər…sənsə yox.2 həftədi atamı hər gün yuxumda görürəm.Gəlib əlimdən tutur,sonra parka gedirik.Əvvəllər..Ancaq sən olmursan yuxumda.Atam yuxuda mənə dedi ki anan səni atıb.Ana,atam da mənimlə zarafat edir e.Sən axı məni atmamısan, pullanan kimi gəlib məni aparacaqsan.Ona görə hər gecə uşaqlar yatandan sonra çıxıb çöldə səni gözləyirəm.Dünən də yenə çıxıb yağışın altında gözlədim,gözlədim.Ancaq yenə gəlmədin.Yəqin hava çox soyuq idi deyə gələ bilmədin.Yoxsa gələrdin.Axı sən məni çox sevirsən.Dünən gecə atam yenə yuxuma gəldi.Ağ paltar geyinmişdi.Əlin mənə tərəf uzatdı,dedi ki gedək qızım,sənə burda yer yoxdu,gədək mənimlə.Əlindən tutdum.Ancaq həmin dəqiqə oyandım.Başımın üstündə çoxlu adam var idi.Müəlliməm ağlayırdı.Bir ağ xalatlı xala gözlərimin içinə işıq salıb baxdı.Biraz sənə oxşuyurdu.Düzü,üzünə yaxşı baxa bilmədim.Gözüm dumanlı görürdü.Qulağım da yaxşı eşitmirdi,bütün səslər qarışmışdı bir birinə.O xala mənə iynə vurdu.Bədənim keyimişdi.Yanında kiməsə dedi ki çox gec gətiribsiniz xəstəxanaya.Yağışın altında dayanıb, sümüklərinə kimi islanıb.Ağciyərləri şişib.Əlimizdən heçnə gəlməz daha.İnanmıram ki xilas edə bilək.ALLAHdan ümid kəsilməz…Sonrasını bilmirəm…ANA ATAM YENƏ GƏLİB YANIMA. DEYİR Kİ, GEDƏK MƏNİMLƏ. ONUNLA GEDİRƏM. BİLİRƏM PULLANAN KİMİ GƏLİB MƏNİ APARACAQSAN…SƏNİ GÖZLƏYİRƏM…AXI SƏN MƏNİ çOX SEVİRSƏN…

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Can yetim :/

  2. SENSIZ HEYAT dedi ki:

    eziyyete gore twk

  3. Emo_Girl dedi ki:

    axirdek oxudum tesekkurler xeber ucun cry

  4. .::Miss Sladka::. dedi ki:

    pis oldum((

  5. kuckuck dedi ki:

    oxudum….. hem de aqlatdi meni Allah ele analara lenet etsin…. elelerinin ozlerini cehenneme aparmaq lazimdi…. oz heyatlarindan otru oz keflerinden otru ushaqlarini atirlar… ne bilim vallah Allah hec bir ushaqa ele ana qismet etmesin AMIN!!!!
    xebere gore teshekkurler

  6. Ninaska dedi ki:

    tam oxumadim sebrim catmadi. ama yinede twk xebercun
    twk

  7. Sweet_Love dedi ki:

    sona kimi oxudum cox tesirli idi . Ana sozu hec elelerine layiq deil sevgiye pula gore oz dogma uwaqindan vaz kecen insana nece ana demek olar ki. Cox saqol maraqli idi

  8. Slatkaya dedi ki:

    cox sag ol

  9. ASKO dedi ki:

    thnak you maraqli xeber ucun ama coox idi e

  10. Music star dedi ki:

    cann yaziq usaq