Məndən əfv diləyin ki, sizi bağışlayım..!

Abu Zerr (radiyallahu anhu)-in nəql etdiyinə görə, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir qudsi hədisdə Allah (subhana va taalanin) belə buyurduğunu bildirmişdir:

Qullarım! Mən zülm etməyi Özümə haram(qadağan) etdim. Onu sizin aranızda da haram etdim, bir-birinizə əsla zülm etməyin.

Qullarım! Mənim hidayət nəsib etdiyim qullar istisna, hamınız zəlalət içindəsiniz. Məndən hidayət diləyin ki, sizi hidayətə çatdırım.

Qullarım! Mənim ruzi verib doyurduğum bəndələr istisna, hamınız acsınız (möhtacsınız). Məndən ruzi istəyin ki, sizə ruzi verim.

Qullarım! Mənim (libas verib) geyindirdiyim bəndələrdən başqa hamınız libassızsınız. Məndən libas istəyin ki, sizə libas verim.

Qullarım! Siz gecə gündüz günah işləməkdə, Mən də günahları bütünlüklə bagışlamaqdayam. Məndən əfv diləyin ki, sizi bağışlayım.(SubhanAllah…)

Qullarım! Mənə zərər vermək əlinizdən gəlməz. Mənə fayda verməyə onsuz da gücünüz çatmaz.

Qullarım! Gəlmiş və gələcək bütün insanlar və cinlər bir yerə yığışsa, ən təqvalı insanın qəlbinə və duyğusuna sahib olsa, bütün bunlar Mənim mülkümdə heç nə artırmaz.

Qullarım! Yenə gəlmiş və gələcək bütün insanlar, cinlər bir yerə toplaşsa, ən günahkar bir insanın qəlbinə və duyğusuna sahib olsa, bütün bunlar Mənim mülkümden heç nə azaltmaz.

Qullarım! Əgər gəlmiş və gələcək bütün insanlar, cinlər bir yerə yığışsa və Məndən bir şey diləsələr, Mən də hər kəsə istədiyini versəm, bütün bunlar Mənim mülkümdə heç nə iynəni dənizə batırıb çıxarmaq qədər də azaltmaz.

Qullarım! Budur sizin əməlləriniz, onları sizin üçün qeyd edirəm. Sonra da sizə əməllərinizin əvəzini verəcəyəm. Kim (əməlinin) xeyrini görərsə, Allaha həmd etsin. Kim (əməlinin) xeyrini görə bilməsə, özündən başqasını əsla günahlandırmasın.
(([Müslim, Birr 55] Imam Nəvəvi, Riyazus Salehin))

ASKO

Şərhlər:

  1. yAgmurlar dedi ki:

    ALLAH razi olsun,ellerine saglik

  2. gulben dedi ki:

    allah razi oolsun coxxxxxxxxxxxxxxx beyendim eladi

  3. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ellerive saglik coox beyendim

  4. Ninaska dedi ki:

    Allah Razi Olsun !

  5. ASKO dedi ki:

    cox saq olun dosiler reyler gore thank youuuuu

  6. Sweet_Love dedi ki:

    hemiwe ki kimi cox gozeldi ellerine saqliq

  7. mR_bAkiNec dedi ki:

    Təşəkkür bro

  8. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…