Necə qısalacaq bu serialların müddəti?


Seriallar gecələrimizi qəsb etdi. Axşam çöldən əl-ayaq yığışan kimi televizorun başına toplaşıb, 90 dəqiqə olduğu halda, 3 saatdan artıq uzanıb gedən seriala kilidlənir çoxumuz. Serialda da hər şey xırdalıqlarına qədər düşünülüb, harada güləcəyimizi, harada ağlayacağımızı, harada əsəbləşəcəyimizi çox dəqiq hesablayırlar.
Gecə yarıdan keçir, hələ serialdan ayrıla bilməmişik. Bəzən ailədə hər kəsin öz serialı olur və kanal üstündə mübahisə başlanır. Ona görə də imkanlılar artıq evə yox, hər bir ailə üzvünə görə televizor alırlar.

Kim nəyə istəyir baxsın. Bəzən eyni zamanda iki serialı izləyənlər də olur, yəni reklam arasında burdan ora-ordan bura adlayaraq. Reklam da ki uzandıqca uzanır.

Milli.Az “Zaman Azərbaycan”a istinadən bildirir ki, mütəxəssislər serialların müddətinin 45 dəqiqəyə endirilməsinin həm faydalı olacağına, həm də keyfiyyətinin yüksələcəyinə inandıqlarını söyləyirlər. Ancaq bu iş sizə o qədər də asan görünməsin. çünki məsələ ilə əlaqədar bir deyil, bir neçə maraqlı tərəf var.

Teleradio Şurası bu məsələ ilə maraqlıdır, serialı çəkən şirkətlər də, ona reklam verənlər də. Məsələni dəqiq araşdıranda hər şeyin maddi maraqlar üzərində dönüb-dolaşdığı aydın görünür, işə gələndə isə hər kəs topu o birinə atır. Sistem belə işləyir. Serial çəkən şirkət telekanalla müəyyən məbləğ üzərində razılaşır. Kanal da o serialın qazandığı reytinqə görə bonus verir. Beləcə, kanallar işin başında yüksək məbləğ verib, seriala sahib olmazsa, şirkət bir müddətdən sonra başqa kanala üz tuta bilər. Bir tərəfdən də şirkət yüksək bonusu qazanmaq üçün serialın ilk bölümlərinə yüksək məbləğ sərf edir. Hər şeyin gözəl olmasına çalışır. Bəlkə də ilk mərhələlərdə şirkət özü bir şey qazana bilmir, amma gələcəyə ümidlidir, çünki böyük tamaşaçı kütləsi toplayandan sonra reytinqi də artır, qazancı da.

Əkrəm çatay və oğlu Kərəm “Fatmagülün suçu nə?” serialını çəkən “Ay Yapım”ın sahibidir. Ata-oğul layihəni birlikdə hazırlayıb, birlikdə qərar verirlər. Ata 40 illik təcrübəsi ilə telekanallarla danışıqlar aparır, oğul isə layihələrin həyata keçirilməsi üzərində çalışır. Əkrəm çatay “serialların müddətini necə qısaltmaq olar?” sualına belə cavab verir:

– Hazırda serialın bir bölümü ən azı 84 dəqiqə vaxt istəyir. Əgər belə olmazsa, biz zərər içində boğularıq. Özü də reklam qiymətini yüksək tutmalıyıq. Amma bir şey var ki, bu məsələni telekanallar bir yerə toplaşaraq həll etməlidirlər. Mənim ağlıma başqa fikir gəlmir. Əgər telekanallar konsensus halında hərəkət eləsələr, reklam şirkətləri arada oynaya bilməz. Kimlər isə elə düşünürlər ki, seriallar uzandıqca biz daha çox qazanırıq. Əsla belə deyil. Bəlkə itiririk də. çünki işi yetişdirmək üçün ikinci meydanı qurmalı oluruq.

– Yaxşı reytinq qazanmış və baxılan bir serial şirkətə və dövlətə nə qədər qazandırır?

– Serial işi fərqlidir. Yəni “bu işi görərsən, sərf etdiyin məbləğin üzərinə də 20 faiz əlavə edərsən, qazancın olar” kimi bir şey yoxdur. Özü də hər layihənin qazanacağı kimi bir şey yoxdur. Mütləq, haradasa, ciddi itkilərə məruz qalırsan, amma işini və nüfuzunu qorumaq üçün bu itkiyə qatlanmalı olursan. Bundan əlavə, dövlətə gəlir vergisi verirsən, cürbəcür hesabları ödəməli olursan. Dövlət, təbii ki, qazanır, amma mən dövlətin yerində olsam, başqa cür edərdim. Məsələn, serial çəkən şirkəti çağırardım, deyərdim ki, hansı kanala çəkirsən, öz işindir, aldığın məbləğin bu qədər hissəsini mənə ödə, səninlə işim yoxdur. Uzun illər bu işlə məşğul olmuş birisi kimi inanıram ki, dövlət belə etsə, daha çox qazanar.

– Bəs onda niyə belə etmirlər?

– Görünür, dövlət səviyyəsində serial sektoruna hələ lazım olan diqqəti ayırmayıblar. Siz bilirsinizmi, bu saat dünyada ən çox seyr edilən seriallar arasında çox sayda türk serialları var. Suriyada, İraqda, müxtəlif ərəb ölkələrində insanlar bizim serialları izləmək üçün çanaq antena alıb, peykimizə tuşlayıblar. Hələ bir çox ərəb ölkələrində titr yazıları ilə bizim seriallar yayımlanır. Avropa ölkələrində, Bolqarıstanda, Xorvatiyada, bizə tarixi yaxınlıq hiss edən toplumlarda da türk reytinqi çox yüksəkdir. Türkdilli ölkələrə gəldikdə isə, Azərbaycan və digərləri olmaqla ən çox bizim serialları izləyirlər.

– Deyirsiniz ki, biz Yaxın Şərq ölkələrinə öz seriallarımızı sata bilirik. Bəs niyə Avropaya, Amerikaya sata bilmirik?

– Bu bir az da mədəniyyətlə bağlıdır. “Ezel” serialı qısa müddətdə 30 ölkəyə satıldı. Doğrudur, Amerika bu 30-dan biri deyil, amma İtaliya bizim seriallarımızla yaxından maraqlanır. İnanırıq ki, hər şey zaman keçdikcə öz yerini tutacaq. İndi, sadəcə, seriallarımıza dəstək vermək lazımdır. Onu deyim ki, son 4 ildə türk seriallarının dünyada formalaşdırdığı türk imici rəğbət qazanıb, özü də biz bu işi əvvəllər 20-30 ilə də görə bilməmişdik.

– Amma döyüş səhnələri o qədər də inandırıcı görünmür.

– Sizə bir fakt söyləyim: 2010-cu ildə bütün telekanallarımıza seriallar çəkmək üçün 2 milyard lirə (təxminən 1 milyard manata yaxın) ayrılmışdı. Təsəvvür edirsinizmi, bütün telekanallar bu məbləği öz aralarında bölüşdürməlidirlər. Yunanıstanda isə bu göstərici 3,5 milyarddan yüksək olmuşdur. İndi özünüz müqayisə edin: 75 milyon əhalisi olan Türkiyədə seriallar üçün 2 milyard lirə, 12 milyonluq Yunanıstanda isə 3,5 milyard lirə ayrılırsa, əlbəttə, bu, keyfiyyətə öz təsirini göstərəcək. Bir də ki, özünüz düşünün: 300-400 min lirəyə müqavilə imzaladığınız bir serialda siz hər şeyi ən yüksək səviyyədə təmin edə bilməzsiniz. Zaman məhdudiyyəti də öz yerində. Siz bir həftə ərzində bölümü tamamlayıb, telekanala təhvil verməlisiniz.

– İrəlicədən tutaq ki, 13 hissədən ibarət serialı çəkib sonra satmaq mümkündürmü?

– Bəs onu düşünün ki, bu serialları çəkmək üçün sizi kim maliyyələşdirəcək.

Bütün bunlar öncədən planlaşdırılmış işlər deyil, bölümdən-bölümə reytinqlər oynayır, hər dəfə müzakirələr keçirilir, işin yaxşı və pis tərəfi götür-qoy edilir.

İyirmi dəqiqədən bir reklam çarxı

“Qold Yapım” şirkətinin sahibi Faruk Turqut seriallarda reklam yerləşdirilməsi məsələsinə nizam gətirməyi təklif edir. Deyir ki, Teleradio Şurasının keçmiş əsasnaməsinə görə, serialın hər iyirmi dəqiqəsinə maksimum 7 dəqiqə reklam yerləşdirmək olardı. Yeni əsasnamədə isə bu məsələ qaldırılıb. İndi deyilir ki, sən bu bölümdə maksimum bu qədər reklam yerləşdirə bilərsən. Kanal istəsə, bu reklam çarxını lap birinci dəqiqədə, istərsə də 89-cu dəqiqədə verə bilər. Özü də yeni əsasnamədə reklamların müddəti xeyli artırılıb. Təklif edirəm ki, seriallarımızın keyfiyyətini yüksəltmək və tamaşaçıları incitməmək üçün reklam qiymətləri yüksəldilməli, onların müddəti isə qısaldılmalıdır. Özü də bu məsələ təkcə Teleradio Şurasının qərarı ilə həll edilməz. Burada bütün tərəflər maraqlı olduğu üçün masa ətrafında oturub hər şeyi detallarına qədər müzakirə edib, ortaq qərara gəlməlidirlər.

Hər şey pula bağlı olduğu üçün çox çətindir

“Kanal-D” serial mövzusunda artıq həm sifarişçi, həm də icraçı tərəf olur. Belə ki, yayımladığı serialların bir hissəsini özü çəkməyə başlayır. Pelin çiftçi məsələ ilə bağlı açıqlamasında hər şeyin maliyyə ilə bağlı olduğunu, ona görə də problemin asan həll olunmayacağını deyir:

– Son illərdə seriallara çəkilən xərc getdikcə artır. Artıq dünya ilə yarışan seriallar çəkilir. Türk serialları təkcə ərəb ölkələrində və qardaş ölkələrdə deyil, Qərbdə də izlənilir. Bir bölümə ayrılan vəsait 85 dəqiqəlik müddətə yerləşdirdiyimiz 4 reklam çarxının xərcini qarşılayacaq qədərdir. Ona görə də məsələ qəlizləşir. Reklamların qiymətini qaldırmaq, ya da serialların müddətini uzatmaq lazımdır. Əgər razılaşma əldə olunsa, bir bölümün müddətini 85 dəqiqədən 45 dəqiqəyə də endirə bilərik. O zaman hər şey tamamilə dəyişəcək. Yəni mənzərə göz önündədir, sadəcə, riyazi düşünüb işin həllini tapmaq lazımdır.

Gündüz Özdemir: “Reklamı bahalaşdırmaq məsələni həlli deyil”

Reklam şirkətinin sahibi Özdemir: “Reklam çarxının qısalması hər iki tərəf üçün faydalıdır. Ancaq reklamın qiymətlərinin artırılması kiçik firmaları çox çətin vəziyyətə salacaq. Bu zaman onlar ya bazardan çəkilməli, ya da iflas etməli olacaqlar”.

Teleradio Şurasının sədri: “Biz reklam qiymətini müəyyən etmirik”

Teleradio Şurasının sədri Davud Dursun Türkiyədə 100 yerli, 40 xarici serial yayımlandığını deyir. Onu da əlavə edir ki, xarici serialların hər bölümü orta hesabla, 40 dəqiqədir. Yerli seriallar isə 90 dəqiqəyədək uzanır. Bu məsələni, yəni serialların müddətinin qısaldılmasını sifarişçi və icraçı tərəflər oturub birlikdə həll etməlidirlər. Özü də bütün telekanallar ortaq rəyə gəlməlidirlər ki, reklam şirkətləri burdan ora-ordan bura qaçmasınlar. Reklam qiymətini şura müəyyən eləmir, qiymətlər bazarla tənzimlənir. Ona görə də hər şeyə obyektiv yanaşmaq lazımdır ki, sonradan yeni problemlər çıxmasın. Ən doğrusu, dövlətin bu məsələyə dair xüsusi layihə hazırlamasıdır ki, dövlət dəstəyi ilə hər şey bir müddət öz məcrasına oturdular, sonra isə o şəkildə davam edər.

mR_bAkiNec

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    seriallara baxmiram.. tewekkur xebere gore..

  2. Music star dedi ki:

    bu seriallar hecc qurtarmqayacaq

  3. mR_bAkiNec dedi ki:

    ZoRRo_BaKu,
    Ay balaca Get Desəm İnciyərsən "QIRIL"-da

  4. Sweet_Love dedi ki:

    ordan burdan oxudum tewekkur…

  5. ZoRRo_BaKu dedi ki:

    mR_bAkiNec,
    SENI PARMEKDE DUWURECEM HELE MAWIN DOLMUYUB DOLANDA !!!!!!!!

  6. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…

  7. Ninaska dedi ki:

    oooooooooooooooooooooooooooooooy girl_impossible ne uzun yazidi oxumaka sebrim catmaz.. yinede twkk twk

  8. mR_bAkiNec dedi ki:

    ZoRRo_BaKu,
    Sen saxla duwen var..!
    LadyGirl,
    Prinsip deyilen bir wey var Dosim

  9. ...::EMERALD::... dedi ki:

    SAG OL

  10. ZoRRo_BaKu dedi ki:

    mR_bAkiNec,
    hami oz fikrini bildirecek sende hormet etmelisen
    ASKO,
    raziyam qardawim mende arada baxiram polata

  11. _Anonimka_ dedi ki:

    hee evvel baxirdim ama indi vaxtim olmur baxmaga tesekkurler xebercun

  12. Slatkaya dedi ki:

    twk cox sag ol bir Ferihaya baxiram bawaqa serial menlik deyil nede vaxt qoku

  13. mR_bAkiNec dedi ki:

    ASKO,
    Xowun gelmir oxuma..!Coxdu azdi budu..Xowdu,xow deyil budu..!

  14. ASKO dedi ki:

    tewkurler ne cox yazmisan ureyin dolsudu e diyesen men ancaaq Polata baxiram