Unutmaq asansa…

Nə deyim mən sənə, unut deyirsən
Unutmaq asansa sən özün unut!
Acizsən, qismətə boyun əyirsən?
Unutmaq asansa, sən özün unut!

Səninlə keçirdi hər günüm, ayım
Deyirdim, menim də tapılıb tayım
Sən demə, bu imiş Tanrıdan payım,
Unutmaq asansa, sən özün unut!

Qorxursan sevməyə,-söylə birbaşa,
Onsuzda qəlbimi vurmusan daşa.
İstəyin budursa, get, mənsiz yaşa,
Unutmaq asansa, sən özün unut!

İncitmə, gəl məni var incidənim,
Taleyim belədir- gəlmir gedənim.
ürəyin deyil ki ürəyim mənim,
Unutmaq asansa, sən özün unut!

Ayrılıq havası bu nə həvəsdi?
Səndəki sevgi yox, ötəri hissdi…
Yeter! çəkdiklərim özümə bəsdi,
Unutmaq asansa, sən özün unut!

Beləmi bitirmiş hər eşqin sonu?
Məndəmi biçəcəm həsrətdən donu?
Bir daha demə ki: sevirdim onu
Unutmaq asansa sən özün unut!

Neyləyək beləyik: bu mən, o da sən!
Aglayıb sizlamaq gəlmir əlimdən.
Səni unutmagı unutmuşam mən,
Unutmaq asansa, sən özün unut!

Sweet_Love

Şərhlər:

  1. _Anonimka_ dedi ki:

    Səni unutmagı unutmuşam mən,
    Unutmaq asansa, sən özün unut!

    Heqiqeten Unutmaq cox cetindir geden ele yara vurub gedir ki ne vaxt unutmaga calissan bele yene o yara yadina dusur… Xeber ise super idi…Beyenilsin

  2. _Sia_ dedi ki:

    UNUT KI, QOY UNUDULSUN OLANLAR,
    UNUT DAHA MENI MENLI GUNLERI…….
    UNUT MENI NECE UNUTMUSAN SEN,
    KI, SENLE KECIRDIYIM O GUNLERI.

    SEVDIKLERIMIZLE KECEN GUNLERI,
    HEYATDA HEC BIR GUN EVEZ ELEMIR.
    CALISDIQSA UZUN ILLERDEN BERI,
    KECMISI GERIYE QAYTARA BILMIR.

  3. s_y_a_m_a dedi ki:

    Qorxursan sevməyə,-söylə birbaşa,
    Onsuzda qəlbimi vurmusan daşa.
    İstəyin budursa, get, mənsiz yaşa,
    Unutmaq asansa, sən özün unut!

  4. ASKO dedi ki:

    qewey eqwy beyendi thank youuu

  5. Ninaska dedi ki:

    hmm gozel sozleri var twkk
    twk

  6. _TaNeM_ dedi ki:

    TwK…BeyendiM…

  7. mR_bAkiNec dedi ki:

    Weire gore sagl….

  8. Sweet_Love dedi ki:

    Beyendiyinize sevindimmm opucuk

  9. su_perisi dedi ki:

    unutmaq asansa sen ozun unut xmm cox tesir etdi bu soz ellerive sagliq

  10. Miss_KaPRizZ of_cAdI dedi ki:

    elaaa ellerive saglik

  11. ANGEL16 dedi ki:

    superrr seirdi cox sag ol

  12. Zerishka dedi ki:

    Neyləyək beləyik: bu mən, o da sən!
    Aglayıb sizlamaq gəlmir əlimdən.
    Səni unutmagı unutmuşam mən,
    Unutmaq asansa, sən özün unut!

    Gozel nitqiniz var.