Çox maraqlı

Yalnızlığımız çox çətindir. Doğuma və ölümə tək getdiyimizi bilərək aradakı müddəti bəziləriylə keçirməyə çalışırıq.
Tək qalmamağa çalışırıq, halbuki əksəriyyətlə bir yerdə oluruq, birlikdə yalnızlıqlarımızız içində boğulub gedirik.
Xüsusi olmaq istəyirik, xüsusi olsaq bəlkə çox kədərlənmərik ya da başımıza bir şey gəlməz deyirik.
Bir qurtarıcının olduğuna inanmaq istəyirik; gözlənilib müşahidə olunmaq… Bəzən çox kədərlənirik, çox yoruluruq. Bəzən yaranmağımız bir iztiraba çevrilir, nəfəs almaq belə yük ikən yaxşı olacağımız zamana bir an əvvəl qayıdaq istəyirik. Ağrılarımız və sevinclərimiz əslində o qədər fərdidir ki, ikisini də tək yaşayırıq. Bəli bilirik yaşadığımız hər ağrı və hər xoşbəxtlik daha əvvəl milyonlarla insan tərəfindən yaşandı. Bəli bilirik keçməyəcək kədər yoxdur, amma bunların heç biri o anda bizə köməkçi olmur, biz yenə özümüzlə, öz ruhumuzla başbaşayıq. üsyan edirik bizi incidənlərə, ürəyimiz yanarkən yanımızda olmayanlara, divar kimi durmaqlarına. ümumiyyətlə başqalarına verdiyimiz tövsiyələri özümüz söz mövzusu olanda əsla tətbiq edə bilmirik. Təbiətin qanunları, əlaqələr mövzusunda ən həssas canlılar bizlərik. Nə gözəl olardı bir ağac kimi doğulsaydıq, köklərimizlə möhkəmcə sarılsaydıq torpağa, yarpağımız olsaydı bizi bir bütün edən. Bəzən insan, elə yorulur ki, insan olmaqdan, elə yorulur ki, insan xaricində bir şey olmaq istəyir. Bəzən bir insan olmaq yerinə bir paket, bir kasa çiyələk olmaq istəyirik. Bəzən isə bir gün içində qocalırıq hətta deyək ki, otuz yaşındaysaq bir an əvvəl əlli olmaq istəyirik, yetər ki, keçsin əzab dolu nəfəs alıb vermək zamanları. Biz bəzilərini dəyişdirməyə çalışırıq, bəziləri bizi dəyişdirməyə çalışır, kimsə bir-birini olduğu kimi sevə bilmir. Bəzən bilmədən sevilmək üçün çırpınırıq. Güzəştlər verə verə ruhumuzdan ürəyimiz quruyur sonunda. Bir anda hər şey bitir. Tərk edirik, tərk edilirik. Tərk edən də qırılır, tərk edilən də. Buraxmaq məcburiyyətində qalacaq qədər qırıldığımız üçün küsürük biz ya da tərk edildiyimizdən bağlanırıq qabığımıza. Anlamaq ən çətinidir. Bir insanın digərini anlaması bu həyatdakı ən böyük möcüzələrdən biridir.

Həmişəlik sevimli ola bilmək, əmi, dayı, yoldaş olmaq çətindir. Yalnız valideynlər ümumiyyətlə bu davamlılığı təmin edə bilirlər. Həmişə ana və ata olmağa davam edirlər ölənə qədər. Nədir bu cadulu güc görəsən? Hər şeydən yorularkən, dostluqlar köhnələrkən, sevgililər ayrılarkən, yoldaşlar boşanarkən, əlaqələr öz içlərində sönüb gedərkən insan necə həmişə valideynlər olaraq qalır? Yaxşı mən hara çatmağa çalışıram bu yazıyla? Bəlkə oxucuların qarşısına çıxaraq özümə güc verirəm. Bəzi psixoloqlar masanın digər tərəfində olmaq lazım olarkən psixoloq olarlar özlərinə və digərlərinə kömək edə bilmək üçün. Bəzən oxucu yazıçıdan güc alar, bəzən yazıçı oxucudan güc alar.

Ediləcək az şey var; insanlara edə bilməyəcəyimiz şeyləri söyləməmək lazımdır, başqa ürəklərdə yaradacağımız bomba təsirlərini düşünərək insanların ruhlarıyla oynamamaq lazımdır məncə. Bir insanı olduğu kimi sevmək laızmdır, dəyişdirməyə çalışacağıqsa, heç bulaşmamalıyıq. Hər şeyi Allah roluna bürünərək dəyişdirməyə çalışmamalıyıq ki, insanların ürəkləri qırılmasın. Bir söz verib tutmaq lazımdır. Bəlkə də hər kəsin bizim kimi hiss edə biləcəyini düşündüyümüzdə, yaralar açmağı, ürəkləri qırmağı buraxarıq. Bu həyatda ən əhəmiyyətli şeylərdən biri ürək qırmamaq ola bilər insana dair şeyləri düşünəndə..

Ninaska

Şərhlər:

  1. gulben dedi ki:

    coxxxxx saqolun

  2. ZoRRo_BaKu dedi ki:

    ela idi))

  3. s_y_a_m_a dedi ki:

    hevesim olmadi axira kimi oxuyum ama cox sagolun

  4. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ellerive saglik

  5. ASKO dedi ki:

    marqli ve gozel xeber ucun thank youuu

  6. mR_bAkiNec dedi ki:

    Bir qismini oxudum…Təşəkkürlər

  7. Sweet_Love dedi ki:

    Tewekkur ))

  8. Perla Moore dedi ki:

    tesekkurlerr twk

  9. vora v zakone dedi ki:

    Maraqlidir komp