Quran oxunanda susaraq onu dinləmək..

“Quran oxunan zaman onu dinləyin və susun ki, si­zə rəhm olunsun!” (Əraf surəsi, 204)

Ayədə qəti şəkildə ifadə edildiyi kimi, Quran oxunarkən susaraq onu dinləmək yalnız gözəl davranış forması de­yil, eyni zamanda ALLAHın əmr etdiyi əməldir.. Ayənin davamında da ifadə edildiyi kimi, bu əmrə göstərilən diq­qət möminlərə rəhm olunmasına səbəb ola bilər..

Quran ALLAHın sözüdür.. Buna görə də ALLAHa göstərilməli olan haşyət, yəni qorxu dolu hörmət ALLAHın sözünə qarşı da göstərilməlidir. Bu hörmətin ilk mərhələsi isə ALLAHın sözünü eşidən zaman susub, o sözə qulaq asmaqdır. Quran istər ərəb, istərsə də türk dilində və ya başqa dil­lərdə oxunduğu zaman ona həmin hörmətin göstərilməsi əsas şərtdir.

Hər insanın fərqli işlərlə məşğul olduğu və heç kimin din­ləmədiyi şəraitdə xəbər vermədən ALLAHın ayələrini oxumaq, insanların istəmədən bu ayənin hökmünə tabe olmamalarına səbəb ola bilər. Buna görə də lazım olan şəraiti yaratmadan, Al­lah kəlamını oxumaq məqbul davranış deyil..

Hər insanın bir işlə məşğul olduğu və heç kimin dinləmədiyi halda, Quranın kaset və ya radio­dan oxudulması bəzi cahil dairələrin nəzərində mühüm ibadət və təqva əlaməti sayılır.. Halbuki Quran, hörmətlə, hər bir kəlməsi diqqətlə dinləniləcək, yadda saxlanılacaq, üzərində düşünülüb nəsihət alınacaq və yerinə yetiriləcək “üstün və şərəfli” sözdür..

mənbə: “Gözardı edilən Quran hökmləri” kitabından..

mR_bAkiNec

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    gozel yazmisan Allah razi olsun .

  2. _TaNeM_ dedi ki:

    Allah Razi Olsun!!!

  3. ASKO dedi ki:

    twk gozel ve deyer;lim xeber ucun

  4. Slatkaya dedi ki:

    Allah RAZI OLSUN

  5. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…