Azərbaycan abidələri

Azərbaycan abidələri

Ktiş qalası – Azərbaycan Respublikası Xocavənd rayonu ərazisində yerləşən qədim qala. Qala sıldırım dağın zirvəsində yerləşir. Dövrümüzə yalnız xarabalıqları çatmış bu möhtəşəm qalanın dəqiq inşa tarixi bilinmir. Lakin qalanın adı mənbələrdə Azərbaycan ərəblər tərəfindən fəth edildikdən sonra çəkilməyə başlayır.

Qala ərəblərin Azərbaycanda hegemonluğu dövründə alban knyazı Yesai əbu Musanın iqamətgahı olmuşdur. Əbu Musa mənbələrdə Beyləqan hakimi kimi xatırlanır və Kalankatlı onun Qafqaz albanlarının soyundan olduğunu yazır. Bəzzin süqutundan sonra Babək Zəngəzurdakı sahibi Səhl ibn Sunbat olan Şəki qalasında, qardaşı Abdullah isə Ktiş qalasında sığınacaq tapmışdı.

Qala olduqca əlverişli strateji mövqedə yerləşir. Belə ki, qalanın dörd bir tərəfi sıldırım qayalıqlarla əhatə edilmişdir. Qalaya yalnız çox kiçik bir cığırla getmək mümkündür. Ərəb salnaməçisi Məsudi Ktiş qalasını öz əsərində bu cür təsvir etmişdir:

“Ktiş qalası doğrudan da əlçatmaz qala idi. Onun təpəsi buludlar içində idi, dağın sərt və sıldırım yamacları meşə ilə örtülmüşdü. Qalaya çətin keçilən dar bir cığır gedirdi.”

Lakin haqqında bəhs edilən bu kiçik cığır əslində heç də qalaya gedən yeganə yol olmamışdır. Belə ki, bu çığırdan başqa, qalanın şimal tərəfində qayalarda yeraltı yol da qazılmışdı. Bu isə Qarabağın digər həmdövr qalalarında da müşaidə olunan haldır. Belə ki, tədqiqatlar zamanı yeraltı gizli yollarla Qarabağda yerəşən Laçınqaya qalası, Löh qalası və Qalaboynu qalasında da rast gəlinmişdir.


Azərbaycan abidələri

CooL_Man

Şərhlər:

  1. gulben dedi ki:

    cox saqolun maraqli oldu oxudumm wiyin minnetdaram……

  2. Miss_KaPRizZ of_cAdI dedi ki:

    tewekkurler maraqli xeberdi

  3. Ninaska dedi ki:

    xebercun twkk

  4. ASKO dedi ki:

    xeber ucun tahnk you

  5. mR_bAkiNec dedi ki:

    Bilirəm bunu onsuzda)

  6. CooL_Man dedi ki:

    LadyGirl,
    Men Tarixi yox… Azerbaycani sevirem :)))

  7. Pestimist... dedi ki:

    xebere gore tesekkurler. mende AZERBAYCANi sevirem.

  8. BaBy BaRBie dedi ki:

    minnetdaram..