Qızın oğlana etdiyi xəyanət

Bilirsən…?
Mən sənə xəyanət edirdim.
Həmişə…
Bilməzdim xəyanət belə şirin olarmış…
Məni günahlandırmağa haqqın yoxdur. Bütün sənin hərəkətlərinin qarşılığında bunları edirdim.
Hər dəfə…
Elə bir gün, ay olmayıb ki, sənə xəyanət etməyim….
Düşünürsən səni sevmədiyim üçün xəyanət edirim sənə?
Yox,əsla…
Elə səni sevdiyim üçün hələ də xəyanət edirəm sənə. Yoxsa, çoxdan çıxıb getmişdim səndən. Bilmək istərdinmi kimlərlə xəyanət etmişəm sənə? Yadına sal, azmı ağlatdın məni? Göz yaşlarımda boğularaq qaçdım…
Hər ağladığımda göz yaşlarımı qurutmaq üçün yay fəslinə qaçdım…
üşüdüyümdə məni isidirdi, göz yaşlarımı qurudurdu…
Qızmar günəşin işığı qaranlıq dünyamı işıqlandırırdı…
Yadına sal, azmı qışqırırdın üstümə? Hər sözün bir alov olub ürəyimi yandırırdı. Od tutub alışıb yanırdı ürəyim. O zaman mən payız fəslinə qaçırdım…
Yaralarımı sərinlədərdi, yağışın damcıları ilə söndürərdi içimdəki o alovu…
Sakitlik tapardım, rahatlıq tapardım…
Yadına sal…
Azmı deyirdin ayrıldıq, hər şey bitdi, gedirəm…? O zaman bilmirdim sevinim, gülüm, yoxsa ağlayım? Belə olduqda mən bahar fəslinə gedirdim…
İlıq təbəssüm bəxş edirdi mənə. Heçnə düşünmədən gülümsəməyi öyrədirdi mənə…
Sevinc bəxş edirdi bəhanəsiz, səbəbsiz…
Bax sənə hər zaman fəsillərlə xəyanət edirdim. Fəsillərlə yaşayırım. Bir tək heç zaman qış fəslinin yanına getmədim…
Əvvəllər ora səninlə getməyi arzulayardım. O ağ bəyaz qar gəlinliyim olacaq deyə…
Amma artıq qərara gəldim qış tək gedəcəyəm. Artıq sənin yox, mən azadlığın nişanlısıyam…

Pestimist...

Şərhlər:

  1. ASKO dedi ki:

    gozel yazi ucun twkkkk

  2. Ninaska dedi ki:

    gozel yazi idi
    twkk twk

  3. MiSS_BaHaR dedi ki:

    suppiw beyendim)

  4. yAgmurlar dedi ki:

    hmmm oxumuwam yenede tewekkurler

  5. Sweet_Love dedi ki:

    ela cox xowuma geldi ellerine saqliq ))

  6. .::Miss Sladka::. dedi ki:

    hee twk ederiim

  7. Pestimist... dedi ki:

    reyleriniz ucun minnetdaram.