Səni istəyirəm

Mən Ələddin deyiləm ki,
çıraq tapım.
çıraqdan cin çıxsın,
“əmrinə amadəyəm, mənim sahibim”– desin.

Mən də
mənə verilən üç şansdan
birini istifadə edim,
Səni istəyim.

Mən Sindbad deyiləm ki,
Nəhəng taxta gəmi ilə
dənizləri üzüm,
okeanları keçim,
Səni axtarım.

Mən Məlikməmməd deyiləm ki,
Quyunun içindəki ağ qoça minim,
işıqlı dünyaya gəlim.
Səni tapım.

Mən Aşıq Qərib deyiləm ki,
Yanımda hardansa
xeyirxah süvari peyda olsun.
Onun tərkində
bir aylıq yolu
bir göz qırpımında qət edim.
Sənin yanına gəlim.

Mən insanam.
adi bir insan.
Mənə faili-muxtarlıq verilsə də,
Allahımın quluyam,
və yalnız O`na sığınaraq
Səni istəyirəm!!!

ASKO

Şərhlər:

  1. ZakonLubvi dedi ki:

    agla
    Mən Ələddin deyiləm ki,
    çıraq tapım.
    Çıraqdan cin çıxsın,
    "əmrinə amadəyəm, mənim sahibim"- desin. sick men isterdime cini

  2. Miss_KaPRizZ of_cAdI dedi ki:

    gozeliydi

  3. s_y_a_m_a dedi ki:

    Mən insanam.
    adi bir insan.
    Mənə faili-muxtarlıq verilsə də,
    Allahımın quluyam,
    və yalnız O`na sığınaraq
    Səni istəyirəm!!!

  4. _TaNeM_ dedi ki:

    xmmmm maragliydi twk…

  5. ASKO dedi ki:

    Reylere gore thank you cox saq olun

  6. mR_bAkiNec dedi ki:

    Tewekkurler Normal

  7. Pestimist... dedi ki:

    qwey yazilardi…….

  8. _Sia_ dedi ki:

    Menali kelmelerdir.
    Nitqiniz gozeldir.