Əhli-Beyt bağçasından bir neçə çiçək


Bağışlayan və mərhəmətli Allahın adı ilə

Əhdə vəfa etmək, Bağışlamaq, Düz danışmaq, Yalan danışmaq

Peyğəmbər (s): ”Qiyamət günü sizlərdən mənə ən yaxını düz danışanınız, əmanəti qaytaranınız, əhdə vəfa edəniniz, əxlaqda ən gözəl olanınızdır və camaata daha yaxın olanınızdır” . “Allah və Qiyamət gününə iman gətirən şəxs vədə verdikdə ona əməl etməlidir” .” üç şeyi tərt etmək insanlardan heç kəsə icazə verilməmişdir : Müsəlman ya kafir olmasından asılı olmayaraq ata-anaya yaxşılıq etmək, müsəlman ya kafir olmasından asılı olmayaraq əhdinə vəfa etmək, müsəlman ya kafir olmasından asılı olmayaraq əmanəti qaytarmaq”.

İmam Əli (ə): ”Vəfa edə bilməyəcəyin imanın yoxdursa, vədə vermə” . ”Əhdinə vəfa etməyən insanın dostluğuna inanma”. “Bağışlamaq ən gözəl əxlaqların tacıdır”. “İnsanların ən pisi odur ki, başqalarının günahını əfv etməz və eyiblərini gizlətməz”

Peyğəmbər (s): ”Hər kəs ona olan zülmu bağışlarsa, Allah onun əvəzində dünya və axirətdə ona izzət verər” . ”Bir-birinizi bağışlayın ki aranızda olan kinlər yox olsun”.

İmam Sadiq (ə) : ”Həqiqətən, Allahu-Təala hər bir peyğəmbəri yalnız doğru danışmaq və əmanəti sahibinə (yaxşı və pis olmasından asılı olmayaraq) qaytarmaq üçün məbus etmişdir” . ”Düz danışan şəxsi təsdiq edən ilk şəxs Allahdır ki, onun düz danışdığını bilir, eləcə də öz batinində özünü təsdiqləyib doğruçu olduğunu bilir” . ”Hər kəsin dili düz olsa, əməli pak-pakizə olub inkişaf edər”.

Peyğəmbər (s) : ”Ey Əli! Düz danış! Hətta hal-hazırda sənin zərərinə tamam olsa belə. Lakin gələcəkdə sənin xeyrinə olacaqdır. Yalan danışma. Hətta hal-hazırda sənin xeyrinə olsa da belə lakin gələcəkdə sənin zərərinə tamam olacaqdır” . “Yalan ruzini azaldır”

Imam Əli (ə): ”Hər kəsdə dörd xislət olsa, dünya və axirət xeyri ona verilmiş olar : Düz danışmaq, əmanəti (sahininə) qaytarmaq, qarın iffəti (pak olması) və əxlaq gözəlliyi”. “Mömin çox düz danışan və çox ehsan edən şəxsdir” . ”Yalan İslam əxlaqından deyildir” . ”Yalan danışan şəxs yalanı ilə üç şeyi əxz edir : Allahın ona qəzəbini, camaatın ona təhqirlə yanaşmasını, mələklərin onunla düşmənçiliyini”

Bir nəfər peyğəmbərimizn hüzuruna gəlib dedi : “Ya RəsulAllah” mənə dünya və axirət xeyrini özündə cəm edəcək bir əxlaqı öyrət . Peyğəmbər (s) buyurdu:”Yalan danışma!”

yAgmurlar

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah razi olsun ellerive saglik

  2. Love Girl dedi ki:

    twk ellerine sagliq

  3. CooL_Man dedi ki:

    ALLAH razi olsun!!!

  4. Music star dedi ki:

    ellerin der gormesin

  5. Pestimist... dedi ki:

    ALLAH razi olsun.

  6. ASKO dedi ki:

    eladi coox saq ol tewkurlerrr

  7. Sweet_Love dedi ki:

    Allah razi olsun cox maraqli idi ele sona qeder de maraqla oxudum cox saqol

  8. yAgmurlar dedi ki:

    Miss_KaPRizZ of_cAdI,
    cumlemizden
    mR_bAkiNec,
    cooox sagol qaqawim

  9. mR_bAkiNec dedi ki:
    ALLAH Razı Olsun Bacı..,Sona qədər oxudym əladı
  10. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…