Səni sıxmasın

Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

-*-*-*-*-*-*-*-*-*-

Yada paylananda sevincdən beş-beş,
Fələk iynə verdi, dedi qəbir eş.
Nə bəxtim ağ oldu, nə də zərim şeş,
Mənə çıxan, bari sənə çıxmasın.

-*-*-*-*-*-*-*-*-*-

Bilirəm ki, arzu həyat naxışıdır,
Fəqət ömür, bir lal suyun axışıdır.
Arzu var ki, qəlbdə olsa yaxşıdır,
Qıymıram qoy, gözündən yaş axmasın.

-*-*-*-*-*-*-*-*-*-

Hər olanda var tanrıdan kəramət,
Bizə düşən səbr, şükür, mətanət.
Rəhimlinin evin yıxan xəyanət,
Amandır, sənin yuvanı yıxmasın.

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. ASKO dedi ki:

    Qewet byendim sonuncu bendin daha yeri var cox saq ollll

  2. ZakonLubvi dedi ki:

    laylay
    Sənə nə söyləyir içindəki səs?
    Peşiman etməsin, səni bir həvəs.
    Onsuz da, bu dünya zəncirli qəfəs,
    Məni sıxır, bari səni sıxmasın. urek

  3. CooL_Man dedi ki:

    cox sag ol!

  4. Pestimist... dedi ki:

    minnetdaram

  5. JENIFFER LOPEZ dedi ki:

    twk beyendim flower

  6. mR_bAkiNec dedi ki:

    Qəşəy Qəşəy )) Tşk

  7. Zerishka dedi ki:

    Sənə nə söyləyir içindəki səs?
    Peşiman etməsin, səni bir həvəs.
    Onsuz da, bu dünya zəncirli qəfəs,
    Məni sıxır, bari səni sıxmasın.

    Gozel nitqiniz var.