Muxtar Səqəfinin məzhəbi

Muxtar Səqəfinin məzhəbi

Muxtar es Seqefi


Əhli-beyt (ə) tərəfdarlarından və şiələrdən olan Muxtar ibn Əbiubeydə Səqəfi İmam Hüseynin (ə) şəhadətindən sonra Əhli-beyti (ə) və şiələri sevindirən ilk şəxs idi. O, Kərbəla hadisəsindən sonra İmam Hüseynin (ə) intiqamını almaq üçün qiyam etdi və Kərbəla hadisənin yaranmasında rolu olanları və İmamın qatillərini öldürdü. Muxtar bu hərəkəti ilə həm Əhli-beyti (ə), həm də şiələri sevindirdi.

Tarixdə qeyd olunur ki, Muxtar İbn Ziyadın başını İmam Zeynəlabidinə (ə) göndərəndə İmam onun üçün dua etdi. Muxtarın qiyamı Əhli-beyt (ə) düşmənlərini çox narahat etdi. Ona görə də qiyamın dəyər və qiymətini azaltmaq məqsədi ilə Muxtara müxtəlif töhmətlər vurdular. Onların töhmətlərindən biri də Muxtarın şiə olmaması və Keysaniyyə məzhəbindən olmasıdır. Hətta Muxtarı bu məzhəbin banisi kimi də tanıtdırırlar.

Keysaniyyə məzhəbinin tərəfdarları İmam Əlinin (ə) oğlu Muhəmməd Hənəfiyyənin imamətin qəbul edirlər. İmam Səccad (ə) və ondan sonrakı imamların imamətin qəbul etmirlər. Muxtarın bu məzhəbə mənsub olduğunu iddia edən deyir ki, Muxtar Muhəmməd Hənəfiyyəni İmam Məhdi kimi tanıtdırırdı. Muhəmməd Hənəfiyyə 81-ci ildə (h.q) öləndən sonra onun Keysaniyyə ləqəbli tərəfdarları dedilər ki, Muhəmməd ölməyib, Mədinə yaxılığındakı Rəzva dağında yaşayır. İstədiyi vaxt gələcək. (Tarixi təhlili İslam Dr. Şəhidi. s 201) Muxtar haqda edilən iddia aşağıdakı dəlillərə əsasən düzgün deyil.

Muxtar Səqəfinin məzhəbi


Əhli-beytin (ə) onun haqda buyurduqları:

Hədislərdə qeyd olunur ki, İmam Baqir (ə) İmam Sadiq (ə) ona üç dəfə rəhmət göndərmişdir. Muxtar İbn Ziyadın başın İmam Səccada (ə) göndərəndə Həzrət Allahdan onun üçün böyük əcr və mükafat istədi. (Ricali-Kəşşi, s 125-127)

Tarixi fakt:

Tarixdə gəlmişdir ki, Muxtar İmam Səccad (ə) üçün qiymətli hədiyyələr göndərirdi. Əgər Həzrətin imamətini qəbul etməsəydi, hədiyyələri Muhəmməd Hənəfiyyəyə göndərərdi. (Əmali Səduq, s 335)

Muxtar Səqəfinin məzhəbi


Alimlərin nəzərləri:
Əllamə Hilli:

Şiənin böyük alimlərindən olan Əllamə Hilli Muxtarı özünün “Əl-xülasətül-əqval fi mərifəti əhvalir-rical” kitabında on iki imam şiələrindən bilimişdir. (Əl-xülasə, s 169)

Əllamə Maməqani:

“Muxtarın düzgün əqidəsi barədə heç bir şək-şübhə yoxdur. O, müsəlman və on iki imam şiəsidir. Muxtar İmam Zeynəlabidinin (ə) imamətin qəbul edirdi.”

Əllamə bu iddanı hədislə sübut edir və deyir: Muxtarın əqiqəsinin düzgünlüyünü isbat edən dəlillərdən biri də budur ki, İmam Əli (ə) onun haqda buyurur: Kufənin əmiri Muxtarı, o Bəni-üməyyədən neçə min nəfər öldurməyincə öldürə bilməyəcək. (Tənqihul-məqal, c3, s 205)

Ayətullah Xoyi:

Bəzi Əhli-sünnə alimləri Muxtarı keysaniyyə məzhəbinə nisbət verirlər. Onlar bu iddiaların Kəşşinin sözünə istinad edirlər. Bu iddia mütləq şəkildə batildir. çünki Muhəmməd Hənəfiyyə imamlıq iddiası etmirdi ki, Muxtar camaatı onun imamətinə dəvət etsin. Muxtar Muhəmməd Hənəfiyyədən qabaq qətlə yetirildi. Keysaniyyə məzbəbi isə Muhəmməd Hənəfiyyənin ölümündən sonra yarandı. Muxtarın keysan adlanmasının səbəbi İmam Əlinin (ə) onu kəyyis (zirək) adlandırmasıdı. (Mocəmu ricalil-hədis, c, 18, s 102)
Yuxarıdakı dəlillər və sübutlar Muxtarın keysaniyyə məzhəbinin banisi olmadığını və onun Muhəmməd Hənəfiyyəni İmam Zaman (ə.f) elan etmə iddiasının yalan və iftira olduğunu sübut edir.

Pestimist...

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Allah razı olsun…
    Əladı

  2. _TaNeM_ dedi ki:

    Allah Razi Olsun…

  3. Music star dedi ki:

    ALLAH razi olsun……

  4. Pestimist... dedi ki:

    reyleriniz ucun tesekkurler

  5. ASKO dedi ki:

    Allah razi olsun deyerli xeber ucun

  6. ZakonLubvi dedi ki:

    twk edirem xeber ucun urek

  7. Love Girl dedi ki:

    allah razi olsun ela xeberdi