Allah-təala gələcəkdə olan hadisələri necə bilir?

Sual: Allahşünaslıq bəhsində Allahın elmi haqqında deyilirdi: “Allah-taala gələcəkdə baş verəsi, keçmişdə baş vermiş və hazırda baş verən bütün hadisələrdən eyni dərəcədə xəbərdardır, onun xəbərsiz olduğu məsələ yoxdur. Onun elmi bütün hadisələrə münasibətdə “hüzuri” elmdir, yə’ni bütün hadisələr Onun hüzurunda baş verir. Keçmişin, bu günün, gələcəyin hadisələri ilə Allah arasında heç bir pərdə yoxdur.” Allahın keçmişdən və bu gündən xəbərdarlığını asanlıqla qəbul etmək olur. Amma gələcəkdə baş verəsi hadisələrə münasibətdə problem yaranır. Axı hələ ki, baş verməmiş bir hadisə Allahın hüzurunda necə mə’lum ola bilər? Cavab: Uyğun suallara allahşünaslıq bəhslərində yetərincə cavab verilmişdir. Keçmiş, bu gün, gələcək kimi məfhumlar məhdud düşüncəli və məhdud varlıqlı insana aiddir. İnsanın vücudu zaman və məkan baxımından məhduddur. Əgər insan vardırsa, bu varlığın konkret zamanı və məkanı vardır. İnsanın məkanca məhdud olması onun üçün “yaxın, uzaq”, zamanca məhdud olması isə “keçmiş, bu gün, gələcək”kimi məfhumlar yaradır. Əgər vücudumuz bütün varlıq aləmini tutmuş olsaydı, bizim üçün “yaxın, uzaq” məfhumlarının əhəmiyyəti olardımı?!
İnsanın zamanca məhdud oması “keçmiş, bu gün, gələcək” kimi məfhumlar ortaya çıxarır. “İndi”dedikdə yaşadığımız anı nəzərdə tuturuq. “Keçmiş” “indidən” əvvəlki, “gələcək” isə “indidən” sonrakı ömür dönəmimizdir. Demək, hər üç məfhum üçün miqyas insanın özüdür.
Məsələn, bizim üçün keçmiş sayılan bir dövr, keçmişdə yaşamış insanlar üçün bu gün sayılmışdır. Eləcə də, keçmişdəki insanların gələcək saydığı dövr bizim üçün bu gündür.
Bəli, zaman və məkanca qeyri-məhdud bir varlıq üçün bu məfhumların mə’nası yoxdur. Onun üçün keçmiş də, bu gün də, gələcək də eynidir. O hər dövrü görür və hər andan xəbərdardır.
Məsələn, yol kənarındakı otağın divarındakı dəlikdən yola baxan insan yoldan ötən karvandakı dəvələri bir-bir görə bilir. Onun baxış borusu məhdud olduğundan düşüncəsində keçmiş, indi, gələcək məfhumları yarır. Bu adam üçün gördüyü dəvədən əvvəlki dəvə “keçmiş”, sonrakı dəvə isə“gələcəkdir”. Amma otaqdan bayırda durub, karvanı müşahidə edən adam üçün bütün dəvələr eyni zamanda hərəkət edir.
Başqa sözlə, zaman və məkandan ucada duran varlıq üçün bütün hadisələr əyanidir. Doğrudan da, gələcəkdə baş verəsi hadisələr hələ ki, baş verməmişdir. “İndi” dedikdə yaşadığımız an nəzərdə tutulur. Amma bu o demək deyil ki, gələcək öz sferasında da mövcud deyil. Əksinə, hər bir varlıq öz sferasında mövcuddur və onu varlıq aləmindən silib-atmaq olmaz. Sabahın hadisəsi bu günə aid olmasa da, onun varlığı inkar edilməməlidir.
“Dini Suallara Cavab” kitabından (Parlayangünəş).

ELIK28

Şərhlər:

  1. ASKO dedi ki:

    Eziyyet ucun thank you her weyin en yaxsisini Allah bilir

  2. ZakonLubvi dedi ki:

    Allah razi olsun

  3. Gunes dedi ki:

    Allah razi olsun

  4. Music star dedi ki:

    xeber ucun minetdaram tewwekurler!!!!! aze

  5. Pestimist... dedi ki:

    beyendim. tesekkurler

  6. ELIK28 dedi ki:

    Beyendiynize sevindim!!!!

  7. MURAD_X dedi ki:

    HER SEY ALLAHIN ELINDEDIR.. twk

  8. kilipton dedi ki:

    ALLAH RAZI OLSUN!

  9. mR_bAkiNec dedi ki:

    Oxudum..Əla

  10. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…