İstəyirəm

Bir gecə qaranlığı istiyirəm elə bir qaranlıq ki o qaranlığa bütün dərdimi söyləyə bilim.Heç kimin görmədiyi bir qaranlıq…Bir dəniz istiyirəm ləpəriylə dərdləşmə bildiyim.Elə bir dəniz ki məni bütün şıltaqlığımla anlıya bilsin.İstər fırtınalı,istər sakit.Məni qayalara,daşlara vuracaq bir dəniz istiyirəm.Bir həyat istiyirəm nifrətsiz,kinsiz. Bir nəfəs istiyirəm unutduğum anda yenidən sevməyi öyrətsin.Bir işıq istiyirəm qaranlıq dünyama aydınlıq gətirə biləcək bir işıq.

İstəyirəm

Bir SƏN istiyirəm sevə biləcəyim.Ömrümün sonuna qədər güvənə biləcəyim bir SƏN.Bir SƏN istiyirəm içində mən olan.Amma mən sevə bilmərəm.Səni sevmək üçün görmək lazım,darıxmaq üçün ayrılmaq.Mənsə səni nə gördüm,nə də səndən ayrıldım.çünki hər zaman yaxınkən uzaq oldun…O qədər uzaq ki yoxluğun belə bilinmir.Yoxluğun heç nəyi dəyidirmir belə.Bunu görməyin lazımdı.Artıq heç kimi istəmirəm.Həyatımda kimsə olmasın.Uzaq olum sevgidən,həsrətdən,xoş sözdən,dalaşıb-barışmaqdan…hər şeydən uzaq olmaq istiyirəm.Sanki ruhsuz bir bədən kimi.Sanki körpə bir uşaq kimi.bütün pisliklərdən uzaq,beyni ağ kağız kimi tər təmiz olan bir uşaq kimi.

İstəyirəm

Yeni bir həyat istiyirəm.Elə bir həyatki kaşkilərdən uzaq olsun.Geri dönüb baxdığımda yaşadıqlarımdan peşman olmamaq,kaşki dediyim şeylərin olmamasını istiyirəm.Beynimdə kin,hirs,suallar,səmimiyyətsizliklər olmasını istəmirəm artıq.Hər zaman hər kəsin dərdinə şərik oldum,çətində olana dəstək oldum,dərdi olana sirdaş oldum.Amma yenədə əksliklərlə qarşılaşdım.Artıq pis insan olmaq istiyirəm.çünki yaxşılıq etdikcə pislik gördüm,dəstək olduqca yalnızlıq gördüm.
Və sonda bir hekayə istiyirəm mənimlə başlayan amma içində mən olmayan…İçimizdə yaşayan,gündəlik insanlardan,hamımızdan, amma içində biz olmayan…Hamısı həyatımdan,bəlkədə dostlarımdan,bəlkədə düşmənlərimdən və hörmət göstərdiyim xatırlananlardan….Bəzən xəyal yalnışlıqlarıyla qarşılaşaq o hekayədə,bəzən sevincli anlar yaşıyaq…Doğrusu ilə,yalnışı ilə,haqsızıyla,haqlısıyla bir hekayə istiyirəm mənimlə başlayan amma hamımızı aid olan…

Qıfıl axtarıram mən açar kimi,
İmdad gözləyirəm bir naçar kimi.
Hələki susuram günahkar kimi,
Bir gün üsyan edib dinə bilərəm.
Deyəsən Tanrıya yetişdi duam.

BadBoy

Şərhlər:

  1. _Anonimka_ dedi ki:

    Super yazmisan Ilham elive sagliq yaman cox sey isteyirsen haaa

  2. BadBoy dedi ki:

    😀 Wad oldum

  3. MiSS_BaHaR dedi ki:

    thankssssss youu))

  4. Music star dedi ki:

    dostluq yaxsi seydi insanin bir yoldasi bir sirri acacagi insana elbetteki ehtiyaci var menimde bele bir sirrimi aca bileceyim en yaxin dostum varr ve dusunurem ki en yaxsi dost mene dusduyu ucun sansliyam!!!!!

  5. Pestimist... dedi ki:

    minnetdaram……………………………………………………………
    ……………………………………………………………………..
    ……………………………………………………………………..
    ……………………………………………………………………..
    ……………………………………………………………………..
    ……………………………………………………………………..
    ………………………..,

  6. Slatkaya dedi ki:

    BadBoy,
    Balam coooooooooooox sag ol elaaaaaaaaaaaaaaaaaaaaaaa

  7. BadBoy dedi ki:

    BeYenDiYnIzE sEVINDIM..!!!

  8. ZakonLubvi dedi ki:

    cry Bir gecə qaranlığı istiyirəm elə bir qaranlıq ki o qaranlığa bütün dərdimi söyləyə bilim.Heç kimin görmədiyi bir qaranlıq…Bir dəniz istiyirəm ləpəriylə dərdləşmə bildiyim.Elə bir dəniz ki məni bütün şıltaqlığımla anlıya bilsin.İstər fırtınalı,istər sakit.Məni qayalara,daşlara vuracaq bir dəniz istiyirəm.Bir həyat istiyirəm nifrətsiz,kinsiz. Bir nəfəs istiyirəm unutduğum anda yenidən sevməyi öyrətsin.Bir işıq istiyirəm qaranlıq dünyama aydınlıq gətirə biləcək bir işıq.
    bi sozderi cok beyendim twk edirem hang

  9. mR_bAkiNec dedi ki:

    Əladı…Təşəkkür qaqaş

  10. Miss_KaPRizZ of_cAdI dedi ki:

    elaa cox beyendim

  11. ASKO dedi ki:

    Ela beyendim coox saq ol

  12. Ayselka dedi ki:

    cox gozele ne deyime deye bilmediyimdende gozel super