Maraqlı bir dini hekayə

Dedim: çox tənhayam.
Dedin: Mən ki sənə çox yaxınam.
(Bəqərə,186)

Dedim: Bəli bilirəm Sən mənə yaxınsan, amma mən Səndən uzağam, kaş ki mən də Sənə yaxın ola bilsə idim.
Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et.
(Əraf, 205)

Dedim: Bu da Sənin köməyini istəyər.
Dedin: Allahın sizi bağışlamasını istəməzsinizmi?
(Nur, 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedin: (Elə isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!
(Hud, 90)

Dedim: çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedin: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!
(Tövbə, 104)

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur.
(Ğafir, 3)

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedin: Allah bütün günahları bağışlayandır.
(Zumər, 53)

Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin: Axı günahları Allahdan başqa kim bağışlaya bilər?
(Ali-İmran, 135)

Dedim: Nə qədər gözəlsən, Allahım! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
Dedin: Şübhəsiz ki, Allah tövbə edənləri və təmizlənənləri sevir.

Birdən: “İlahım və Rəbbim, mənim Səndən başqa kimim var”, -dedim.

Sən də: “Allah Öz bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.

Dedim: Sən ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?
Dedin: Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir!
(Əhzab, 41-43)

Öz-özümə dedim: Allahım, Səni çox sevirəm.

ASKO

Şərhlər:

  1. MURAD_X dedi ki:

    ELA, hemiseki kimi SUPER xeberdir..

  2. ELIK28 dedi ki:

    CoX SaGoL DoSi
    ALLAH RAZI OLSUN!

  3. important life dedi ki:

    cox gözeldi sözlerdi..twk…

  4. Sweet_Love dedi ki:

    Allah razi olsun. Cox maraqli idi cox saqol

  5. Pestimist... dedi ki:

    maraqli yazilardi. ALLAH razi olsun. amma vaxtim yoxdu daha sonra oxuyaram)))

  6. Music star dedi ki:

    Ellerin der gormsin minetdaram

  7. _TaNeM_ dedi ki:

    Allah Razi Olsun Dosi

  8. mR_bAkiNec dedi ki:

    Əladu Sağol

  9. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ALLAHIim Rebbim Seni cox sevirem.. Allahim herkesin gunahlarini bagiwlasin..

  10. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…