Xoşbəxtlik


Xoşbəxtlik bəzən heç gözlənilməz anda döyər insanın qapısını..
Gözləməzsən amma gəlmişdir xəbərsizcə.
Göndərə bilməzsən geri, göndərmək istəməzsən gəldiyi yerə.
Həmişə qalsın getməsin deyərsən.
Bitməyəcək kimi yaşamaq istəyərsən xoşbəxtliyi, sonradan peşman olsan da etdiklərinə o an düşünməzsən, düşünmək istəməzsən belə.
O gəldiyi anı yaşamaq, qiymətini bilmək istəyərsən yalnız.
Tam fərqli bir dünyada hiss etmək istərsən özünü.
Xoşbəxtlik, bəzən bir dayanacaqda çıxar qarşımıza, bəzən bir yerdə oturarkən.
Heç gözləmədiyin anda ürəyin atmağa başlar, ya aşiq olmusan ondan xoşbəxtsən, ya da fərqli bir şey yaşamısan xoşbəxtliyə aparacaq səni.
Sürətli də yaşansa, zamanla da olsa qarışmaq istəməzsən duyğularına.
Xoşbəxtsən, xoşbəxt olduğun müddətcə yaşamaq istəyərsən hiss etdiklərini.
Kim nə deyər deyə düşünmədən, mühakimə olunmağı ümid etmədən yaşayarsan içindəkiləri.
Tanımasan da, bilməsən də tam mənasıyla səni xoşbəxt edən şeyi, gözü bağlı xoşbəxtliyin dadını çıxararsan yalnız.
Gözəldir xoşbəxt olmaq, yaşanılasıdır hiss etdiklərin çünki.
Peşman olmamağı ümid edərək keçərsən yuxuya, sabahın da sənə ən gözəl xoşbəxtliyi yaşatmasını ümid edərək..

Odur ki, xoşbəxtliyi gözləməyin, çünki zamanı özü gəlib sizi tapacaq…

balaca

Şərhlər:

  1. Love Girl dedi ki:

    superrr…cox beyendim twk

  2. Firdevs dedi ki:

    Allah layiq olduqumuz xowbextlik nesib etsin bizlere!

  3. Not to love you dedi ki:

    Men artiq o xowbextliyi tapmiwam o her zaman menim yanimdadi yemi gelib artiq,Allah hamiya qismet etsin,tewekkurler xebere gore

  4. My Live89 dedi ki:

    Insan ele bir mexluqdur ki,heyati boyu her addiminda xowbextlik isteyir.Onu gozlemek uzun cekir,gelende ise kim ucun artiq lazimsiz weyler ucun gelir…twk.

  5. ...::EMERALD::... dedi ki:

    SAG OL DOSİ

  6. important life dedi ki:

    super xeberdi.twk…

  7. Sweet_Love dedi ki:

    Miss_KaPRizZ of_cAdI,
    sebrli ol canim inwallah vaxti gelende gelib seni de tapacaq o xowbextlik….

    xeber super tewekkur. . . .

  8. ASKO dedi ki:

    gozeldi ama hle xosbext oa bilmirem eeeeeee…

  9. Miss_KaPRizZ of_cAdI dedi ki:

    hardadi o xowbextlik gelsin daha

  10. MURAD_X dedi ki:

    SUPERR xeberdir.. ellerine saglik.. twk

  11. =ReiNKaRNaSiYa= dedi ki:

    eger ailen yanindadisa bu ele en boyuk xowbextlikdi…ureyinde Allahin sevgisi varsa, qorxusu varsa buda xowbextlikdi..sen heyata nece baxarsansa o da sene ele baxar…twk maraqli xeber idi…