`Yaponçik` ölüm ayağındadır

`Yapon231;ik` 246;l252;m aya287;305;ndad305;r

Rus mafiyasının “xaç atası” süni koma vəziyyətinə salınıb

“Yaponçik” ləqəbi ilə tanınan məşhur rusiyalı kriminal avtoritet Vyaçeslav İvankov ölüm ayağındadır. Fox.az-ın “Life.ru” saytına istinadən verdiyi məlumata görə, rus mafiyasının “xaç atası” sayılan avtoritetin səhhəti kəskin pisləşib.

İvankovun həyatını xilas etmək üçün həkimlər ən sərt tədbirlərə əl atıblar. “Yaponçik”in həyati əhəmiyyətli daxili orqanları fəaliyyətini dayandırandan sonra həkimlər onu süni koma vəziyyətinə salıblar.

69 yaşlı İvankovun müalicə olunduğu xəstəxananın həkimləri onun sağ qalmaq ehtimalının çox cüzi olduğunu bildirirlər. Avtoritetin böyrəkləri və qara ciyəri fəaliyyət göstərmir. Həkimlər onun süni koma vəziyyətinə salınmasının da ən son tədbir olduğunu vurğulayıblar: “Bu, orqanizmin əlavə güc işlətməməsi üçün edilir. Bu, son tədbirdir və ondan xilas etmək şansları tükənəndə istifadə olunur”.

Vyaçeslav İvankov üzərində 1,5 ay ərzində 9 dəfə cərrahiyyə əməliyyatı keçirilib. Sonuncu dəfə onun ürəyində kardiostimulyator quraşdırılıb.

Xatırladaq ki, Rusiyanın ən məşhur kriminal avtoritetinə iyulun 28-də sui-qəsd edilib. İvankov yerli vaxtla 19:50-də “Tayskiy slon” restoranından çıxanda ona snayper tüfəngindən atəş açıblar.

R_O_S_H_K_A

Şərhlər:

  1. R_O_S_H_K_A dedi ki:

    Bu Da Bunun Sonu !!!

  2. MILAQROS dedi ki:

    hmmmmm.Indiden ALLAH rehmet elesin

  3. qan-donor dedi ki:
    Man Baxmisam Ona Ates Acildigi zamana Admin istesen mena P.M yazarsan men sena gondererem
  4. memi_ dedi ki:

    HER HALDA VAXTINDA O DUNYASIN FIKIRLESHSEYDI DAHA YAXSHI OLARDI

  5. R_O_S_H_K_A dedi ki:

    Fikirlewmiyib De Ozu Ozune Eledi !!!

  6. Angelocka dedi ki:

    R_O_S_H_K_A,
    Hmm ne deyek allah rehemt elesin yoxsa wefa versin? scratch Onda ele her iisinide deyirem..Oluyede rehmet var diriyede..Xebere gore cox sagol dostikim opucuk

  7. Leonel-207 dedi ki:

    AYDA GOR NE QDER GECIKMISHEM.EYBI OLMAZ YENI USEREM.UJE OLUB.ALLAH REHMET ELESIN.

  8. BLACK STAR dedi ki:

    maraqlidi..cox saol