Haqqını halal et, ürəyim

Sözlərin ağırlığı tək-tək dilimə çökdüyündə, qələmin əmri ilə yazmağa başladım. Söz harada başlayacaq, harada bitəcək inanın mən də bilmirəm. Danışan ürəyimmi yoxsa nəfsimmi onu da bilmirəm..

ürəyimlə yaxşı dolanırıq, amma nəfsim üçün eyni şeyləri deyə bilməyəcəyəm. Ey nəfs, nədir səndən çəkdiyim? Davamlı bir şeyləri etməyim üçün mənə əmr edirsən. Həmişə məndən əvvəl danışır, başımı qarışdırırsan. Nə olar bu axşam bir dəfə olsun sus. Sükut ləhcəsini bu gecə istifadə etməsən olmazmı? İcazə versən, bu gecə ürəyimlə dərdləşəcəyəm..

Bu gecə ürəyimi dinləmək istəyirəm…
Bəlkə də ürəyimlə halallaşmaq istəyirəm…

Eyni bədəndə yaşayırıq. Yaxşısıyla, pisiylə sən mənim ürəyimsən. Sənə çox çəkdirdim, bilirəm. Arxası gəlməyən dərdlərimi, çətinliklərimi həmişə sənə yüklədim. Ayrılığın acısını, sevincimi, kədərimi həmişə səninlə yaşadım..

Can dediklərim canımı yandırdılar.. Alov olub sən yandın həmişə, ürəyim.. Yar dediklərim yaramı qanaddıqlarında, qan olub sən axdın hər dəfə, ürəyim.. Halbuki balaca idin.. Balaca və titrək.. çox haqqın keçdi mənə..

Gecə mənim ən yaxşı dostlarım gözyaşı və yatağım idi. Biz bir araya gəldiyimizdə halımıza həmişə sən şahidlik etdin.. Yolçu etdiyim bir günün ardından, gecəyə sığındığımda sən var idin yanımda, ürəyim..
Halbuki sonradan öyrəndim.. Mənim dostlarla söhbətim dərdimə dərman, könlümə fərman olarkən, sən çox acı çəkirmişsən, ürəyim..

üzr istəyirəm.. Mədəsi yananın deyil, ürəyi yananın ağladığını geç fərq etdim. Mən dərdimə ağlayırdım, sən isə mənə ağlayırdın.. Mən günah atəşində yanarkən, sən mənə su olurdun.. Hər canım yandığında sən də mənimlə yanırmışsan.. Bilmədim.. Nə olar bağışla məni, ürəyim.. Söz verirəm, bundan sonra səni üzməyəcəyəm. Sahibinə layiq bir ürək daşımağa söz verirəm..

Gül bağçası yetişdirmənin yolu, bağçadakı bütün çirkinlikləri təmizləməkdən keçərmiş.. Yabanı otları, daşları, tikanları ayırd etməkdən.. Mən də ürəyimin torpağına zərər verən bütün çirkli duyğuları təmizləməklə işə başlayacağam.. Rəbbimin bu ürəkdə görmək istədiyi bütün duyğuları yaşıllaşdıracağam.. çiçək açmalarını tam bir təvəkkül ilə gözləyəcəm, tələsməyəcəm..

Belə yaşasam, inanıram ki, səni bir də heç vaxt üzməyəcəyəm, ürəyim. Haqqına girməkdən Allaha sığınıram. Bu bədəndə yaşadığımız müddətdə dost qalaq, olmazmı?

Unutma, sən mənə Rəbbimin bir əmanətisən. Ruhlar aləmində başlayıb, ana rəhmində davam edən bir səfərin son dayanacağındayıq. Sabah axirətdə mənə şahidlik edəcəksən. O böyük dincliyə iki dost olaraq çıxmağa nə deyirsən, ürəyim?

Haqqını halal et, ürəyim… !

Ninaska

Şərhlər:

  1. Ninaska dedi ki:

    beyendivize sevindim .. bayaca

  2. butterfly_ig dedi ki:

    cox maraqlidi

  3. Firdevs dedi ki:

    Deyerli yazidi twkler

  4. Sweet_Love dedi ki:

    Cox gozel yazi idi seve seve oxudum ellerine saqliq )

  5. =ReiNKaRNaSiYa= dedi ki:

    vaaauuuuu super tesiredicidi…super….twk ellerinize saglik…. twk

  6. My Live89 dedi ki:

    yazinin gozelliyine soz yoxdur,heqiqeti de danilmazdir.Ureyimize her zaman cox yuklenirik o,ise sadece bizim ucun doyunur…

  7. important life dedi ki:

    cox gözel yaziydi..thanks

  8. Love Girl dedi ki:

    super yazidi ellerine saglik. twk

  9. ASKO dedi ki:

    tewkurlerr gozel yazi ucun

  10. Slatkaya dedi ki:

    Haqivi halla etki seni sevmiwdim haqqivi halla etki sene baglanmiwdim..indi gunahim nedi bilirsen seni sevmeyim…o dunyada men seni sevdiyime gore sense meni atdigiva gore ezab cekeceksen……..get arxaya baxma arxada qalan menim goz yawlarimdi indi qayitsanda onu dayandira bilmezsen.cun ki artiq gecdi.sen sefim idin.cox pewmanam seni sevdiyim sene inandigim ucun……. not_i
    ela sag ol

  11. saida aliyeva dedi ki:

    Sene neinki ureyimi hetta dunyada olmayan bi weyi vermeye haziram ureyim…twk xebere gore

  12. _Sia_ dedi ki:

    Heqiqeten qelbimizden cixan sozlere gore, her gunah, her xeyir, her dogru, her yalnis soze gore axiretde sahidlik edecek qelbimizdir.

    Unutma, sən mənə Rəbbimin bir əmanətisən. Ruhlar aləmində başlayıb, ana rəhmində davam edən bir səfərin son dayanacağındayıq. Sabah axirətdə mənə şahidlik edəcəksən. O böyük dincliyə iki dost olaraq çıxmağa nə deyirsən, ürəyim?

    Haqqını halal et, ürəyim… !

    Derin menali dusunceniz var.