Ölüm haqqında aforizmlər

Həyatın anlamını bilmədən ölümün nə olduğunu necə dərk edə bilərik?
Konfutsi

Uşaqlar qaranlıqdan hansı səbəbdən qorxurlarsa, insanlar da o səbəbdən ölümdən qorxurlar, yəni onlar orada nə olduğunu bilmirlər.
F.Bekon

Ölümü düşünmək ölməkdən daha qorxuludur.
M.Boetsi

Uzun bir ömür boyu ölümə nifrət etməyi bacarmayan qoca zavallıdır.
Siseron

Həyatın bütün sirlərini dərk etdikdən sonra ölməyə can atacaqsan, belə ki, ölümün özü də həyatın bir sirridir.
D.X.Cebran

Birinin ölümü digərinin həyatının başlanğıcıdır.
M.Monten

Ölümsüzlüyün birinci şərti ölümdür.
S.Lets

Ölümdən yox, boş həyatdan qorxmaq lazımdır.
B.Brext

Həyatda ölümdən başqa hər şeyi düzəltmək olar.
M.Servantes

Ölümdən qorxan demək artıq yaşamır.
İ.Zeyme

Hər şey ölümə məhkumdur: bu, qanundur, cəza deyil.
Seneka

Pis həyat pis ölümə gətirib çıxarır.
Z.Moyer

Yaratmaq ölümü dəf etmək deməkdir.
R.Rollan

Arabesk Rap

Şərhlər:

  1. Love Girl dedi ki:
    SUPERRRRRR…
  2. Lucky Girl dedi ki:

    Uşaqlar qaranlıqdan hansı səbəbdən qorxurlarsa, insanlar da o səbəbdən ölümdən qorxurlar, yəni onlar orada nə olduğunu bilmirlər.
    F.Bekon

    Super………..

  3. ASKO dedi ki:

    Yaxsi deyibler haaa twk qadasi

  4. Sweet_Love dedi ki:

    Tewekkur….

  5. =ReiNKaRNaSiYa= dedi ki:

    bu heyatda tek gercek OLUMdu….twk…super

  6. Pestimist... dedi ki:

    xebere gore tesekkurler

  7. mR_bAkiNec dedi ki:

    Bəyəndim

  8. Optimist... dedi ki:

    olum haqqinda dusunmeyek!