Təmiz ürək

Bir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc, gözəl bir qız gəlir:
– Nə edim, mənə məsləhət verin? Mən həmişə hamıya kömək etməyə, heç kimi incitməməyə çalışıram. İnsanlara qarşı çox xeyirxaham.
Bu qədər səmimi və mehriban olmağıma baxmayaraq, hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər. Mənim günahım yoxdur, bu, ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır.
Müdrik qoca gözəl qıza baxdı və gülümsədi:
– çılpaq soyun, şəhərin küçələrini belə lüt gəz.
– Dəli olmusunuz? Belə halda Allah bilir başıma nə oyun gətirərlər.
Belə olduqda ağsaqqal qapını açdı, bir güzgü gətirdi, qızın önünə qoydu:
– Bax, görürsən, bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən.
Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən?
Sənin qəlbin bu qapı kimi açıqdır, hamı ora sərbəst daxil olur.
Sənin qəlbin güzgü kimi əks etdirir.
Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa, incitməyə, ləkələməyə çalışırlar.
Hər adamın cəsarəti çatmır etiraf etsin ki, kimsə ondan yaxşıdır. Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir.
– Bəs mən nə edim?
– Gedək, mən sənə öz bağımı göstərim.
Müdrik adam qızı bağa apararaq dedi:
– Neçə illərdir ki, men bu güllərə, çiçəklərə su verirəm, qulluq edirəm. Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki, hər gün onların gözəlliyindən və ətrindən zövq alıram.
Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç.

Diqqət et ki, kim sənə dost olmağa layiqdir, kim çiçək sulayan kimi sənin xeyirxahlığına təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.
Həyatın dözülməz olmaması üçün iki şeyə alışmaq lazımdır:
zamanın vurduğu yaralara və adamların ədalətsizliyinə.

Optimist...

Şərhlər:

  1. Love Girl dedi ki:

    Hər adamın cəsarəti çatmır etiraf etsin ki, kimsə ondan yaxşıdır

    twk xebere gore

  2. SEBERT dedi ki:

    teskkurler super xeberdi

  3. Not to love you dedi ki:

    Tewekkur edirem cox maraqlidi,cox gormuwem ele insanlari ureyinin temiz olmasina baxmayaraq onu incidirler indi sebebini bildim twk

  4. Pestimist... dedi ki:

    bacim adindan reylerinize gore tesekkurler

  5. Sweet_Love dedi ki:

    maraqli idi cox saqol

  6. ASKO dedi ki:

    tewkurlerr gozel hekayeydi

  7. Firdevs dedi ki:

    Twkler yaxwiydi

  8. important life dedi ki:

    cox kawank idi twk…

  9. YaZ_YaGmuRu dedi ki:

    cox qeweng xeberdi ela tewekkur)

  10. merry-girl dedi ki:

    eziyyete gore cox sag ol maraqlidi

  11. ...::EMERALD::... dedi ki:

    TESEKKURLER DOSİ

  12. BABNIK dedi ki:

    superdi ellerine saglig twk