Yuxu Barədə Hədislər

Bismillahir-rehmanir-rehim

Yuxu Barədə Hədislər

1) Allahın Peyğəmbəri (s): «Yuxu ölümün qardaşıdır. Cənnət əhli ölmür». (Kənzul-ummal, hədis 39321)

2) İmam Rza (ə): «Yuxu beyinin hökmdarı, bədənin bərqərarlıq və qüvvət mənbəyidir». (Biharul-ənvar, c.62, səh.316)

3) İmam Hadi (ə): «Gecə oyaq qalmaq yuxunu daha da ləzzətli və şirin edir».

4) Allahın Peyğəmbəri (s): «çox yatmaqdan çəkinin. çünki çox yatmaq sahibini qiyamətdə əliboş qoyar». (əl-İxtisas, səh.218)

5) İmam Əli (ə): «Nə çox (gecə) yuxular(ı) var ki, gündüzün qərarlarını bir-birinə vurub». (Nəhcül-bəlağə, hikmət 440, xütbə 241)

6) İmam Əli (ə): «çox yatmaq din və dünyanın əldən çıxmasına səbəb olur». (əl-Kafi, c.5, səh.84, hədis 1)

7) İmam Kazim (ə): «Gözlərini çox yatmağa öyrətmə. çünki gözlər bədənin ən naşükür üzvüdür». (Təfsiri Əyyaşi, , c.2, səh.115, hədis 149)

8) İmam Kazim (ə): «Allah-Taala çox yatan bekar bəndəyə nifrət edir». (əl-Kafi, c.5, səh.84, hədis 2)

9) İmam Əskəri (ə): «Kim çox yatsa, pərişan yuxular görər». (əd-Durətul-Bahirə, səh.43)

10) İmam Əli (ə): «Müsəlman cənabətli halda yatmaz və yalnız pak halda yatar. çünki möminin ruhu Allaha tərəf gedir və Allah onu qəbul edərək bərəkət verir.
Əgər əcəli çatmış olsa, onu Öz rəhmətinin pənahına daxil edir.
Əgər əcəli hələ çatmamış olsa, onu Özünün etibarlı mələkləri ilə birlikdə göndərir və onlar onu bədəninə qaytarırlar». (Biharul-ənvar, c.81, səh.153, hədis 8)

11) Allahın Peyğəmbəri (s): «Heç biriniz əli yağlı halda yatmasın.
Əgər (kimsə) belə etsə və şeytandan ona bir ziyan dəysə, özündən başqa heç kəsi məzəmmət etməsin». (Əmali Səduq, səh.345, hədis 1)

12) Allahın Peyğəmbəri (s): «Kim dəstəmazlı yatsa və həmin gecə onun əcəli çatsa, Allahın yanında şəhid sayılar». (Biharul-ənvar, c.76, səh.183, hədis 7)

13) İmam Sadiq (ə): «Kim paklanıb (dəstəmaz alıb) sonra yerinə girsə, həmin axşam onun üçün məscid kimi olar». (Səvabul-əmal, İmam Sadiq (ə), səh.35, hədis 1)

14) İmam Sadiq (ə): «Kim paklanıb sonra yerinə girsə, həmin axşam yeri ona məscid kimi olar.
Dəstəmazı olmadığı yadına düşsə, nə olmasından asılı olmayaraq elə öz yorğanına təyəmmüm etsin. Əgər belə etsə, həmişə namaz və Allahı zikr etmək halında olar». (Biharul-ənvar, c.86, səh.183, hədis 6)

15) İmam Əli (ə) (öz oğlu Həsənə (ə) buyurmuşdur): «Övladım! Sənə dörd şey öyrədimmi ki, onlara əməl etməklə təbibə ehtiyacın olmasın?
Dedi: Bəli, ey Əmirəl-möminin. Həzrət buyurdu: Acmayınca süfrə başında oturma, iştahan küsməmiş yeməkdən əl çək, yeməyi yaxşı çeynə və yatmaq istəyəndə ayaqyoluna get.
Əgər bunlara əməl etsən, təbibə möhtac olmazsan». (əl-Xisal, səh.229, hədis 67)

16) İmam Sadiq (ə): «Yatağına girəndən sonra həmin gün qarnına nə yemək göndərdiyini, nə əldə etdiyini fikirləş, öləcəyini və qarşıda qayıdış yerinin olmasını yadına sal». (Biharul-ənvar, c.76, səh.190, hədis 12)

17) Allahın Peyğəmbəri (s): «Kim yatanda «əlhakumut təkasur» surəsini oxusa, qəbr əzabından qorunar». (Biharul-ənvar, c.76, səh.196, hədis)

18) Allahın Peyğəmbəri (s): «Sizlərdən kim yatağına girsə, ….(bu duanı) desin: «Allahummə in əmsəktə nəfsi fi mənami fəğfir ləha və in ərsəltəha fəhfəzha bima təhfəzu bihi ibadəkəs salihin».
(yəni) Allahım! Əgər mənim canımı yuxuda alacaqsansa, onu bağışla, əgər bədənimə qaytaracaqsansa, onu qoru, necə ki, Özünün saleh bəndələrini qoruyursan». (İləluş-şəraye, səh.589, hədis 34)

19) İmam Əli (ə): «Dörd cür yatmaq var: Peyğəmbərlər (ə) arxası üstə uzanar və yatarlar, amma gözləri oyaq və Allahın vəhyinin intizarında olar. Mömin sağ böyrü üstə, üzü qibləyə yatar.
Şahlar və şahzadələr sol böyürü üstə yatarlar ki, yedikləri yeməyi həzm etdirsinlər. İblis, onun qardaşları, hər bir dəli və bəlaya uğramış kəs, qarnı üstə (ağzı aşağı) yatar». (əl-Xisal, səh.263, hədis 140)

20) «Peyğəmbər həmişə yatağına girən zaman deyərdi: «Bismikəllahummə əmutu və əhya» (Allahım, Sənin adın ilə ölür və dirilirəm)».

Yuxudan duranda isə deyərdi: «Əlhəmdu lillahilləzi əhyana bədə ma əmatəna və iləyhin nuşur». Şükr olsun O Allaha ki, bizi öldürəndən sonra diriltdi və hamı yenidən Onun yanına (məhşərə aparılmaq üçün qəbrdən) qaldırılacaqdır». (Biharul-ənvar, c.76, səh.218, hədis 25)

ASKO

Şərhlər:

  1. Love Girl dedi ki:

    superrrrrr….cox qewey yazidi beyendim ellerine sagliq.twk

  2. Sweet_Love dedi ki:

    Cox gozel yazi idi ellerine saqliq…

  3. Firdevs dedi ki:

    Allah razi olsun!

  4. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah razi olsun gozel deyerli hedislerdi paylawdigin ucun tewekkur

  5. Excitement dedi ki:

    Allah razi olsun.

  6. MURAD_X dedi ki:

    ela ALLAH razi olsun.. twk

  7. Angel_a dedi ki:

    ayda men hemiwe qarni uste yatiram demeli men iblisem?? girl_impossible

  8. important life dedi ki:

    Angel_a,
    Angel Iblis xDD
    Allah razi olsun Asko..twk xebere göre

  9. ASKO dedi ki:

    reylere gore thank you

  10. SEBERT dedi ki:

    tesekkurler yaxsidi

  11. mR_bAkiNec dedi ki:

    Əladı Təşəkkür

  12. guzel kiz dedi ki:

    super cox sag olun clapping

  13. _Sia_ dedi ki:


    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…