Qurani Kərim bəzək əşyası deyil

Ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlunun Qurani Kərimlə bağlı açıqlamasına sərt reaksiya verən R.TƏrdoğan deyib: “Dünən Türkiyə Böyük Millət Məclisində yeni bir tarixə imza atıldı, 28 fevralın ən əhəmiyyətli izi millətin azad iradəsi ilə ortadan qaldırılıb. TBMM iclasında faşist təzyiqi deyil, təhdid deyil, millətin iradəsi, demokratiya qalib gəldi və millətin suverenliyi bir daha qazandı. Ana müxalifət partiyası aylardır bu layihəyə qarşı çıxırdı. Niyə qarşı çıxırlar izah edə bilmirlər. “İmam hatib” məktəblərini bağlamağı, Quran kurslarını bağlamağı yaxşı bilirlər. Ancaq hicab geyindiyi üçün məktəb qapısından geri gönən qızın əzablarını bilmirlər, uşaqlarını istədiyi kursa göndərə bilməyən bir ananın, atanın ürək ağrısını bilmirlər.

Kılıçdaroğlu “Quran-i Kərim müqəddəs kitabımızdır, hamımızın baş tacıdır, onu evimizin gözəl yerlərinə asırıq” deyir. Quran bir bəzək əşyası deyil. Quran bir ilham qaynağıdır. Onların Quran anlayışı budur. Onlar bu kitabın oxunmasından, oxudulmasından və başa düşülməsindən qorxurlar. Onlar Quranın evin divarlarından asılan bəzək əşyası olaraq görmək istəyirlər. Biz ana, ataların önünə variantlar qoyuruq hara istəyirsən ora göndər”.

Onun sözlərinə görə, Qurani Kərimin orta məktəblərdə və liseydə icbari olmaması şərti ilə tədris edilməsi ilə bağlı təklif verilməsindən CHP çox narahatdır. Bundan niyə o qədər narahat olursunuz? İcbari deyil. Kamal əfəndi, sənin nəvəni oraya göndərmək ehtiyacın yoxdur, istəyinə bağlıdır. İstəsən göndərirsən, istəməsən göndərməzsən rahat ol. Bütün ətrafındakılar da rahat olsunlar”.

Optimist...

Şərhlər:

  1. ASKO dedi ki:

    tewkurlerr Quran insani paklasdirir

  2. _SAFURA_ dedi ki:

    Allah razi olsun

  3. QENKA dedi ki:

    Allah razı olsun… tşk…

  4. ZoRRo_BaKu dedi ki:

    ALLAH RAZI OLSUN..!!!!!! DEYERLI SOZLERIN UCUN COOOOX SAOLUNUZ…)

  5. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah razi olsun deyerli xeberdi

  6. Love Girl dedi ki:

    twk qewey xeberdi

  7. Firdevs dedi ki:

    Allah razi olsun suuper xeberdi

  8. important life dedi ki:

    twk..her muselman Qurani oxumaqcun ona emel etmekcun almalidir..muselmanin evinde mutleq Quran olmalidir.

  9. MURAD_X dedi ki:

    ALLAH RAZI OLSUN cox lazimli xeberdir.. twk

  10. Aelita dedi ki:

    duz deyirlere xeyal