Şou-biznesin əsgərlikdən qaçan məşhurları

“Könlüm keçir Qarabağdan…” deməklə iş bitmir…

Azərbaycan 20 ildən çoxdur ki, müharibə şəraitində yaşayır. Bu hərbi təcavüz nəticəsində 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olub. Hələ də bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır. Müharibə şəraitində olan dövlətin hər şeydən öncə vətəndaşların sədaqətinə, sevgisinə, fədakarlığına ehtiyacı var. Vətən anadır və o, övladlarını seçmir. Nankorluq edən övlad isə Vətən üçün kəsilməyən barmaqdır. İstər qadın olsun, istər kişi – Vətən hamı üçün övladdır. Doğulan hər övlad isə əsgərdir.

Bəs, görəsən, şou-biznesin tanınmış simalarından kimlər öz hərbi borcunu yerinə yetirib?
Şou-biznesdə olan tanınmış kişi müğənnilərinin çoxu əsgərlik formasını yalnız kliplərində geyib, Qarabağı yalnız mahnılarda yada salıblar.

Həmin müğənniləri sizə təqdim edirik:

– “Xalq ulduzu” yarışmasının qalibi Eldəniz Məmmədov Füzuli rayonundandır.
1993-cü ildən işğal altında olan rayonun sakini hərbi xidmətdə olmayıb. Müğənni əsgərliyə getməməyinə belə aydınlıq gətirib: “Ailə vəziyyətim imkan vermədi əsgərlikdə olmağa. Evləndim, sonra uşaqlar oldu. Hərbi xidmət keçmək üçün vaxtım olmadı. Əsgərliyə getsəydim, səsimin forması dəyişəcəkdi. Bizim sənətimizdən olanların bir çoxu hərbi xidmətdə olmayıb”.

– Müğənni Elton Hüseynəliyev işğal olunmuş Qubadlı rayonunda anadan olub. Lakin o da əsgər forması geyinməyənlər sırasındadır.

– Müğənni Ayaz Qasımov işğal olunan Ağdam rayonunda anadan olub. Hələ də əsgərliyin nə olduğunu bilmir.

– Hərbidən yayınan müğənnilərdən biri də Füzuli rayonundan anadan olan Zamiq Hüseynovdur.

– Tovuzlu Əbdül Xaliq və ülvi Qılınc da hərbidə olmayıblar. Əbdül Xaliq əsgərlik keçmədiyini gözlərində olan zəifliklə əsaslandırıb. ülvi Qılınc isə deyib ki, hüquq fakültəsində hərbi kafedra olduğu üçün hərbi xidmət keçməyinə ehtiyac olmayıb.

Müğənni İzzət Bağırov da hərbi formanı yalnız kliplərində geyinənlər sırasındadır.

Xalq artisti Faiq Ağayev, müğənni Abbas Bağırov, Emil Bədəlov. Yaşar, Elnur Məmmədov, “Şeron” qrupunun bütün üzvləri əsgər adı almaq şərəfindən məhrum olanlardır.

Rejissor Aqil M Quliyev hərbi xidmətdən yayınsa da Kənan MM xidməti borcunu yerinə yetirib.

Prodüser Tolik, stilist Samir, Anar Ağakişiyevin hərbi xidmət keçmədikləri bəlli olsa da, yenə özlərindən soruşduq. Düşündüklərimizdə yanılmadıq. Onlar da silahdan yan gəzən tanınmışlardır. Stilist Samir bildirib ki, uşaqlıqdan səhhətində problemlər olduğu üçün onu əsgər aparmayıblar: “Uşaq vaxtı iflic olmuşdum. Nə yeriyə bilirdim, nə də danışa. Ona görə də mənə olmaz əsgərliyə getmək”. Tolik də əsgərlikdən yayınmasına eyni səbəb gətirib: “Səhhətimlə bağlı əsgərliyə getməmişəm. Hər 3 ildən bir komissiyadan keçirəm”.

Müğənnilərdən Ədalət Şükürov, Nadir Qafarzadə, Faytonçu Nazim Sovet ordusunda xidmət keçiblər. Reper Hüseyn Dərya Qarabağ müharibəsi zamanı döyüşənlərdəndir. Müğənni Samir Bağırov, Röşən Civişov, aktyorlardan Fərda Xudaverdiyev, Rafael və Coşqun də hərbi xidmət borcunu yerinə yetiriblər.

P.S : Bəllidir ki, müğənnilərin ordudan yayınmalarına səbəb əsgərliyin çətin olması,hərbi xidmətdə itirdikləri vaxtı karyeralarının kölgədə qalmaq qorxusudur. Əgər bir insanın cəsarəti varsa, vətəninə sevgisi varsa bu onun üçün çətin ola bilməz. Dünyanın heç bir nöqtəsində əsgərlik istirahət bölgəsi deyil. Cəsarət o deyil ki, sən qorxmursan. Cəsarət odur ki, qorxunun səni əngəlləməsinə icazə vermirsən. Vətəni qorumaq hansısa bir müsabiqədə birinci yerə çıxmaq deyil, Qarabağa aid mahnılar vəsf edib, çalıb-oynamaq deyil. Vətəni qorumaq əldə silah onun keşiyində dayanmaqdır.

Optimist...

Şərhlər:

  1. Firdevs dedi ki:

    Aaa ayib olsun sizee yeke adamlarsuzee nc nc nc

    smile

  2. Not to love you dedi ki:

    Cox sag ol xebere gore
    Əgər bir insanın cəsarəti varsa, vətəninə sevgisi varsa bu onun üçün çətin ola bilməz. bu sozunuzde haqqlisiniz sizi destekleyirem

  3. gulben dedi ki:

    aaa bele wey olarrr……….

  4. BEACH dedi ki:

    Turkiyeni en azindan ornek goturmelidirler Orda kimliyinden asili olmayaraq hami herbi xidmetde olmalidir,Hetda gecde olsa pop star TARKAN-da herbi xidmetini edib

  5. mR_bAkiNec dedi ki:

    Mənə Maraqlı Deyil..
    Təşəkkür

  6. MURAD_X dedi ki:

    maraqli xeberdir.. twk

  7. SEBERT dedi ki:

    Firdevs,
    he,tesekkurler

  8. MiSS_BaHaR dedi ki:

    thankkss xebere gore

  9. Yasaksin_kalbime dedi ki:

    Ayib olsun onlara.tewekkurler.

  10. important life dedi ki:

    xebere göre twk..onlar utansinlarki samir bagirov gedib ama onlar yox))

  11. My Live89 dedi ki:

    getmeyenlerin ekseriyyedi iwqal altinda olan torpaqlardandir.Bele veziyyetde nece susmaq olar?Indi men soruwuram Qarabaq Qarabaqlilara lazim deyilse onda kime lazimdir???Bele cixir ki,ermeni onda eceb edir torpaqlarimizda wenlenir.Bizim muqenniler toy tutub gunde bir mawin sursunler torpaqlarimiz da tapdansin.Axi kimin ne vecine?!

  12. Pestimist... dedi ki:

    xebere gore tesekkurler

  13. ASKO dedi ki:

    BEACH,
    raziyam ama bura azerbaycandi xebere gore thank you

  14. nurlana77 dedi ki:

    twkrler gulmeliydi 🙂