Riyaziyyatdan qorxanlar, oxuyun

Stenford Universitetinin tibb məktəbində aparılan araşdırma göstərib ki, riyaziyyatı pis bilən uşaqların beyni həyəcandan başqa cür işləyir. Trend-in məlumatına görə, bu barədə “Medical News Today” yazır.

İkinci və üçüncü sinif şagirdlərinin beyinlərinin skan edilməsi zamanı tənliyin bir növünün beyni təşviş və qorxu ilə bağlı aktivliyə təhrik etdiyi məlum olub. Bu zaman beynin riyazi tapşırığın həllinə görə cavabdeh olan hissəsinin aktivliyi azalır.

Professor Vinod Menonun sözlərinə görə, 50-yə yaxın məktəblinin beyni skan edilib. Bundan sonra riyazi tapşırığın doğurduğu həyəcanın dərəcəsi sual vərəqələri və testlərlə qiymətləndirilib: “Qeyd etmək lazımdır ki, bu fenomen 50 il bundan əvvəl aşkar edilib. Lakin indiyədək heç kim adamların nə üçün riyaziyyatdan qorxduqlarını araşdırmağa cəhd göstərməyib”.

Neyrobiologiya baxımından riyaziyyat qarşısında qorxu başqa qorxulara oxşayır. Ekspertlərin sözlərinə görə, güclü həyəcan keçirən uşaqlar həyəcanlanma göstəricisi daha az olanlarla müqayisədə daha az dəqiq olmaları və tapşırıqları yavaş həll etmələri ilə fərqlənirlər.

Yəni qorxu beynin qoyulmuş məsələni həll etmək qabiliyyəti ilə birlikdə informasiyanı emal etmək qabiliyyətini tormozlayır. Bunun təkamül mexanizminin bir hissəsi olması mümkündür. Belə ki, o, daxili səbəblərdən törəyən təhlükə şəraitində beyni intuisiya əsasında hərəkət etməyə məcbur edir.

Optimist...

Şərhlər:

  1. Love Girl dedi ki:

    maraqlidi. menim de riyaziyyatla aram yox idi

  2. ASKO dedi ki:

    tewkurlerr riyaziyyatdan qorxmuram sadece zehlem gedir

  3. My Live89 dedi ki:

    riyaziyyatla bir problemim olmayib,xeber cox maraqli idi,twk.

  4. capkin95 dedi ki:

    Hem riyaziyyat menden qorxur hemde men riyaziyyatdan…

  5. Slatkaya dedi ki:

    yox riyaziyyat menlik deyil

  6. butterfly_ig dedi ki:

    riyaziyyatdan qorxmuram

  7. mR_bAkiNec dedi ki:

    Heç bir fəndən qorxmamışam maraqlıdı )

  8. SEBERT dedi ki:

    tesekkurler maraqli xeberdi,riyaziyyat maraqli fenndi

  9. important life dedi ki:

    maragli xeberdi.riyaziyatdan xowum gelmir..

  10. Aelita dedi ki:

    riyaziyyat mennen qorxure.ama kompu riyaziyyatdan yaxsi bilirem komp