Utansam da gəl, Ya Rəsulallah!

Mən Rəsulallahı (S.A.V) görmək, qoxusunu almaq istəyirəm. Əfəndimizi (S.A.V) evimə dəvət etmək istəyirəm, amma çox utanıram.

Əfəndimiz (S.A.V) evimə gəlir də cənnətdən xəbər almış kimi rahatlığımızı görər də çox kədərlənər deyə qorxuram. Amma qorxuram ya gəlir də böyüklərimizə, həyat yoldaşımıza və uşaqlarımıza davranışımızı görər və necə uşaq yetişdirdiyimizi görər. “Mənim ümmətim belə ola bilməz!” deyər deyə qorxuram. Süfrəmdə Əfəndimə (S.A.V) bir qab qoymaq, ONA ən gözəl küncü ayırmaq istəyərəm; amma gəlir də süfrədəki yemək növlərinə baxmayaraq bir də bunlara istəksizcə baxdığımızı bilsə “Mənim ümmətim aç və kasıb din qardaşlarını düşünərdi öz canlarının istəklərini düşünməzdi” deyər də kədərlənər deyə qorxuram.

Gözəl bir otaq ayırıb təmiz bir səccadə sərib gözləmək istəyərəm, Rəsullallah (S.A.V) gəlir də səccadədə Allah üçün bir gözyaşı tökülməmiş, təmiz bir ürəklə namaz qılınmamış olduğunu bilsə, axşama qədər məcburən yarım yamalaq etdiyimiz ibadətlərimizi görər, səhərə qədər yumşaq yatağımızda yatdığımızı görsə və gecə qalxıb iki rükət təhəccüd namazı etmədiyimizi, yoxsul və kimsəsizləri düşünüb onlar üçün dua etmədiyimizi görər deyə utanıram. Səhər namazına vaxtında qalxa bilmədiyimizi görər və yarı yuxulu bir şəkildə namaz qıldığımızı və dərhal geri yatdığımızı görər də “Mənim ümmətim belə olmamalıdır.” deyər, bizim üçün ağlayar deyə qorxuram.

Evlərimizə asdığımız necə gəldi şəkilləri, ruhlarımıza Lat və Menat kimi hücum edən və qarşısında “büt” kimi dayanıb gipnoza girmiş kimi izlədiyimiz şüşə qutunu görər də, “Bu nə hal!” sözüylə utandırar deyə qorxuram. Ya Rəbbim, bizləri sənə layiq bir qul, Rəsuluna layiq bir ümmət, müəllimlərimizə layiq bir tələbə olmağı nəsib et. Rəsulullah kimi Allahdan qorxaraq aç-kasıb insanları fikirləşərərk dinimizə xidmət etməyi, ibadətlərimizi Əfəndimiz (S.A.V) kimi tam bir ürəklə etməyi, səccadələrimizdə gözyaşı tökərək günahlarımızdan tövbə etməyi və gecələrimizi ibadətlə bəzəməyi bütün Muhamməd (S.A.V) ümmətinə nəsib et.

Allahım bütün mömin qullarını Muhamməd (s.ə.v) əxlaqı ilə və Quran əxlaqıyla əxlaqlandır ki, heç utanmadan ONU evimizə dəvət edə bilək. Amin.

Yenə də utansam da gəl, qorxsam da gəl Ya Rəsulallah. Hiss etsəm, mis qoxunu iyləsəm nə olar gəl Ya Rəsulallah. Nur üzünü göstər, mis qoxunu iylət bizə. Şəfqətinlə, şəfaətinlə davran bizimlə İnşallah..

ASKO

Şərhlər:

  1. gulben dedi ki:

    allah razi olsun oxudum.

  2. Sweet_Love dedi ki:

    Amin .! Cox gozel yazi idi ellerine saqliq

  3. Yasaksin_kalbime dedi ki:

    Allah razi olsun.twk

  4. Single Lady dedi ki:

    ALLAH razi olsun eladi twk

  5. YaZ_YaGmuRu dedi ki:

    Çox yaxsidi ALLAH razi olsun

  6. Firdevs dedi ki:

    Coox gozel sozderdi. Heqiqetende REBBIMIZIN sevgisi biz bendelere yeterlidir!

  7. MURAD_X dedi ki:

    ALLAH RAZI OLSUN.. twk

  8. Love Girl dedi ki:
    ellerine sagliq qewey yazidi allah razi olsun.twk
  9. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…