Bakıda bu nə dumandır?

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan deyiblər.
Bürodan bildirilib ki, hazırda dumanlı hava şəraiti daha çox Bakı və Abşeron yarımadasında müşahidə edilir. ümumilikdə isə ölkədə dumanlı hava şəraitinin aprelin 10-dək davam edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında aprelin 8-də də hava dumanlı olacaq. Aprelin 9-10-da isə səhər və axşam saatlarda bəzi yerlərdə havanın dumanlı olacağı proqnozlaşdırılır. Həmin günlərdə hava əsasən, yağmursuz olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın tenperaturu gündüz 23-28 dərəcə isti olacaq.
Qeyd edək ki, aprelin 6-da da Bakı və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilib.
Azərbaycan rayonlarında aprelin 9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə güclənəcək. Aprelin 10-da axşam cənub küləyi qərb küləyinə keçəcək.
Aprelin 9-10-da Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 17-22 dərəcə isti olacaq…

MURAD_X

Şərhlər:

  1. =ReiNKaRNaSiYa= dedi ki:

    dumanli hava, beynimide dumanli elediyee lap ))))

  2. Firdevs dedi ki:

    Cole cixmamiwam xeberim yoxdu :))

  3. important life dedi ki:

    twk melumata göre Murad_X

  4. mR_bAkiNec dedi ki:

    Biraz işdə maşın sürəndə əziyyət çəkirəm )

  5. Sweet_Love dedi ki:

    Tewekkurler

  6. ...::EMERALD::... dedi ki:

    Sitat: LadyGirl
    ufffffffffffffff bu dumanli hava butun ukladkami pozdu yeeeee


    AL BENDENDE O KADAR.
    BEZDİM DAY DUMANİN ELİNDEN

  7. Not to love you dedi ki:

    Xexe biz terefde duman yoxuydu menim ukladkam pozulmadi

  8. ASKO dedi ki:

    Tewkurlerr xeber ucunn