Təmizlik imanın yarısıdır

Allahın gözəl adlarından biri də Qüddüsdür.Qüddüs ? heç əskiyi olmayan, pak və təmiz deməkdir.Allah Təalanın bu ismi bütün kainatda təcəlli etmişdir.Cənab-ı Haqq kainata böyük bir təmizlik qanunu qoymuşdur və bütün məxluqatın bu qanuna itaət etməsini əmr etmişdir.Ətrafımıza nəzər yetirsək atomlardan günəşə, zərrələrdən ulduzlara qədər bütün varlıqlarda bu təmizlik qanununun hökm etdiyini görərik.Hava yerə qonan toz torpağı üfləyər, təmizləyər.Bulud toz ? torpağın üzərinə yağaraq onu yatırdar.Sonra sanki özü də göy üzünü çirkləndirməmək üçün çəkilib gedər.Göyün gözəl üz ? gözünü silinmiş, par ? par parıldayan halda buraxar.
Bəs təmizliyin dindəki yeri nədir?
İslam müsəlmanları bəzi vəzifələri yerinə yetirməklə mükəlləf tutmuşdur.Bu vəzifələrdən bir qismi müsəlmanın ruhi yönünü, bir qismi isə maddi yönünü hədəf alar.Bədəni vəzifələri yerinə yetirmək üçün onun sağlam, güclü olması lazımdır.Sağlamlığın açarı isə təmizlikdir.Sağlamlıq dedikdə sadəcə bədənin fiziki cəhətdən sağlamlığı deyil, eyni zamanda qəlbin də mənəvi cəhətdən sağlamlığı nəzərdə tutulur.Qəlbin sağlamlığı da günahlardan çəkinməklə təmin edilə bilər.Deməli, təmizlik bədənin və ruhun maddi ? mənəvi kirlərdən təmizlənməsidir.
Mənəvi təmizliyin ilk şərti nədir? İmandır.Allaha iman.İman göydən enən yağış suyu kimidir.Necə ki, yağış yer üzünü yuyub tər – təmiz edirsə, əvvəlki kirlərdən əsər ? əlamət qoymursa, iman da bir qəlbə girdiyində işlənilən bütün keçmiş haramları və günahları silib süpürər.Yetər ki, səmimi və səhih bir şəkildə imanın şərtləri yerinə yetirilsin.
İslam təmizliyə böyük əhəmiyyət vermiş, onu bir sıra ibadətlərin şərti, müqəddiməsi və açarı etmişdir.Peyğəmbər Əfəndimiz təmizliyin imanın gərəyi olduğunu bildirmiş və ?Təmizlik imanın yarısıdır? buyurmuşdur.Çünki İslamın təməli,möminin meracı və dinin dirəyi olan namazın təməl şərti təmizliklə başlamaqdadır.Qur`anda belə buyurulur: ?Ey inananlar!Namaz qılmağa qalxdığınız zaman üzlərinizi, dirsəklərinizə qədər əllərinizi yuyun, başlarınızı məsh edib, topuqlara qədər də ayaqlarınızı yuyun?. Eyni zamanda dəstəmazsız Qur`an da oxumaq olmaz.Üstəlik namaz qılarkən namaz qılınacaq yerin və geyinilən paltarın da təmiz olması gərəkməkdədir.
Təmizlik sadəcə bədən, paltar və evlərin təmizliyindən ibarət deyil.Dinimizdə təmizliyin sahəsi çox genişdir.İnsan özüylə yanaşı, ətraf mühitin də təmizliyinə xüsusi diqqət göstərməlidir.Ətraf mühiti çirkləndirmək başqalarını narahat etmək,digər insanlara zərər vermək deməkdir.Halbuki müsəlman başqalarına zərər verməyən, heç bir canlını incitməyən insandır.Təmiz olanları, təmizliyə riayət edənləri insanlar da sevər.İnsanların sevdiyi, razı olduğu birini şübhəsiz, Allah da sevər.Elə isə ətraf mühiti çirkləndirərək insanların nifrətini deyil, təmizliyə diqqət edərək onların sevgisinı qazanmağa çalışaq

MILAQROS

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    ALLAH Razi Olsun mas

  2. Angelocka dedi ki:

    MILAQROS,
    Coooooxxxxxx sagol bitanemmm..Allah senden min qat razi olsun meleyim opucuk

  3. MILAQROS dedi ki:

    Sitat: R_O_S_H_K_A
    MILAQROS,
    Xebere Gore Sag Ol !!!

    buyur

  4. R_O_S_H_K_A dedi ki:

    MILAQROS,
    Xebere Gore Sag Ol !!! ok

  5. MILAQROS dedi ki:

    Sitat: badi_Seba
    Allah razi olsun Milim…maraqli xeber idi…

    sende sagol canim

  6. Badi_Seba dedi ki:

    Allah razi olsun Milim…maraqli xeber idi… opucuk

  7. MILAQROS dedi ki:

    Sitat: memi_
    COX SAG OL INSANIN UREYI DE TEMIZ OLSA LAP YAXSHI OLAR,XEBERE GORE COX SAG OL

    ELBETDEKI ILK NOVBEDE INSANIN UREYIDIR,DEYMEZ CANIM

  8. memi_ dedi ki:

    COX SAG OL INSANIN UREYI DE TEMIZ OLSA LAP YAXSHI OLAR,XEBERE GORE COX SAG OL

  9. MILAQROS dedi ki:

    vefasiz_giz,
    meymunka,

    spasibo

  10. meymunka dedi ki:

    Allah Razi olsun!!!

  11. MILAQROS dedi ki:

    Sitat: Angelocka
    MILAQROS,
    Coooooxxxxxx sagol bitanemmm..Allah senden min qat razi olsun meleyim

    deymez bacishkam