Zəlzələdən qoruyan divar kağızları

Divar kağızları binanın dağılmasına və otaqların içindəkilərə ziyan dəyməsinə imkan vermir

Karlsrue Texnologiya İnstitutunun (KIT) alimləri Bayer şirkətinin mütəxəssisləri ilə birlikdə zəlzələyə davamlı divar kağızları hazırlayıblar. EQ-Top texnologiyası şüşə lifli parçadan ibarətdir. Bu parça divar kağızı kimi bütün binada otaqların divarlarının daxili səthinə çəkilir.

İnhabitat şəbəkə bloqu yazır: “ İki illik tədqiqatlardan və sınaqlardan sonra zəlzələ vaxtı ofis binalarının və mənzillərin təhlükəsiz saxlanmasına kömək edən patentləşdirilmiş məhsul tezliklə satışa buraxılacaq”.

RBK xəbər verir ki, EQ-Top texnologiyası zəlzələni imitasiya edən xüsusi stenddə sınaqdan çıxarılıb.

Sərt, eləcə də elastik divar kağızları binanın tərpənən konstruksiyalarının dağılmasına və otaqların içindəkilərə ziyan dəyməsinə imkan verməyib.

Xəbər verilir ki, zəlzələyə davamlı divar kağızlarının dəyəri adi divar kağızlarının qiymətlərindən az fərqlənəcək.

sabinocka

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    maraqlidi hmmm

    twk

  2. Aelita dedi ki:

    Lazim döül. pencere1
    Xebere gore coox tesekkurler twk

  3. CooL_Man dedi ki:

    ncncnc neler keshf olunur eee )))

  4. Pestimist... dedi ki:

    LadyGirl,
    Vallah duz deyirsen

  5. sabinocka dedi ki:

    Reylere Gore tewekkur…

  6. =ReiNKaRNaSiYa= dedi ki:

    hahaha gor neler cixiree….Amma unutmayaqki Allah istese her yer dagilar, istese her yeri cennet eder….ne icad olunursa olunsun O'nun qarwisinda acizdir…twk xebere gore…

  7. mR_bAkiNec dedi ki:

    12 ballığ zəlzələyə nəin ki, aboy heç yumurtadan hörülmüş divarda tab gətirməz ))

  8. MURAD_X dedi ki:

    kopayoglunun texnikasina baxe..:) twk

  9. Firdevs dedi ki:

    Gunde bir wey cixiree

  10. ASKO dedi ki:

    tewkulerr qulaq gunde bir soz esitmsee kar olar e

  11. Not to love you dedi ki:

    Cox sag ol melumata gore ehhh daha neler ewideciyik goresen

  12. sabinocka dedi ki:

    reylere gore teşəkkur