Mentollu siqaret daha təhlükəlidir
Mentollu siqaretdən istifadə edənlərdə insult riksi yüksəkdir. “Archives of Internal Medicine” jurnalı bu barədə araşdırma məqalə yazıb.
Araşdırmanın müəllifi, Torontoda kliniki tədqiqatlar üzrə müqəddəs Mixail xəstəxanasının mütəxəssisi Nikolas Vozoris tövsiyə olaraq bildirir ki, bütün növ siqaretlər sağlamlığa ziyandır, lakin mentollu siqaretlərdən imtina etsəniz daha yaxşı olar.
Belə ki, Vozoris 2001-ci ildən 2008-ci il daxil olmaqla 5 000 həddi buluğa çatmış siqaret çəkən şəxslərin cəlb olunduğu sorğunu təhlil etməyə çalışıb.
Həmin sorğu siqaret çəkənlərin sağlamlıq və həyat tərzləri əsasında təşkil edilib. Göstəricilərdən məlum olub ki, respondentlərin 26%-i mentollu siqaret, qalanları isə adi siqaretə üstünlük verənlər olub. Mentol siqaret çəkənlərin 3,4 % faizi insult keçirənlər olub. İkinci qruda isə göstəricilər aşağı olub – 2,7%.
Təhlil zamanı siqaret çəkənlərin yaşı, çəkisi, cinsi və gün ərzində çəkdikləri siqaret də nəzərə alınmaqla məlum olub ki, mentola üstünül verənlərdə insult riski 2 dəfə yüksəkdir. Qadınlar və afroameriaklı olmayanlar arasında fərq nəzərə çarpacaq dərəcədə olub.
Ekspertlər metolun insult riskini artırmasının səbəbini tapıblar.
Onlar hesab edirlər ki, mentol tütünün tamını yüngülləşdirir və bu da daha çox siqaret çəkməyə səbəb olur. Lakin araşdırma müəllifi hələlik məhz mentolun insult riksini artırması ilə bağlı iddialarını qəti surətdə irəli sürməkdən çəkinir. çünki mentollu siqaret ilə qan təzyiqinin artması arasında əlaqə tapılmayıb.
Yenilənib:
Maraqlidi twk
hmmmm…….umumiyyetle siqaret tehlukedi..bunu bile bile niye yenede cekirler bawa duwe bilmiremee…neyse twk…
Maraqlidi tewkurlerr siqaret pisdiii coox ziyandi
Siqaret cekenlerin agli yoxdu,tesekkur
siqaret cekmirem, cekmek fikrim de yoxdu..maraqli xeberdir.
siqerete nifret etdiyiniz ucun tesekkurler
cox sag ol agli olan siqaret cekmez
düz deyirsən
oxudum, teshekkur..!
Siqaret insani belirsiz xesdeliye aparib cixarir!
tewekkurler