Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb

– Dərin olan quyu deyil, qısa olan ipdir.

– Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

– Ehtiyatlı adamlar az hallarda səhv edir.

– Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.

– Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.

– Ətraflı çalış, doğru şəkildə, diqqətli düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi şəkildə tətbiq et.

– Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.

– Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.

– İnsanlar məni tanımır deyə üzülməyəcəm; insanları tanımıram deyə üzüləcəm.

– İnsanlar sahib olduqlarını kiçik hesab edir, sahib ola bilmədiklərini isə gözündə böyüdür.

– Ac mədənin cəzasını yorğun ayaqlar çəkər.

– Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol – düşüncə, ikinci ən asan yol – təqlid, üçüncü ən acı yol – təcrübədir.

– İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin, onsuz da öləcəklər.

– Bildiyini bilənin arxasından gedin, bildiyini bilməyəni xəbərdar edin, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın.

– İnsanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.

– Bir insan səhər doğru yoldadırsa, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq.

– Kiçik üstünlüklərin arxasından qaçarkən böyük uğurları qaçıra bilərsiniz.

– Qaranlığı söyüncə dur bir şam yandır.

-Bilgi insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlı olmaq qorxudan qurtarar- Ağıllı insan heç kimlə yarışmaz, beləcə, heç kim onunla yarışa bilməz.

– Bir milləti kölə etmək istəsəniz, onun musiqisini çürüdün.

– Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz.

– Bir adama yaxşılıq etmək istəyirsənsə, ona balıq vermə, balıq tutmağı öyrət.

– Nə axtardığını bilməyən tapdığını anlaya bilməz.

– O yerdə ki, hökmdar hökmdardır, təbəə təbəədir, ata atadır, oğul oğuldur, orda qayda qanun var, əmin-amanlıq var.

– Oxudum, unutdum, gördüm, xatırladım, etdim, öyrəndim.

– Öyrətmək iki dəfə öyrənmək deməkdir.

– Vəfa və səmimiyyət ilk prinsipləriniz olmalıdır.

– Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.

– Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır, deməkdir.

_SAFURA_

Şərhlər:

  1. _SAFURA_ dedi ki:

    teşekkürler

  2. ASKO dedi ki:

    Eladi zor sozlerdi

  3. _SAFURA_ dedi ki:

    bişey değil sagolun

  4. =ReiNKaRNaSiYa= dedi ki:

    Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil….
    super ellerine sagliq..twk….

  5. MiSS_MarMalAtKa dedi ki:

    maraqli xeberdir twk

  6. _SAFURA_ dedi ki:

    deymez sagol

  7. Love Girl dedi ki:

    Maraqli xeberdi twk

  8. _SAFURA_ dedi ki:

    deymez sagol

    angel

  9. _Anonimka_ dedi ki:

    _SAFURA_,
    Ellerine sagliq canim Maraqli xeber idi

  10. nurlana77 dedi ki:

    – Dərin olan quyu deyil, qısa olan ipdir.

    – Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

    – Ehtiyatlı adamlar az hallarda səhv edir.

    supppper menali sozlerdir cox sagol