Camaat Namazının Fəziləti və savabı

İmam Baqir (a.s.), imam Əlinin (ə) belə buyurduğunu nəql etmişdir: “(Camaat namazının) azan səsini eşitdiyi halda, heç bir üzürlü səbəb olmadan cavab verməyən şəxsin namazı yoxdur (namazı qəbul deyildir).”
“Vəsailuş-şiə” /5/375.

Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “Hər bir dəstənin camaat namazının imamı onların Allah dərgahındakı nümayəndəsidir. Belə isə, öz namazınızın imamı üçün ən yaxşılarınızı seçin.”
“Biharul-ənvar” /88/109.

Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “İnsanın camaatla namaz qılması öz evində (tək-tənha) qıldığı qırx illik namazdan yaxşıdır. Allahın Rəsulundan “bir günün namazımı?” – deyə soruşulduqda, o həzrət buyurdu: “(Xeyr!) Yalnız bir namaz. (Yə`ni camaatla qılınan bir namaz tək-tənha qılınan qırx illik namazdan fəzilətlidir.)”
“Vəsailuş-şiə” /5/374.

Peyğəmbəri-Əkrəm (s.a.a.) bir dəstə adama xitab edərək buyurmuşdur: “Ey camaat! Camaat namazının cərgələrini nizama salın, aranızda fasilə və ayrılıq düşməsin deyə, çiyin-çiyinə durun. Səflərinizi pozmayın, (əks halda) Allah sizin qəlblərinizi bir-birindən uzaqlaşdırar. Agah olun ki, həqiqətən, mən sizi (camaat namazının səflərinin nizam-intizamlı olub-olmamasını) arxa tərəfimdən görürəm.”
“Səvabul-ə`mal” /520.

Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “Mənim nəzərimdə sübh namazını camaatla qılmağım, gecəni sübhə qədər oyaq qalıb ibadətlə məşğul olmaqdan daha sevimlidir.”
“Kənzül-ümmal”, 8-ci cild, hədis: 22792.

Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “Hər kəs alimə iqtida edib namaz qılsa, sanki Allahın Rəsuluna iqtida edib onun arxasında namaz qılmışdır.”
“çehel-hədis” /18.

İmam Kazim (a.s.) buyurmuşdur: “Camaat namazının birinci cərgəsində namaz qılmaq Allah yolunda cihad etmək kimidir.”
“Vəsailuş-şiə” /5/387.

İmam Sadiq (a.s.) buyurmuşdur: “Peyğəmbəri-Əkrəm (s.a.a.) öz evlərində namaz qılan və camaat namazında iştirak etməyən bir qəbilənin evlərini yandırmaq istəyirdi.”
“Ləalil-əxbar” /4/205.

İmam Rza (a.s.) buyurmuşdur: “Namazı camaatla qılmaq daha fəzilətlidir.”
“Camiu əhadisiş-şiə” /4/450.

Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “Sizdən camaat namazında iştirak etməyən bir şəxs haqqında soruşsalar, deyin ki, onu tanımıram!”
“Biharul-ənvar” /88/5.

İmam Rza (a.s.) buyurmuşdur: “Camaat namazı yalnız Allah üçün ixlasın, yeganəliyin, İslamın və ibadətin aşkar olması məqsədilə qərar verilmişdir.”
“Vəsailuş-şiə” /5/372.

İmam Əli (a.s.) buyurmuşdur: “Bir camaat namazından sonrakı camaat namazına qədər, namazı camaatla qılmaq üçün intizar çəkmək bütün günahların kəffarəsidir.”
“Camiu əhadisiş-şiə” /6/388.

Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “Heç bir üzürlü səbəb olmadan namazını məsciddə müsəlmanlarla birlikdə qılmayan şəxsin namazı qəbul deyildir.”
“Vəsailuş-şiə” /3/377.

İmam Sadiq (a.s.) buyurmuşdur: “Hər kəs müsəlmanların dəstəsindən bir qarış belə uzaqlaşsa, şübhəsiz ki, iman ipini boynundan çıxraraq kənara atmışdır.”
“Biharul-ənvar” /88/13.

İmam Baqir (a.s.) buyurmuşdur: “Məscidin qonşusu olan şəxs xəstəliyi və üzürlü səbəbi olmadığı halda, camaat namazında iştirak etməsə, onun namazı kamil deyildir.”
“Vəsailuş-şiə” /5/375.

Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “Azan səsini eşitdikdə, sürünə-sürünə olsa belə, sür`ətlə məscidə get.

” “Kənzül-ümmal” /7/548.


İmam Baqir (a.s.) buyurmuşdur: “Hər kəs rəğbətsizlik üzündən və üzürlü səbəbi olmadan müsəlmanların dəstəsi sayılan camaat namazını tərk etsə, onun namazı qəbul deyildir.”
“Əmaliyi Şeyx Səduq” /290.

Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “Camaat namazına iltizamı olan şəxsin qeybətini etmək müsəlmanlara haramdır və onun ədaləti sabitdir.”
“Vəsailuş-şiə” /5/394.

“Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “Camaatla qılınan bir namaz fürada (tək-tənha) qılınan iyirmi beş namazdan üstün və fəzlətlidir.”
“Vəsailuş-şiə” /5/374.

İmam Əli (a.s.) buyurmuşdur: “Camaat namazının ən fəzilətli cərgəsi birinci cərgədir və o, mələklərin cərgəsidir. (Eləcə də) birinci cərgədə ən fəzilətli yer imamın sağ tərəfidir.”
“Biharul-ənvar” /88/18.

Peyğəmbəri-Əkrəm (s.a.a.) buyurmuşdur: “Camaat namazı qılmaq üçün qədəm götürən elə bir mö`min yoxdur ki, Allah-taala qiyamət gününün qorxusunu onun üçün yüngül tutmasın və sonra behiştə daxil olmağa əmr etməsin.”
“Vəsailuş-şiə” /5/372.

MiSS_BaHaR

Şərhlər:

  1. Love Girl dedi ki:

    Allah razi olsun

  2. MiSS_MarMalAtKa dedi ki:

    ALLAH razi olsun

  3. Firdevs dedi ki:

    Allah razi olsun

  4. ASKO dedi ki:

    Tewkurlerr gozel xeber ucun Allah razi olsun

  5. Pestimist... dedi ki:

    Allah razi olsun

  6. _SAFURA_ dedi ki:

    Allah razı olsun

  7. Yasaksin_kalbime dedi ki:

    Allah razi olsun….

  8. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…