Sevsəm bir dərd, sevməsəm bir dərd

Uşağın itirməsin deyə bərk-bərk sarıldığı bülbül balasının bir az sonra öldüyünü bilən uşağın göz yaşlarını anlasan səni itirən məni anlayarsan.
Artıq daha yaxşı anlayıram ki, nəfəs almaq deyilmiş yaşamaq. Atəşlərdə yanmaq kimi bir şey, səni sevərkən sənsiz olmaq.
Nədən bu qədər çətin səni sevmək və tapmamaq. Toxunmaq istədikcə uzaqlaşmaq, düşündükcə unutmaq, səni sevdiyim halda söyləyə bilməmək, hər bir şeyi gizlətmək, sənə sahib olacağım yerdə səni itirmək…..
Sanmışdım yeni bir eşqə başlayıram çox yanılmışam. Bu eşqin sonu da ayrılıq olacaq və yaşadıqlarım geridə qalacaq. Geriyə acı və gözəl xatirələr qalsa belə, onları xatırlamaq ayrılıq qədər acı olmayacaq….
Get artıq yoxluğuna inandır məni. Yoruldum hər tapdığım yerdə səni itirməkdən….
Ayrılıq belə ağlayardı, ayrılığı yaşasaydı. Utanardı etdiyindən fələk əgər bu eşqi tanısaydı….
Həyatımız boyunca ayrılmayacağımızı bir-birimizə söz verib əhd etmişdik. Amma nə oldu bir qış günü, ulduzların baxışlarında ayrılmağımızı söylədik….
Artıq gedirəm, həyatındakı son yerimi alaraq. Bəlkə bir daha görüşmədik. Səndən son bir arzum olacaq. Gözlərinin güldüyü an, sevgilim dediyin zaman dilindən həyatım sözü çıxacağı zaman xatırla məni.
çox sevdiyin biri gəlib ayrılmaq istədiyini söyləyərsə ağlama, çünki susduğunu görmək daha çox acı çəkdiyinin isbatıdır.
Ayrıldıqdan sonra dost olaq dedilər. Gülün adını dəyişdirsək başqa cür qoxuyarmı ?
Gül dedi bülbül gülə, gül gülmədi getdi. Gül bülbülə, bülbül gülə yar olmadı getdi.
Ayrılığı sən istədin məsum gözlərlə baxma mənə. Artıq bu qəlb kölən deyil. Yolun açıq olsun gülə-gülə….
Məndən sənə söylənməsi çətin yazılması asan olan bir sözcük ƏLVİDA…!!!….

=ReiNKaRNaSiYa=

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    Ayrılığı sən istədin məsum gözlərlə baxma mənə. Artıq bu qəlb kölən deyil. Yolun açıq olsun gülə-gülə…. gd

    twk

  2. Firdevs dedi ki:

    En yaxwisi sevmemek..

  3. ASKO dedi ki:

    Maraqli xeber ucun twkk

  4. sabinocka dedi ki:

    Nədən bu qədər çətin səni sevmək və tapmamaq. Toxunmaq istədikcə uzaqlaşmaq, düşündükcə unutmaq, səni sevdiyim halda söyləyə bilməmək, hər bir şeyi gizlətmək, sənə sahib olacağım yerdə səni itirmək…..
    bu sozler menim heyatimdan goturulub….sevmek aci cekmekdir………twk xebere gore.

  5. MURAD_X dedi ki:

    maraqli xeberdir.. twk

  6. =ReiNKaRNaSiYa= dedi ki:

    twk her kesee…… xeyal

  7. _Sia_ dedi ki:

    Qemli hekaye olsa da, menali kelmelerdir.

    Gozel nitqiniz var.