Necə unutmağı öyrədərsənmi?

NECƏ UNUTMAĞI ÖYRƏDƏRSƏNMİ?..

Ağ duvaq altında, ağ paltardasan –
Ağ dünya gözümə qara görünür.
üzümdə lal heyrət, içimdə tufan –
Qəlbim ətəyintək yerlə sürünür.

Ağlamağa hazır dodaqlarında
Yetim qulağımın sözümü qalıb?
Həyəcandan yanan yanaqlarında
Kül olan eşqimin közümü qalıb?

O dönük qəlbini qorxu almasın –
Demərəm, gözlərim tanıyır səni!
Niyə unutduğun özündə qalsın –
Necə unutmağı öyrədərsənmi?

Darıxma, bu əzab ötüb keçəcək,
Mən də gözlərindən yox olacağam.
Bu toy sənin üçün bir gün çəkəcək –
Mənsə ömür qədər qocalacağam…

Önümdən arxayın keç – keçə bilsən,
Sənə əzab vermək istəməmişdim…
Mən səni bənzərsiz saydım, amma sən –
Sən məni gör kimə, kimə dəyişdin

Love Girl

Şərhlər:

  1. _SAFURA_ dedi ki:

    teşekkürler

  2. ASKO dedi ki:

    Qeweydi beyendim cox saq ol

  3. Sweet_Love dedi ki:

    maraqlidi tewekkur

  4. mR_bAkiNec dedi ki:

    Təşəkkür edirəm əllərinə sağlık

  5. s_y_a_m_a dedi ki:

    Ağlamağa hazır dodaqlarında
    Yetim qulağımın sözümü qalıb?
    Həyəcandan yanan yanaqlarında
    Kül olan eşqimin közümü qalıb?

  6. =ReiNKaRNaSiYa= dedi ki:

    Önümdən arxayın keç – keçə bilsən,
    Sənə əzab vermək istəməmişdim…
    Mən səni bənzərsiz saydım, amma sən –
    Sən məni gör kimə, kimə dəyişdin………………..
    suppppeeerrrr twk cray

  7. Firdevs dedi ki:

    Insan elinde her wey asantdi ve unudulmaz nesede kimsede yoxdu!

  8. MiSS_MarMalAtKa dedi ki:

    tewekkurler)

  9. .::Miss Sladka::. dedi ki:

    tewekkuuuurrr)

  10. _Sia_ dedi ki:

    UNUT, UNUDULSUN QOY BU OLANLAR,
    UNUT DAHA MENI, MENLI GUNLERI.
    UNUT MENI NECE UNUTMUSAN SEN,
    KI, SENLE KECIRDIYIM O GUNLERI.