Diqqət Diqqət !!!



– ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi;
– ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirilməsi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilmişdir.
Prezident fərmanına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsinə edilən bu dəyişikliklə əlaqədar olaraq Dövlət Komissiyasının aparatında:
– bir ay müddətində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmənin yaradılması;
– üç regional bölmənin yaradılması;
– ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən on beş gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsi;
– TQDK-da yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin ayrılmasının təmin edilməsi;
qərara alınmışdır.

Məlum olduğu kimi Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına, tələbə qəbulu işinə, mütəxəssis hazırlığına mühüm strateji əhəmiyyətli bir istiqamət kimi yanaşır, bu sahəyə diqqət və qayğısını əsirgəmir. Artıq 20 ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu uğurla həyata keçirən TQDK Respublika Prezidentin Fərmanından irəli gələn dəyişikliklərlə bağlı öz üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir, buraxılış imtahanlarını da qəbul imtahanlarında olduğu kimi mərkəzləşdirilmiş qaydada, obyektivliyi, şəffaflığı təmin etməklə geniş tədbirlər planı həyata keçirir.

Buraxılış imtahanları
Beləliklə, cari ildən etbarən respublikanın bütün şəhər və rayonlarında (Naxçıvan MR istisna olmaqla) ümumi orta təhsil müəssisələrində ümumi (9 illik) və tam (11 illik) orta təhsilini başa vuran gənclərin yekun buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada TQDK tərəfindən aprılacaqdır. Komissiya tərtəfindən bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir İmtahan mərkəzlərinin müəyyənləşdirilməsi, imtahan rəbərləri, zal nəzarətçilərinin bu imtahanlara hazırlığı, test bankının, proqram təminatının formalaşdırılması, eləcə də təşkilati işlərlə bağlı genişmiqyaslı hazırlıq işlərinə başlanmışdır. TQDK sədrinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən buraxılış imtahanları üçün istifadə olunan maddi-teхniki avadanlığın və elektron məlumat bazasının təhvil alınması üçün xüsusi komissiya yaradılmışdır.
Buraxılış imtahanları 2012-ci ilin iyun ayında bütün şəhər və rayonlarda, imtahan verənlərin 50 km-dən artıq məsafə qət etməmələri təmin olunmaqla keçiriləcəkdir.

ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları test üsulu ilə yalnız 2 fənn üzrə – ana dili və riyaziyyat fənlərindən keçiriləcəkdir. İmtahan 2 saat müddətində aparılacaqdır. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunacaq və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər.

Test suallarının hər biri 1 balla qiymətləndiriləcək, səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir göstərməyəcəkdir. Yazı işinin nəticəsi balla qiymətləndirilməyəcək, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınacaqdır.

Buraxılış imtahanlarının keçirilmə qaydaları, imtahanda istifadə olunacaq testlərə dair nümunələr və digər zəruri məlumatlar may ayının ortalarınadək “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir.
Qəbul imtahanlarının keçirilmə vaxtı dəyişdirilmişdir
Buraxılış imtahanları ilə bağlı TQDK-nın tədbirlər planında müəyyən dəyişikliklər edilmişdir. Belə ki, qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün iyunun 3-də və 10-da keçirilməsi nəzərdə tutulmuş sınaq imtahanalarnın hələlik təxirə salınır.

Bundan əlavə, qəbul imtahanlarının elan olunmuş keçirilmə ardıcıllığı saxlanılsa da, vaxtları dəyişdirilmişdir. İlk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcəkdir. İyulun 14-də I qrup üzrə, 20-də IV qrup üzrə, 27-də isə II ixtisas qrupu qəbul imtahanlarının aparılması nəzərdə tutulur. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişikliklər olacaqdır. Bununla bağlı əlavə məlumat yaxın vaxtlarda elan ediləcəkdir.

TQDK buraxılış və qəbul imtahanlarına hazırlaşan gənclərə, onların valideynlərinə müraciət edərək bəzi işbazların onların etibarından istifadə etmələrinə, əsassız vədlər verməsinə inanmamağa çağırır. Qeyd edirik ki, istənilən şəxsin imtahan nəticələrinə müdaxilə etməsi texnoloji cəhətdən mümkün deyildir və belə hərəkətlər dələduzluq kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradacaqdır.

TQDK ictimaiyyətin nəzərinə çatdırır ki, Komissiyanın mövcud qanunvericilik çərçivəsində göstərdiyi fəaliyyət xalqımızın rifahı naminədir.

MURAD_X

Şərhlər:

  1. Firdevs dedi ki:

    Xeberim vardi..

  2. MiSS_MarMalAtKa dedi ki:

    tewekkurler

  3. ZoRRo_BaKu dedi ki:

    elaaaaaaaaa oldu ee..)))))!!!!!

  4. mR_bAkiNec dedi ki:

    Atestat Problemim Çoxdan Həll Olub =)

  5. ASKO dedi ki:

    guyada guya tehsil azerbaycanda xexeexxeee gulmeyim gelir tqdk evimzi yixacaq bu il bu nedi ee biri gece yatir axsam yuxuda nese gorur durur tehsilde tetbiq edir e olan bize olduda axrinci ilim idi oda saldi meleyke bizi derde qeme ehhhhh belede is olar kamran qadasi yaxsi deyil e psidi imatahanlarda meleyke saplaiyanda gorersen imtahnalri muellimler goturmeyecek instutlardan xusui muellimler goturecek yeni adi muellimer yoxda odaki olmusuk agliyanimiz yoxdu e

  6. MiSS_BaHaR dedi ki:

    hmm sevindim 11 ler ucun..menim bele problemim qokkko

  7. ASKO dedi ki:

    MiSS_BaHaR,
    neye sevinirsen e bizi diri diri qebre qoyurlar bununcn?imatahnnn ej vanna fu agla

  8. Sweet_Love dedi ki:

    mence bu qerar cox yaxwi olub. 11cilere butun imtahanlarinda uqurlar…

  9. _SAFURA_ dedi ki:

    mence, bu daha yaxşıdı

  10. ASKO dedi ki:

    agladacaqlar hamimizi pis oldu meleyke hamini …….tewkurlerrr

  11. Ninaska dedi ki:

    mene 3il bundan once lazim olardi bu xeber :))) .. imtahan verenlerede ugurlar ..

  12. ...::EMERALD::... dedi ki:

    ALLAH HAMİYA KOMEK OLSUN

  13. Angel_a dedi ki:

    Iki fenn yaxwi olduye

  14. Love Girl dedi ki:

    Ewitmiwdim twk

  15. nurlana77 dedi ki:

    of ya testlerin 1 balla hesablanmasi yaxwi olmadi . agla

  16. .::Miss Sladka::. dedi ki:

    men bilirdim uje o qeder sevinmiwemmm coxsaqlunnn

  17. Slatkaya dedi ki:

    cox sag ol belede hem sevinmek olar hemde yox

  18. _SAFURA_ dedi ki:

    xeberim vardı twk

  19. _Anonimka_ dedi ki:

    Mene uje lazim deyil)) tesekkur 11lercun yaxsi oldu