Qardaşının əlindən tutub Cənnətə girin

Peyğəmbər əfəndimiz, bir gün gülümsədi….
Bunu görən Həzrəti Ömər səbəbini sual etdi. Rəsulullah əfəndimiz buyurdu ki:….

(ümmətimdən iki adam, axirətdə hesablaşarlar…)
– Biri “Ya Rəbbi, bu adamdan haqqımı al” – deyər.
Allahu təala, o birinə, “Bu adamın haqqını ver” – buyurar. Adam, “Ya Rəbbi, bir yaxşılığım qalmadı ki necə verim?” – deyər.
Allahu təala haqq sahibinə, “Bu adamın yaxşılığı qalmadı. Nə edəcəksən” – buyurar. Adam “Elə isə günahlarımı götürsün” – deyər.

Bu vaxt Peyğəmbər əfəndimiz ağlayaraq “O gün elə dəhşətli bir gündür ki, o gün başqalarının günahlarını yüklənmək belə qalsın, insan öz günahının yükünü çəkə bilməz” – buyurdu.

Allahu təala, haqq sahibinə,
– Başını qaldır, Cənnətin bu möhtəşəm köşklərinə bax – deyər.
Haqq sahibi baxdıqdan sonra,
– Bəli görürəm. Bu möhtəşəm köşklər, hansı peyğəmbərin və ya hansı şəhidindir. – deyər.
Allahu təala,
– O gördüyün göz qamaşdırıcı köşklər, əvəzlərini ödəyənlər üçündür. – buyurar…
Adam,
– Ya Rəbbi bunların əvəzlərini kim ödəyə bilər ki? – deyər.
Allahu təala, “Sən ödəyə bilərsən” – buyurar.
Adam,
– Necə ödəyə bilərəm, neyim var ki? – deyər.
Allahu təala, “Haqqını bu qardaşına bağışlamaqla bu köşkə sahib olarsan” – buyurar.
Adam dərhal, “Bağışladım ya Rəbbi” deyər.
Allahu təala,
– Qardaşının əlindən tutub Cənnətə girin – buyurar.
Peyğəmbər əfəndimiz əleyhissalam davam edərək buyurdu ki:

– Allahdan qorxun və aralarınızı düzəltməyə çalışın! çünki Allahu təala, qiyamət günündə sizin aralarınızı düzəldər. [Haraiti

Love Girl

Şərhlər:

  1. Agresiv_qiz dedi ki:

    super xeberdu tesekkurler

  2. mR_bAkiNec dedi ki:

    Misalçun bu xəbəri burda oxumuşam…Təşəkkür yenədə

  3. capkin95 dedi ki:

    Ellerine saglig….

  4. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah razi olsun.. Ellerive saglik

  5. Slatkaya dedi ki:

    cox sag ol qadasi

  6. important life dedi ki:

    cox kawank xeberdi.. Allah razi olsun

  7. Sweet_Love dedi ki:

    tewekkurler maraqli idi …………

  8. _SAFURA_ dedi ki:

    Allah razı olsun

  9. KILLERAMIL dedi ki:

    elaaaaaaaaaa!

  10. Firdevs dedi ki:

    Allah razi olsun!

  11. Love Girl dedi ki:

    Beyendiyinize sevindim sagolun

  12. MiSS_MarMalAtKa dedi ki:

    tewekkurler

  13. ASKO dedi ki:

    Eladi cox saq ol yeri var