RocK

http://blog.calgarypubliclibrary.com/blogs/gaming/rock-band%204.jpg

“Rock” sözü – 1. yellətmək, yırğalamaq; 2. tərpətmək, silkələmək; 3. atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir.

Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır.

Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində “Rok” və “pop” anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasında “sülənir.”

Rokun kökləri içindən ilk rok janrları rok-n-roll və rokabillinin də çıxdığı blyuzdan (blues) başlayır. Rokun ilk altjanrları o zamanlar folk, kantri (country), skiffl (sciffle) kimi xalq və estrada musiqisi ilə sıx əlaqədə yaranırdı. Mövcud olduğu müddətdə roku ağlagələn hər musiqi növü ilə qatmaq cəhdi olub. Bunlardan akademik musiqi (60-ların sonu art-rok, 60-ların sonu və 70-lərin əvvəli caz-rok yarandı), latın musiqisi, hindu musiqisini göstərmək olar. 60-70-ci illərdə rok musiqisinin ən böyük altjanrları yarandı. Bunlara yuxarıda adları sadalananlardan əlavə metal (hard-rok), pank-rok, rok-avanqard-da daxildir. 80-ci illərdə isə post-pank, yeni dalğa, alternativ rok (əslində 60-ların əvvəli bu cərəyanın ilk nümayəndələri artıq var idi), hardkor (hardcore-pank-rokun böyük qoludu), metal-ın altjanrları olan thrash metal, death-metal, black-metal, qrayndkor (grindcore) yarandı. 90-larda qranj (grunge-80-lərdə yaranıb), brit-pop (60-ların ortası yaranıb), alternativ metal çox populyar idi.Rokun əsas inkişaf mərkəzləri ABŞ və qərbi Avropadı. Böyük Britaniya roksevərliyinə görə Avropada ön pillədədi. Mahnılar əsasən ingilis dilində yazılır.

Rok musiqisi
Üslubun mənbəsi:
Rock and roll, əsasını blues (daha çox jump blues və Chicago blues), country music və R&B-dən götürür

Tarixi vətəni:
http://www.gotps3.ru/files/images/guitar_hero_iii_legends_of_rock_720526120.jpg

1940-cı illərin sonunda ABŞ
Tipik alətlər:
gitar, bas gitar, zərb aləti, həmçinin dilli (klavişli) musiqi alətləri
Ən populyar dövrü:
Ən çox, sabit və dünyaya yayıldığı 1950-ci illər
Törətdiyi növlər:
Alternative rock – Heavy metal – Punk rock
Alt janrlar
Art rock – British rock – Christian rock – Classic rock – Desert rock – Detroit rock – Experimental rock – Garage rock – Girl group – Glam rock – Glitter rock – Group Sounds – Hard rock – Heartland rock – Instrumental rock – Jam band – Jangle pop – Krautrock – Post-rock – Power pop – Protopunk – Psychedelia – Pub rock (Aussie) – Pub rock (UK) – Rock en español – Russian rock – Soft rock – Southern rock – Surf
Sintezli janrlar
Aboriginal rock – Afro-rock – Anatolian rock – Blues-rock – Boogaloo – Country rock – Cumbia rock – Flamenco-rock – Folk rock – Indo-rock – Jazz fusion – Madchester – Merseybeat – Progressive rock – Punta rock – Raga rock – Raï rock – Rockabilly – Rockoson – Samba-rock – Space rock – Tango-rockйro

Rok musiqisini adətən vokalist, çox vaxt elektrogitarada çalan gitarist, bas-gitarist, barabançı və bəzən sintizatorçudan ibarət olan rok qrupları ifa edir. Bas-gitara, zərblər və ritm-gitara (hər qrupda olmur) birlikdə ritm-seksiya yaradırlar. Buna baxmayaraq, rok kompozisiyalarında demək olar ki, az-çox məşhur olunan bütün alətlərdən istifadə olunub.
Klas rokun fərqləndirici xüsusiyyəti – dəyişməz ritm-seksiya tərəfindən dəstəklənən ritmdi. 60-cı illərdən bəri rokun bir neçə axını mürəkkəbləşdirilmiş strukturu və ritmi olan kompozisiyalardan istifadə edir. Solo ifa edən adətən elektogitara olur. Əksər qruplarda vokalist də var. Əgər başlanğıcda rok musiqisi əsasən blyuz harmoniyası çərçivəsində idisə, hal-hazırda rokun bir çox növü bir-biriylə musiqi baxımdan heç bir oxşarlığa malik deyil.

http://www.artslab.com.ua/uploads/posts/1175614569_rock_star_by_mydarkalbum.jpg

Rokun ilk addımları

Rok musiqisinin başlanğıcı rok-n-rolldan (Rock-and-roll) gəlir. Rok-n-roll özündə blyuz (blues), ritm-ənd-blyuz (R&B), buqi-vuqi, caz və kantri musiqini birləşdirir.

Robert Conson, Lidbelli, Maddi Voters kimi blyuz ifaçıları rok-n-rollun inkişafına töhfə veriblər. “rok-n-roll” ifadəsi 40-cı illərin qospel-ifaçılarının mahnılarından gəlir, məğzi rəqs etməyə çağırış olmaqla yanaşı, həm də seksual evfemizmdi.

Ilk dəfə bu ifadədən 1947-ci ildə Roy Braunun “Good Rocking Tonight” mahnısında istifadə olunub. 1949-da Ualyd Billi Murun “Rock and Roll” adlı mahnısı çıxır.
İbtidai rok-n-rollun inkişafı amerikalı ifaçılarla bağlıdır, lakin bu janrda hansı mahnı və ya plastinkanın ilk olduğunu sübut etmək mümkün deyil. Variantlar içində 1950-də Fets Domino-nun oxuduğu “Fat Man” mahnısı da var. Digər variantlara əsasən ilk rok-n-roll mahnısı 1951-də Jackie Brenston and his Delta Cats tərəfindən yazılmış “Rocket 88”di.

Lord of Miracles

Şərhlər:

  1. True Emo dedi ki:

    Буну Ахыра Гедер Охумадим, Чюнки биринчи Ошибка Башлангычдадыр,

    ”Rock” sцzь – 1. yellətmək, yırğalamaq; 2. tərpətmək, silkələmək; 3. atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir.

    Rock – Dağ, Qaya – Deməkdi ))))

  2. CooL_Man dedi ki:

    teshekkurler xebere gore
    maraqlidir…

  3. MisS_EmO dedi ki:

    Rock xeyatimdi kiss3

  4. fanya_ya dedi ki:

    4ox saolun men rok u4un oluremmmmmm

  5. merry-girl dedi ki:

    sag ol cox maraglidi!

  6. BLACK STAR dedi ki:

    cox saol…elaaaaaa…….i love rock

  7. Rena_786 dedi ki:

    спс. не love RocK