Günah kimdədir?

Uşaqların söyüş söyməsi hər birimizi narahat edir. Nə qədər təəcüblü də olsa, bəzi valideynlər kiçik yaşlı övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar. Övladının söyüş söyməsini istəməyən valideynlər isə müxtəlif üsullardan istifadə etməklə bunun qarşısını almağa çalışırlar. Ancaq bir çox hallarda tərbiyə metodları yanlış seçilir. Bu da uşaqların gələcək həyatına təsirsiz ötüşmür.

“Uşaqlar günahkar deyil ki, söyüş söyürlər”

Bu məsələ ilə bağlı öncə psixoloqun fikrini öyrəndik. Psixologiya və Konsultasiya Mərkəzində Art terapiya və Qrafologiya (Yazılarda insan xarakterinin müəyyən edilməsi) üzrə təlimlər və fərdi konsultasiyalar mütəxəssisi Elnarə Baxışlı uşaqların vulqar sözlərdən istifadə etməsinin əsas səbəbkarı kimi böyüklərin özlərini göstərir:

“üç-dörd yaşında uşaqların müəyyən bir dövrü olur ki, onlar müəyyən səslərdən birləşmiş sözlər ifadə etməyə başlayır. Bu qarmaqarışıq nitq uşaqların özünə məxsusdur. Amma dörd yaşından sonra bu proses keçir. Uşaqlar böyüklərin dediyi sözləri təkrar etməyə başlayır. Ailə daxilində münasibətlərdə müəyyən konfliktlər baş verirsə, bu zaman müəyyən vulqar sözlər istifadə olunursa, təbii ki, uşaqlar da başlayır həmin sözləri yamsılamağa. Uşaqların söyüş söyməsinin ilkin səbəbi ailə daxilindəki münasibətlər və davranışlardır”.

E.Baxışlı bu problemin necə aradan qaldırılması məsələsinə də toxunub:

“İlk növbədə uşaq söyüş söyürsə, buna kəskin reaksiya göstərmək düzgün deyil. Evin böyükləri nə qədər buna kəskin reaksiya verəcəksə, uşaq başa düşəcək ki, onun dediyi valideyninə pis təsir göstərir və o, istədiyi zaman valideyni əsəbiləşdirmək, valideyndən acığını çıxmaq üçün təhqirə meyl edəcək. Əsəbi və konfliktli situasiya keçdikdən sonra uşaqla açıq şəkildə, daha sakit tərzdə bu haqda söhbət aparmaq lazımdır ki, onun söylədikləri təhqirli sözlərdi və çox pis məna daşıyır. Başa salmaq lazımdır ki, həmin sözləri demək bir insanın şəxsiyyətini təhqir etməkdir. Və mümkünsə, bunlardan az istifadə etmək lazımdır”.

TARKAN

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    cox ailelerde evlerde boyukler oyredir..

  2. Sweet_Love dedi ki:

    ister boyuk isterse de balaca yawlarinda soyuw soyurse gunah valideyndedi . yaxwi terbiye ilk once aileden gelir.

    maraqli xebercun tewekkur

  3. gulben dedi ki:

    aydaaaa he soyuw soyurler hedda 3 yasin da uwaxda off gunah ailede dir ozellikle baba

  4. nurlana77 dedi ki:

    menim etrafimda ele cocuklar coxdu. ama vecime almiram onsuzda COCUKDU
    XEBEBERCUN TWKRLER

  5. _TaNeM_ dedi ki:

    Ailededi…twk…

  6. BaBy BaRBie dedi ki:

    Sagol..Minetdaramm…

  7. =ReiNKaRNaSiYa= dedi ki:

    her wey terbiyeden aslidir….sonra ise duwduyun muhitedne..twkler..

  8. ...::EMERALD::... dedi ki:

    THANKS

  9. mR_bAkiNec dedi ki:

    Misalçun Əvvəlcədə hər şey ailədən aslıdı…Sonrada uşaq böyüdükcə istər istəməz söyüş söyür…Bunada səbəb məktəb zad olur…Ujey buna görə valideynləri qınamıram ))

  10. Love Girl dedi ki:
    important life,
    raziyam sizle baba nene oyredir. Gerek valideyn qarwisini alanda heckim qariwmasin. Maraqli movzuya toxunmusan twk
  11. ASKO dedi ki:

    Eh qadasi gunde kimedi ?bilmirem sualin cavabi cetindi maraqli xeberdi qardawim twk

  12. important life dedi ki:

    Miss_KaPRizZ of_cAdI,
    Raziyam sizle..ana qarwisin almaq istesede nene baba öyredir..

  13. Magellan dedi ki:

    gunah bøyuylernde etrafdakilarda , . .