Sevgi, xüsusi Test

Suallar

1. Sevgilinizin evinə doğru gedirsiniz. Oraya çatmaq üçün iki yol var. Biri qısa yol amma çox sıxlıq və izdihamdır. Digəri uzun, amma gedərkən möcüzə mənzərələr və xoş şeylər görə biləcəyiniz bir yol. Bu iki yoldan hansını seçəcəksiniz?

2. Yol üzərində iki gül ağacı görürsünüz. Birində qırmızı güllər, birində ağ güllər var. Sevgilinizə iki ağacdan yığdığınız iyirmi dənə gül aparacaqsınız.

hansı ağacdan neçə ədəd gül toplarsınız? (İyirmi dənəsi eyni rəng də ola bilər, ikisinin qarışığı da ola bilər. Neçə dənə götürdüyünüzü ağılınızda saxlayın).

3. Sonunda evə çatırsınız. Ailədən biri qapını açır. Sevgilinizi onların səslənib çağırmasınımı gözləyərsiniz, yoxsa içəri girib özünüzmü yanına gedərsiniz?

4. Sevgilinizin otağına daxil oldunuz. Amma içəridə kimsə yox. Gülləri buraxacaqsınız. Pəncərə kənarınamı? Yatağın üzərinəmi?

5. Birlikdə gözəl bir axşamın ardından gecə onların evində qalacaqsınız və yatma zamanı gəldi. İkiniz ayrı otaqlarda yatmağa gedirsiniz. Səhər olunca, ona baxmaq üçün otağına gedirsiniz. Yaxşı sizcə yatırmı? Oyanıbmı?

6. İndi evə dönmə vaxtıdır. Geri dönərkən, bu səfər qısa və iztiham olan yolumu seçəcəksiniz uzun və xoş mənzərəli yolumu?

CAVABLAR
1. Burada yol sizin eşq haqqındakı tutumunuzu göstərir. Qısa yolu seçdinizsə tez və asan aşiq olursunuz. Uzun yolu seçdinizsə eşqi ağırdan götürür və özünüzü asan qapdırmırsınız.

2. Qırmızı güllərin sayı əlaqənizdə nə qədər verici olduğunuzu göstərir. Ağ güllərin sayı isə nə qədər alıcı olduğunuzu. Məsələn 18 qırmızı gül və iki ağ gül yığdınızsa, siz yüzdə 90 verməyə və qarşılığında yüzdə 10 alıb götürməyə razı olursunuz.

3. Bu sual əlaqədə problemlərə qarşı necə davrandığınızı göstərir. Sevgilinizi ailədən birinin çağırmasını istədinizsə, siz problemlərin üzərinə getmir, onların bir şəkildə özlüyündə həll edilməsini gözləyirsiniz. Sevgilinizin yanına özünüz getdinizsə, problemlərin üzərinə gedib həll edənə qədər mübarizə etməyi seçirsiniz.

4. Gülləri buraxdığınız yer sevgilinizlə nə qədər çox görüşmək istədiyinizi göstərir. Yatağa buraxılan güllər ona doya bilmədiyinizi, pəncərə kənarına buraxılan güllər isə araya məsafə qoymağa çalışdığınızı göstərər.

5. Onu yuxudamı oyanıqmı təxmin etdiyiniz, ona qarşı rəftarınızı göstərir. Sevgilinizi yuxuda təxmin etdinizsə, onu olduğu kimi qəbul edirsiniz. Oyanmış təxmin edirsinizsə, onun dəyişməsini istəyirsiniz deməkdir.

6. Və geri dönüşdə necə bir yol seçdiyiniz, eşqi nə qədər uzun yaşadığınızı göstərir. Qısa və iztihamlı yolu seçdinizsə, eşqdən tez bezirsiniz. Uzun və xoş mənzərəli yolu seçdinizsə eşqi doya doya və uzun davamlı yaşayırsınız deməkdir.

_SAFURA_

Şərhlər:

  1. important life dedi ki:

    cox super idi..twk..xowuma gelir psixoloji testler..

  2. baw_belasi dedi ki:

    cox gozeldi

  3. nurlana77 dedi ki:

    mence dogrudur. twkrler xebercun

  4. SEBERT dedi ki:

    tesekkurler maraqli ve coxu dogru idi,ellerine sagliq

  5. Angel_a dedi ki:

    ehh 50% tutdu amma sevgilim qokku (((

  6. MiSS_BaHaR dedi ki:

    twk xebere gore

  7. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ayy cok sevdim maraqli testdi.. tewekkur

  8. Sweet_Love dedi ki:

    Tewekkur ler

  9. =ReiNKaRNaSiYa= dedi ki:

    hmm maraqli idi twk

  10. butterfly_ig dedi ki:

    bu testden var burda

  11. ASKO dedi ki:

    xebere gore twk ……yaxsidi

  12. merry-girl dedi ki:

    xebere gore tesekkur

  13. _SAFURA_ dedi ki:

    reylere gore twk. Ele menimde xowum gelir bele psixoloji testlerden

  14. Love Girl dedi ki:

    Maraqlidi twk

  15. _Nergiz_ dedi ki:

    cox maraglidi.twk

  16. Firdevs dedi ki:

    Inanmiram bele weylere!