Ən bahalı ulduz boşanmaları

Ən bahalı ulduz boşanmalarının siyahısı açıqlanıb

Məşhurların ən bahalı boşanma faktlarının siyahısı açıqlanıb. “CelebrityCafe” portalı Amerika ulduzlarının həyatı ilə bağlı xüsusi siyahını açıqlayıb. Siyahıya tanınmış basketbolçu Maykl Cordan və onun həyat yoldaşı Xuanita başçılıq edirlər. Boşanma Maykl Cordana düz 168 milyon dollara başa gəlib. Cütlük 2006-cı ildə ayrılıb.

Bu sıralamanın ikincisi isə Nik Daymond və onun həyat yoldaşı, prodüser Marsi Merfidir. Cütlük evlilik həyatını 150 milyon dollarla yekunlaşdırıb.

üçlüyü rejissor Stiven Spilberq və aktrisa Emi İrvinq bağlayır. Məşhur rejissor və aktrisa 1989-cu ildə boşanıblar. Hollivud kino rejissoru boşanma zamanı keçmiş həyat yoldaşına 100 milyon dollar ödəməli olub.

Onluqdakı sonrakı cütlüklərin qiymətlərində kəskin azalma müşahidə edilir. Müasir şou-biznesdə sənətçilər pulları ilə ehtiyatlı davranmağa üstünlük verirlər. Məsələn, müğənni Madonna və həyat yoldaşı Qay Riçinin boşanması 92 milyon dollara başa gəlib.

Digər tanınmış rejissor Ceyms Kameron həyat yoldaşı, aktrisa Linda Hamiltona vur-tut 50 milyon ödəyib.

“Bitlz” qrupunun keçmiş üzvü Pol Makkartninin qalmaqallı boşanması isə ona nisbətən ucuz başa gəlib. Müğənni həyat yoldaşı Hizer Millzə 46,8 milyon dollar verməli olub.

Reytinqi aktyor Maykl Duqlas və Diandra Lyükerin boşanması bağlayır. Cütlük 45 milyon dollarla nikahlarını pozublar.

BaBy BaRBie

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:
    Chox saol awkim menim gul ureyim
  2. Sweet_Love dedi ki:

    onlar ucun evlenib bowanmaq su icmek kimi birweydi ) twk

  3. Miss_KaPRizZ of_cAdI dedi ki:

    tewekkur maraqli xeberdi

  4. ASKO dedi ki:

    Twk xbre gore ama menim hec vecime deyil

  5. _SAFURA_ dedi ki:

    xebere gore twk

  6. Love Girl dedi ki:

    mR_bAkiNec,
    raziyam

  7. mR_bAkiNec dedi ki:

    Heç dəxlisi var )) Boşanıb deməli elə məsləhət imişdə…)
    Özdə bu xəbərdən mənim çoxdan məlumatım var idi…
    Misalçun əziyyətə görə sağol

  8. Firdevs dedi ki:

    Maraqsiz…

  9. BaBy BaRBie dedi ki:
    ZoRRo_BaKu,
    Askimmmmm Menimmmmm Sen Sagol….. uww
  10. important life dedi ki:

    twk..maragli xeber idi…

  11. nurlana77 dedi ki:

    maraqli xeberdir. ————> twk