Səni sevirəm

Səni sevirəm…

çünki hər səhər oyandığımda bir günü daha Səninlə keçirəcək olmağının sevincini yaşadırsan Mənə. Mən günə Səninlə başlayıram və hər gün həyatı Səninlə yenidən kəşf edirəm…

Səni sevirəm…

çünki göy qurşağının hər rəngini kölgədə buraxan ən parlaq rəngsən Sən. Hər şey Sənin rəngini daşıyır və mənim üçün ancaq o zaman mənalı olur.

Səni sevirəm…

çünki soyuq günlərdə içimi isidən tək məltəmsən. İsti günlərdə isə fərahlıq verən şimal rüzgarısan.

Səni sevirəm…

çünki hər şeydə Sən varsan. Olmalısanda… Sanki sən doğulduğumdan bəri içimdə idin. ürəyimin ən dərin yerində idin. Sanki üzə çıxmaq üçün məni gözləyirdin. Və mən orada olduğunun fərqinə varınca layiq olduğun yerə çıxartdım Səni…
Sevənlər üçün…

Səni sevirəm…

çünki həmişə Mənimləsən. Səni görməm üçün üzünə baxmağım lazım deyil. Gözümü bağlasam ordasan. Gördüyüm hər sima Sənsən…

Səni sevirəm…

çünki gözlərinin içindəki minlərlə ulduz, gecənin qaranlığını deşib keçir. Sən mənə baxarkən mən özümü ulduzlara baxar kimi hiss edirəm…O ulduzların işıltısında itirirəm özümü. Gözlərim qamaşır amma ayətçi deyiləm aydınlığından. Günəş doğmasa, ulduzlar itməsə deyirəm, amma bilirəm ki günəşim də Sən olacaqsan gecənin sonunda. Bu dəfə daha parlaq, daha aydın çıxacaqsan qarşıma…

Səni sevirəm…

çünki saçlarım əllərinin arasından sürüşüb gedərkən, dünyadakı cənnəti tapmış kimi hiss edirəm özümü. Cənnətin sahibi Sənsən və bilirəm ki yalnız icazə verdiklərin girə bilər o cənnətə. Mən o cənnətdə qalmağa qərarlıyam.

Səni sevirəm…

çünki hər gülümsəmən içimə yenidən yaşamaq sevincini doldurur. Hər gülümsəmən pessimistliyi yıxır,ümidsizliyi parçalayır. Bir çiçək bağçasına çevirir quraq dünyanı.
Sevənlər üçün…

Səni sevirəm..

çünki Səni sevməyi, Sənə toxunmağı, Səni dinləməyi, Sənə baxmağı, Səni qoxlamağı, Səninlə paylasmağı sevirəm…

Səni sevirəm…

çünki bir çoxlarının arzu etdiyi sevgini yaşadırsan Mənə… Səninlə birlikdə insana dair nə varsa onları da sevirəm. Səni sevdiyimi izah etməyə çalışarkən nə qədər çarəsiz olduğumu da görürəm. Hər sözdən sonra dayanıb təkrar-təkrar düşünürəm, səni kifayət qədər izah edə bildim mi deyə. Bilirəm ki çatmayacaq, bu qədər sözdən sonra belə sənə sevgimi izah edə bilməmişəm..

Sözlərin qurtardığı yerdə gözlərimə bax.
Onlar bu sevgini daha yaxşı izah edəcəklər sənə…


P.S Bu ünvanlanir 1 nəfərə ♥ :*

MiSS_BaHaR

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    gozeeeeeelllllllllll xeyal

  2. Hilary Duff dedi ki:

    Tewekkurler

  3. nurlana77 dedi ki:

    cox gozeldir. twkrler

    Səni sevirəm..

    Çünki Səni sevməyi, Sənə toxunmağı, Səni dinləməyi, Sənə baxmağı, Səni qoxlamağı, Səninlə paylasmağı sevirəm

  4. Love Girl dedi ki:

    superrrrrrrrrrr

  5. blonde_girl dedi ki:

    SENI SEVIREEEEEEEEEEEEEEEEEEEEEEMMMMMMMMM heart

  6. mR_bAkiNec dedi ki:

    Nem Ala :/

  7. Miss_KaPRizZ of_cAdI dedi ki:

    onu sevmirem.. tewekkur

  8. =ReiNKaRNaSiYa= dedi ki:

    ooobbaaa superdii ellerine saglik….

  9. Yasaksin_kalbime dedi ki:

    qeweng sozlerdi.mende sevgilimi cooooooooox sevirem.

  10. _Nergiz_ dedi ki:

    kawank..twk

  11. important life dedi ki:

    twkler