Mövlanadan

Mən,
İnsanlara faydam toxunsun deyə bu dünya zindanında qalmışım.
(Yoxsa) həbsxana harada, mən harada?
Kimin malını oğurlamışam?

Eyni dili danışmaq, qohumluq və bağlılıqdır.
İnsan, xaricilərlə qalırsa məhbusa bənzər.
Nə qədər Hindli, nə qədər Türk vardır ki dildəştirlər (eyni dili danışarlar).
Nə qədər iki Türk də vardır ki bir-birinə xarici kimidirlər.
Bu halda “məhrəmlik (yaxınlıq) dili” tam fərqli bir dildir.
Könül birliyi (könüldaşlıq) dil birliyindən daha yaxşıdır.
Könüldən sözsüz, işarəsiz, yazısız yüz minlərlə tərcüməçi zühur edər.

Pərgar kimiyik; bir ayağımız sıx şəriətə bağlı,
Digər ayağımızla yetmiş iki milləti gəzirik.

Hz Mövlana “Nə Axtarırsansa Özündə Axtar”…
Adamın dəyəri nədir?
– Axtardığı şeydir!

Əgər sən, can evini axtarırsansa, bil ki sən cansan.
Əgər bir loxma çörək arxasında qaçırsansa, sən bir çörəksən.
Bu gizli, bu fərasətli sözün mənasına ağıl çatdırsan, anlarsan ki
Axtardığın ancaq sənsən, sən.

Mədəndəki incini axtardıqca mədənsən.
çörək loxmasına həvəs etdikcə çörəksən.
Bu bağlı sözü anlarsansa, anlarsan hər şeyi;
Nəyi axtarırsan, sən osan.

Sənin canın içində bir can var, o canı axtar!
Bədən dağının içində ləl-cəvahirat var, o ləl-cəvahiratın mədənini axtar!
A gedib gedən sufi, gücün çatsa axtar;
Amma çöldə deyil, axtardığını özündə axtar.

Hz. Mövlana sözlərinin şəfa və qida meydana gəlinin sirrini bu sözlərlə açıqlanacaqdır:
“Söz söyləyən kamal sahibi olsa, bacarıq və həqiqət süfrəsini sərdimi, o süfrədə hər cür yemək olar. Hər kəs orada qidasını tapar.”

ASKO

Şərhlər:

  1. ANGEL16 dedi ki:

    Xebere gore tewekkur.Allah razi olsun

  2. Love Girl dedi ki:

    Allah razi olsun

  3. _TaNeM_ dedi ki:

    Allah Razi Olsun!!!

  4. nurlana77 dedi ki:

    Allah razi olsun. ♥♥♥twkrler xebercun ♥♥♥

  5. Ninaska dedi ki:

    cho sagol ..

  6. mR_bAkiNec dedi ki:

    Hee eladi Allah komeyin olsun

  7. KIVANC dedi ki:

    Sagol..Allah razi olsun

  8. Miss_KaPRizZ of_cAdI dedi ki:

    gozel xeberdi tewekkur Allah razi olsun

  9. Slatkaya dedi ki:

    Allah razi olsun

  10. _Nergiz_ dedi ki:

    twk xebercun

  11. important life dedi ki:

    xeber göre twk

  12. Firdevs dedi ki:

    Suuper..Allah razi olsun

  13. Sweet_Love dedi ki:

    Allah razi olsun. Cox saqol

  14. Pestimist... dedi ki:

    Allah komeyin olsun

  15. Hilary Duff dedi ki:

    Tewekkurler

  16. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…