Optimizm ürək xəstəliyindən qoruyur
Optimizm ürək xəstəliyindən qoruyur
200-dən çox araşdırmanı araşdıran elm insanları, optimist kəslərin ürək xəstəliklərinə tutulma riskinin daha az olduğunu təyin etdi.
ANKARA – Harvard Universitetinə bağlı cəmiyyət sağlamlığı məktəbindən elm insanları, 200-dən çox araşdırmanı araşdıraraq optimistlərdə ürək xəstəlikləri və infakt riskinin 50% az olduğu qənaətinə gəldi.
Alimlər, xoşbəxt olmağın yüksək təzyiq və xolesterol kimi ürək xəstəlikləri ilə infakta meylləndirə bilən faktorları azalda biləcəyini vurğuladı.
Dr. Julie Boehm və qrupu, araşdırmanın ürək xəstəlikləri və infakt riski ilə xoşbəxt olmaq arasında əlaqə olduğunu göstərdiyinə, ancaq xoşbəxt ya da optimist olmanın ürək xəstəliklərindən qoruduğuna dair dəlil olmadığına diqqəti çəkdi.
Araşdırmada, ayrıca sağlamlıq vəziyyətləri araşdırılan optimist kəslərin idman etdiyi və balanslı bəsləndiyi də bildirildi.
Keçmişini Google Earth`la tapdı
Hindistanda qardaşıyla oyun oynayarkən itən uşaq Google Earth nəticəsində 25 il sonra ailəsinə yenidən qovuşdu.
Hindistanın Bengal şəhərində yaşayan Saroo Brierly qatar stansiyasında oyun oynayarkən itdi. Ailəsinin bütün axtarışlarına baxmayaraq izinə rast gəlinməyən Brierly 25 il sonra Google Earth üzərindən etdiyi araşdırmalar nəticəsində ailəsinə qovuşdu.
5 yaşındaykən itən və Calcutta şəhərinin ən kasıb bölgələrində uzun müddət küçədə yatan Brierly sonunda bir yetimxanada qalmağa başladı. Avstraliyalı bir ailənin özünü övladlığa götürməsiylə ölkə dəyişdirən Brierlyin ailə həsrəti heç tükənmədi.
Bu gün 30 yaşında olan Brierly uşaqlıq xatirələrindən xatırladığı yer adlarıyla Google Earth üzərindən araşdırma etməyə başladı. Nəticədə axtarış meyarlarını ən aza endirərək ailəsinin yerini tapdı.
Ailəsi 25 il sonra evə dönən oğullarını görməyin xoşbəxtliyini yaşayarkən Brierlyin qardaşı duyğularını bu sözlərlə izah etdi: “Onu görməyin xoşbəxtliyi sözlərlə izah oluna bilməz. Anamızın tək arzusu ölmədən əvvəl onu son bir dəfə görə bilmək idi.”
Yenilənib: Noyabr 30, -0001
Allah qorusun
Xebere gore tesekkur
Xeber cox maraqliydi tewekkurler
maraqli idi. twkrler xebercun
twkler xebere göre
maraqli xeberdir..
boyyy)))
maragli melumatdi..twk