Ölməyi istəyib, ölə bilməyəcəksiniz

Tam sinənizin ortasında bir yeriniz ağrıyacaq. Evinizin sizi içinə sığdıra bilməyəcək qədər dar olduğunu görəcəksiniz.
Küçəyə atılacaqsınız. Küçələr də dar gələcək. Eynilə bədəninizin ürəyinizə dar gəldiyi kimi.
Nə dənizin mavisi açacaq içinizi, nə tərtəmiz səma.
Özünüzü daşıya bilməyəcək qədər çox böyüyəcək, bir tərəfdən də itəcək qədər kiçiləcəksiniz.
Bəziləri sizə bir şeylər izah edəcək dayanmadan.

‘‘Əhəmiyyətli olan sağlamlıqdır.” ‘‘Yaşamaq gözəldir.” ‘‘Boş ver, hər şey unudular.” Siz heç birini eşitməyəcəksiniz.
Gözyaşlarınızdan ətrafı görə bilməyəcəksiniz.
Ona ölməyini istəyəcək qədər nifrət edəcək, az sonra qollarında ölmək istəyəcək qədər çox sevəcəksiniz. Həmişə ondan bəhs etmək istəyəcəksiniz.
‘‘Ölümə çarə tapıldı” ya da ‘‘Sabah qiyamət qopacaqmış” desələr başınızı qaldırıb ‘‘Nə dedin?” deyə soruşmayacaqsınız.
Tək qalmaq istəyəcəksiniz. Həm də izdihamların arasında itmək. İkisi də çatmayacaq.

Keçmişi düşünəcəksiniz. Az qala hər dəqiqə. Amma pisləri ataraq.
Onunla keçdiyiniz yerlərdən keçmək istəyəcəksiniz. Getdiyiniz yerlərə getmək.
Bu sizə heç yaxşı gəlməyəcək. Amma bilə-bilə edəcəksiniz.
Biri sizə içinizdəki ağrını söküb ata biləcəyini söyləsə, qaçacaqsınız. Əslində xilas olmaq istədiyiniz halda, o ağrını yaşamaq üçün müqavimət göstərəcəksiniz.

Əksini iddia edənlərə nifrət edəcəksiniz. Hər kəsi ona bənzədib.
Kimsəni onun yerinə qoya bilməyəcəksiniz.
Heç bir şey əyləndirməyəcək sizi.
Dərmanlayara sığınacaqsınız. Bir neçə saat başınızı bulandıran amma əsla onu unutdurmayan. Yalnız bir müddət buzlu şüşənin arxasından seyr etdirən.
Bütün mahnılar sizin üçün yazılmış kimi gələcək. Boğazınız düyünləniləcək, dinləyə bilməyəcəksiniz. Yatmaq çətin, oyanmaq asan olacaq.
Səhəri iplə çəkəcəksiniz. Bəzən də ‘‘Heç günəş doğulmasa” deyəcəksiniz.

Eslinde.. Ölməyi istəyib, ölə bilməyəcəksiniz.

Nə gecələr rahatlaşdıracaq sizi nə gündüzlər. Ölməyi istəyib, ölə bilməyəcəksiniz.
Yuxular görəcəksiniz gerçək olmasını istədiyiniz. Hər sıçrayaraq oyandığınızda onun adını söylədiyinizi görəcəksiniz.
Telefonu gözləyəcəksiniz.. Axtarmayacağını bilə-bilə. Ağlayaraq danışacaqsınız sizi axtaranlarla.
ürəyiniz yanacaq. Bir daha sevməməyə and içəcəksiniz. Həyata dair heç bir şey etmək gəlməyəcək urəyinizdən.

Yaşadığınız şəhəri tərk etmək istəyəcəksiniz. Onunla heç bir anınızın olmadığı bir yerlərə gedib yerləşmək.
Amma bir ümid. Onunla bir gün bir yerdə qarşılaşma ümidi. Bu ümid sizi getməkdən saxlayacaq.
Gəl getlər içində yaşayacaqsınız.

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. important life dedi ki:

    twk..gözel sözlerdi..ilk rey ve ses menden..elaa

  2. Love Girl dedi ki:

    Tək qalmaq istəyəcəksiniz. Həm də izdihamların arasında itmək. İkisi də çatmayacaq.

    twk

  3. Hilary Duff dedi ki:

    Tewekkurler

  4. =ReiNKaRNaSiYa= dedi ki:

    ele indi bu deqiqelerde o haldayam vallah….her wey O-du….hec ne duwune bilmirem….eehh ((( cry

  5. _Nergiz_ dedi ki:

    xebere göre thanks

  6. MURAD_X dedi ki:

    twk pis deyil..

  7. mR_bAkiNec dedi ki:

    Düşündürücü.Bəyəndim

  8. Sweet_Love dedi ki:

    Cox gozel yazi idi hemde tesirli bu yazilari oxuduqca sanki eynile yawadiqim gunlerim yadima duwdu girl_cray
    amma zaman herweye caredi qelbinde ki yaralari hec vaxt saqalda bilmese de sanki perde kimi uzerini ortur ((