Ən gözəl təsadüf idin
Qırx ildə bir açdığın yaralar qırx ildə ancaq bağlanır və
qırx ilin nə qədər tez keçdiyini onda anlayıram.
Həyatımda rast gəldiyim ən gözəl təsadüf idin.
Nə qədər passiv və əldən düşmüş anımda tutmuşdu məni sevgi.
İstəməmişdim halbuki.
Amma sevgi nə vaxt səni, məni dinlədi ki?
Gözlərimə baxdığın an həyatın sən, nəfəsimin sənin üçün olduğunu anladım.
Bu bir xaos idi bəlkə də. Həyatda eşq xaosu həyat xaosundan daha aydın olmaz
bəlkə, amma söyləyəcək bir şey yoxdur.
Bəsdir daha, oynamaqdan, yalan danışmaqdan, saxta gülüşlər saçmaqdan bezdim.
Bax mahnımız çalınır. Yaz gəlib buralara.
Daha çox anlayır insan, darıxmışam, şəkillərdə çobanyastıqlarını gördükcə başa düşürəm.
üşüdüm demisən.
Halbuki gecə yavaşca gəlmişdim otağına. Sən mışıl-mışıl yatarkən başını dizlərimə qoyub, sevdiyin, laylay kimi mahnını oxumuşdum sənə.
Gec vaxtda yavaşca uzandığım yanına. üşüməyəsən deyə yorğanının altına girmədim.
Qısılıb uzandım yanına. İsti nəfəsin içimi isitdi, mən kirpiklərinin arasında rəqs etdim.
Adımı pıçıldadığını eşitdim bir ara.
çiçəyim…
İsti kiçik bir gülümsəməklə döndün üzünü. Onda anladım yuxuda və yuxunda olduğumu.
Oyandım, dik qalxdım. üzümdə sənin dodağından qopardığım kiçik bir təbəssüm.
İçimdə isti bir xoşbəxtlik…
Və ən sondaa SəNsİz OLmAzKii♥ =)
Yenilənib: Noyabr 30, -0001
xeber icin
super
tshkk
Suuuuuuuuuuuuuuuuuper
supeer..twk
Super Tewekkurler
Həyatımda rast gəldiyim ən gözəl təsadüf idin.
gozel sozderdi
Superdi oxudum misalcun
twkler
vaaauuu super. twk
Beyendim twk