Cənnət havayı,Cəhənnəm pulla

Cənnət havayı,Cəhənnəm pulla.

Bir gün ölsəm, hara gedəcəyəm, deyə düşünməlidir hər bir müsəlman.
İnsanlar Cəhənnəmə girmək üçün malını və canını verir. Təsəvvür edirsinizmi, pul verir Cəhənnəmə girə bilmək üçün.
Cənnət isə havayıdır.Cəhənnəmdən fərqli olaraq. Cənnətə girmək üçün bir qəpik belə ödəmirsiniz. Necəmi?
-Namaz neçəyədir? Namaz qılmaq üçün pul ödəmirsən.
– Dəstəmaz neçəyədir? Dəstəmaz üçün də sizdən pul istəyən yoxdur.
– Namuslu yaşamaq neçəyədir?

– Quran oxumaq neçəyədir?
-Günahdan, zinadan qorunmaq neçəyədir?
– Şərəfli yaşamaq neçəyədir?

Fikir verin, sadalanan heç nə üçün heç bircə qəpik də ödəmirsən. Lakin…
– Namussuzluq pul. Pul ödəyərək bunları edirsən: içki pul, zina pul, şərəfsizlik pul, qumar pul, ümumiyyətlə Cəhənnəmə gedən yolların demək olar ki, çoxu puldur.

Maraqlıdır ki, kimlərsə pulla Cəhənnəmi qucaqlayır, ancaq havayı Cənnətə girməyə çalışmır.
Cəhənnəmə girməyə marağın varsa, o zaman əməllərinin arasına bunları da qat:
– İnkarçı olacaqsan, Qurani-Kərimi bəyənməyəcəksən. Dinin əmrlərinə qarşı gələcəksən.
– Rüşvət və faiz alıb-verəcəksən. Yalan, dedi-qodu, qeybət, iftira- bunlarla qucaq-qucağa yaşayacaqsan.
– Halal-haram tanımayacaqsan. İnsanları aldadacaqsan.

-Namaz,Oruc, Zəkat kimi ibadətlərin səmtinə belə baxmayacaqsan.
– Yetim malını nüfuzuna keçirəcəksən. İsraf edəcəksən.
– Qul haqqını yeyib, bu haqla Axirətə köçəcəksən. Heç kimdən halallıq istəməyəcəksən.
– Yalan danışacaq, verdiyin vəədlərə əməl etməyəcək, sənə əmanət edənlərə xəyanət edəcəksən.

– Mənfəətin üçün hər şeyi, hətta mənliyini belə satacaqsan.
– Nəslin pozulması üçün planlar hazırlayıb, zina edəcəksən.

P.S.- İnanıram ki, bu cümlələri oxuyanlar arasında Cəhənnəmi dörd əlli qucaqlayanlar yoxdur.
Ancaq indi sən qərar ver! Yanmaq üçün bu qədər məsrəfə və əziyyətə dəyərmi?

ASKO

Şərhlər:

  1. gizem dedi ki:

    twk elerine salliq allaha hamimizin axiretini yaxwi elesin amin bele getse cehennemde yer olmicey

  2. Hilary Duff dedi ki:

    Tewekkurler Allah razi olsun

  3. important life dedi ki:

    super. Allah razi olsun

  4. mR_bAkiNec dedi ki:

    Mənalı deyil…

  5. Firdevs dedi ki:

    Allah razi olsun

  6. Love Girl dedi ki:

    Allah razi olsun

  7. Sweet_Love dedi ki:

    bele getse cennete duwenler barmaqla sayilacaq …. Allah razi olsun maraqli idi.